Elon Musk

Elon Musk 28 iyun 1971-ci ildə Cənubi Afrika Respublikasında, inzibati paytaxt olan Pretoriyada dünyaya gəlib.

O bütün dünyada yalnızca Tesla Motors şirkətinin yaradılmasında iştirakına görə məşhur deyil. Bu insan daha əvvəllər demək olar ki, bütün dünyanın hazırda istifadə etdiyi bir xidməti yaratmışdır ki, bu nəhəng elektron ödəniş operatoru olan PayPal-dur.

Tesla Motors Elon Musk-ın yeganə texnoloji şirkəti deyil və o 2002-ci ildə yaradılan daha bir nəhəng Space-X şirkəti də ona məxsusdur.

Elon Musk-ın ideyaları bir çox ürəkləri fəth edir. Onu çox zaman Steve Jobs ilə müqayisə edirlər.

Yuxarıda qeyd etdiyimiz kimi gələcək Tesla Motors şirkətinin yaradıcısı Cənubi Afrika Respublikasının paytaxtında böyüyüb. Verilən məlumatlara görə, o artıq 10 yaşında proqramlaşdırmanı bacarır, 12 yaşında isə öz Blastar oyununun satışından 500 ABŞ dolları qazanır.

Onun 17 yaşı tamam olduqda Kanadaya, 19 yaşı olduqda isə Pensilvaniya universitetində təhsil almağa gedir. O burada biznes və fizikanı öyrənir.

24 yaşı olduqda qardaşı Kimbal Musk ilə Zip2 şirkətinin əsasını qoyur. 4 ildən sonra isə şirkət satılır. Musk buradan 7% səhm payı ilə 22 milyon dollar qazanır.

Musk həmin ildə elektron ödənişlər ilə məşğul olan X.com şirkətinin əsasını qoyur. 2000-ci ilin mart ayında X.com Confinity şirkətini əldə edir və onun əsasında PayPal adlı pul köçürmə sistemini yaradır. PayPal-un uğur qazanacağına inanan Musk X.com şirkətini PayPal-a transformasiya etməyə başlayır. 2002-ci ildə PayPal Ebay-a satılır. Tesla Motors-un gələcək təsisçisi bundan 165 milyon ABŞ dolları qazanır.

Əldə edilən gəlirlərlə isə Elon Musk SpaceX şirkətini yaradır və cəmi bir ildən sonra yeni Tesla Motors şirkəti (2003) peyda olur. Tesla Motors ilk avtomobilini 2008-ci ildə təqdim edir. Biz bu elektromobili Tesla Roadster adı ilə tanıyırıq.



Elon Musk – “Dəmir Adam”-ın prototipi
2008 – Esquire Tesla Motors yaradıcısını XXI əsrin top 75 nüfuzlu şəxsi sıyahısına daxil edir.
2011 – Forbes versiyasına əsasən 40-yaşına qədər olan dünyanın ən nüfuzlu 20 CEO-su siyahısına daxil edilir.
2011 – Heinlein mükafatına layiq görülür.
23.06.2011 – Stevie Awards-ın 3 mükafatına layiq görülür.
28.10.2011 —Wall Street Journal versiyasına görə “İlin texnoloji novatoru” adlandırılır.
2013 – Fortune Elon Musk-ı ilin sahibkarı adlandırır.
2013 — The Wall Street Journal onu ilin CEO-su elan edir.
10.02.2014 — Elon Musk Edison Achievement Award mükafatını alır.
11.03.2014 —Encore Award mükafatını qazanır.
 

0 şərh