KİNO: Qəbir Daşları Arasında Gəzinti (A Walk Among the Tombstones)

Janr: Kriminal/Triller.
Rejissyor: Scott Frank.
Baş Rollarda: Liam Neeson, Dan Stevens, Brian «Astro» Bradley

A Walk Among the Tombstones

— Məni tapa bildin… Axı mən özümü necə ələ verdim?
— Çox sadə, sən ki psixsən..

Özünü hərtərəfli aktyor kimi sübut etmiş Liam Neeson (Liam Nison) 2008-ci ildə «Qaçırılmış» (Taken) filmində baş rolu ifa etdikdən sonra Hollivudun əsas döyüş qəhrəmanlarından birinə çevrildi. A-Komandası (The A-Team), Naməlum (Unknown), Non-Stop filmləri aktyorun adını Mark Whalberg, Jason Statham və Denzel Wahington kimi «action» ulduzları ilə bir sıraya qoydu. Yeni filmində aktyor yuxarıda çəkilən filmlərdəki rollarını təkrarlasa da, onu izləmək hələ də adama həzz verir.

Nisonun qəhrəmanı bu dəfə 90-cı illərin sonlarında sərbəst dedektiv kimi çalışan keçmiş alkoqol aludəçisi olan Met'dir. Mobil telefonlar yeni dəbə minib, bütün kompüter istifadəçiləri isə «2000-ci il problemi» haqqında düşünür. Özü nümunəvi vətəndaş olmayan Met tükürpədici cinayət hadisəsini araşdırmalıdır.

Dealer/Supplier

— Mən narkotik alverçisi deyiləm, sadəcə olaraq  təchizatçıyam. Hər halda fərqin nədə olduğunu yəqin siz bilirsiniz.
— Sizin nə olduğunuz mənə heç maraqlı deyil...

«Qəbir daşları arasında gəzinti
» 90-cı illərdən bəhs etsə də həmin dövrün trillerlərindən çox fərqlənir. Kriminal janrda olmasına baxmayaraq bu klassik «whodunit» («who'd done it?» — ingiliscə «Bunu kim etmişdir?» cinayətkarın kimliyinin yalnız filmin sonunda açıqlandığı kriminal əsər) deyil. Filmin ortasında bizim artıq canilər haqqında təsəvvürümüz yaranır, və böyük həvəslə qəhrəmanın onların izinə düşməyini izləyirik.

— Polisi niyə tərk etdiniz? Korrupsiya bezdirmişdi?
— Yanılırsınız. Korrupsiyasız ailə saxlamaq çətindir.

Brothers

Filmdə cinayətkar ovu ilə yanaşı tamaşaçı həm də heroin iynəsinin iki əks ucunda dayanmış qardaşların münasibətinin də şahidi olur. Qatillər öz növbəsində sadizmə meylliliyi və acımasızlığı ilə adi quldurlardan fərqlənirlər. Müəmmalı qətl hadisələrini araşdıran Met isə narkotik satıcıları və psixopatların arasında qalır.
İki saata yaxın davam edən "Qəbir daşları arasında gəzinti" hər şeydən öncə keyfiyyətli filmdir və kriminal həvəskarları üçün onun hər dəqiqəsi maraqlı gələcək.


Siz dedektiv janrını sevirsiniz? Belə filmlərdən hansını bəyənirsiniz?
 

30 şərh

name
Şəkildəki qırmızı rəngin niyə orada olduğunu soruşmayacağam.:( Daha çiçəkli-böcəkli filmlər haqqında oxuyacağımı ümid edirəm.:) Film maraq yaratmadı desəm, düz olmaz. Amma izləməyəcəyimə əminəm.:)
MURAD_SEYFULLAYEV
Liam Neeson«Schindler's list» 
Türkəl
«Bir nəfərin həyatını xilas edən, bütün dünyanı xilas edir.»
MURAD_SEYFULLAYEV
Aaaaa, bu nə vaxt düşdü bura? :)
Türkəl
Bu "Şindlerin Siyahısı«ndan sitatdır.
MURAD_SEYFULLAYEV
Yox onu demirəm, mənim ondan qabaq yazdığımı, görünür səhvən düşüb.
MURAD_SEYFULLAYEV
Liam Neesonun «Schindler's list» filmindəki o möhtəşəm rolundan sonra çəkildiyi bu əli tapançalı, vurub-çatlatmalı rollarında nəsə onu görmürəm, nə bilim bəlkə də adını çəkdiyim filmin təsirindən yaranıb bu fikirlər. Amma topikin sayəsində, döyüş filmlərini sevməyən biri olaraq azda olsa filmə baxmaq marağım yarandı. :)
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
Shabnam_Ilham
Mən Azərbaycan filmlərinin demək olar çoxuna baxmışam. Amma xarici filmlər haqqında bunu deyə bilmiyəcəm. Mənə hansı kinoları məsləhət görərdiz? Çünki xarici filmlərdə seçim edə bilmirəm :(  
Türkəl
Çox çətin sualdır əslində, çünki filmlərin sayı sonsuz saydadır. Belə bir məsləhət verə bilərəm ancaq. Oxuduqunuz kitabların əsasında çəkilmiş filmləri axtarıb tapın. Onlara baxmaq maraqlı olacaq. Belə artıq aktyorları və rejissyorları tanıyacaqsınız. Növbəti addım kimi onların başqa filmlərinə baxa bilərsiniz. Nəticədə film zövqünüz formalaşacaq və bu sahədə müəyyən bilikləriniz də olacaq.
Uğurlar :)
Shabnam_Ilham
Çox sağ olun məsləhətiniz üçün Türkəl bəy :) 
İnşAllah :) 
istorik_c
Vaxt olsa bu filmə mütləq baxaram. Liam Nisonun sonuncu filmlərindən olan «The Grey» çox xoşuma gəldi. İstəyənlər bu linkdən baxa bilərlrər-https://my-hit.org/film/17014/