KİNO: Amerika Möhtəşəmliyi (American Splendor)

"Əgər siz burada romantika, reallıqdan uzaqlaşma və ya fantastika axtararaq gününüzü yola vermək istəyən bir adamsınızsa… siz baxmağa səhv film seçmisiniz."

American Splendor cover

Üçüncü arvadı onun haqqında deyir: " O yalnız depressiv deyil, həm də depressiya yoluxdurucusudur". O isə bunu heç vaxt gizlətmir: «Başa düşün mən bədbin birisiyəm. Mənim həyata baxışım belədir, mənim üçün hər şey bədbin və qorxuludur.»

«Amerika Möhtəşəmliyi» (American Splendor, 2003)

Filmin rejossyoru: Robert PulciniShari Springer Berman.

Baş rolda: Paul Giamatti.

Komikslərin bugün bizə tanış olan forması ilk dəfə 1930-cu illərdə ABŞ-da çap olunmağa başlanmışdır. Adı komiks olmağına baxmayaraq bu növ dərgilər adətən komik üslubda olmur.

Başlanğıc üçün ağ kağızın üstündə bir şaquli xətt çəkmək yetərlidir. Sonra isə o xətti iki üfüqi xətt ilə üç bərabər hissəyə bölmək lazımdır. Budur ağ kağızın üzərində 6 xana yarandı və hər xanada bir hadisə canlandırmaq olar. Əgər Harvey Pekar kimi sizin də rəssamlıq qabiliyyətiniz yoxdursa, dərd etməyin, çünki əsas hadisələri uydurmaqdır, şəkil məsələsi ilə isə rəssamlar məşğul olacaq. Amma Harvey Pekar heç hadisələri də uydurmurdu, belə ki, o öz gündəlik həyatından yazırdı.


comics

ABŞ-da hər il 500 milyondan çox komiks satılır.

«Mən real həyat haqqında yazıram. Real insanların qarşılaşdığı problemlər haqqında.»

70-ci illərin əvvəlində komikslərin yeni subjanrı, anderqraund və alternativ komikslərin nəşri geniş vüsət alır. Bu komikslər adətən cəmiyyətdən narazı gənclərin arasında və bəzi spesifik dairələrdə populyarlıq qazanır. Bunun səbəbi isə ənənəvi komikslərdən fərqli olaraq bu tip komikslərin bir çox sərhədləri aşıb cəmiyyət və siyasəti daha da səmimi şəkildə təsvir etmələri idi.

Belə yazıçılardan biri də Harvey Pekar (1939-2010) idi. O daha çox avtobioqrafik xarakter daşıyan American Splendor komiksinin yazıçısı kimi məşhurlaşıb.

 

Giamatti and Pekar

Filmdə Harvey Pekarı canlandıran aktyor Paul Giamatti və əsl Harvey Pekar

«Yəhudi olmaq. Mən heç vaxt buna öyrəşməyəcəm.» İnsanın öz mühitinin məhsulu olması Pekar-ın sevmədiyi şeylərdən biri idi. Pekar cəmiyyət və onun çərçivələnmiş meyarlarına qarşı qeyri-itaətkar mövqe seçmişdi və qiyamçı təbiəti ilə meynstrimə qarşı köklənmişdi. Dostlarının kassada uğur qazanmış filmə göstərdiyi heyranlıq onu məəttəl qoyur — «Bunun nəyini bəyəndiniz? Bu əsl həyat deyil, bu bir Hollivudu zibilidir!»

American Splendorun ilk dərgisi 1976-cı ildə nəşr olunur. 2003-cü ildə isə komikslər əsasında Pekarın həyatından bəhs edən eyniadlı film çəkilir. Yazıçı özü də bu kinoəsərdə yer alıb. Tamaşaçı səhnələrin arakəsmələrində yer alan intervyu bölümündə yazıçı  ilə tanış olur.

Həftəsonu mən özümü həmişəkindən də tənha hiss edirdim. Bəzən yuxuda yanımda kiminsə bədənini hiss edirdim, amputasiyalı adamlar fantom hisslər keçirtdiyi kimi. Mən oxuduğum kitabın qəhrəmanları və illərlə tanıdığım insanları xatırlayırdım. Onları düşündükcə ürəyimdən bir qədər də tənhalığa çəkilib ağlamaq keçirdi. Həyat həm çox şirin, həm də çox qüssəli gəlir adama. Amma neyləmək olar, hər açılan gün tam yeni bir söhbətdir.

Everyday is a brand new deal, right?

Şöhrətləndikdən öncə Pekarın yaşadığı tənhalıq filmin vacib mövzularındandır.

Onun xarakterik xüsusiyyətlərindən biri yalnızlıq idi. İlk komiksləri yazmağa onu məhz yalnızlıq sürükləmişdi.

«Mən heç kəsəm sadəcə olaraq öz yazdığım kitabın qəhrəmanından başqa heç kəs deyiləm.»

Üçüncü arvadı onun haqqında deyir: " O yalnız depressiv deyil, həm də depressiya yoluxdurucusudur". Pekar isə bunu heç vaxt gizlətmir: «Başa düşün mən bədbin birisiyəm. Mənim həyata baxışım belədir, mənim üçün hər şey bədbin və qorxuludur.»

Bu maraqlı şəxsin həyatı haqqında filmə baxıb özünüz qiymət verməyi hamınıza məsləhət görürəm.

3 şərh

Gülnar
Əla filmdi bu. Baxanda heç darıxmamışdım. Məncə çoxumuz özündə Harviyə oxşar nəsə tapa bilər.
STalib-off
bu videonun linkin gonderin baxim mende 
Türkəl
Bu filmdir, adını internetdə axtarış versəz tapa bilərsiniz.