KİNO: KÖRPƏ (THE KID, 1921)

 

The kid poster

Təbəssüm və bəlkə göz yaşı da doğuran bir film


«Körpə» (1921) dahi kinomatoqraf Çarli Çaplinin rejissyor kimi ilk uzunmetrajlı filmidir. Filmin qəhrəmanı Çaplinin məşhur “Avara” personajıdır. «Körpə» əsasən Avara və onun qəyyumluq etdiyi 5 yaşlı Conun (Körpə) həyatından bəhs edir.

Əsasən komediya janrına aid edilən “Körpə” primitiv, lakin səmimi və öz dövrü üçün olduqca yaradıcı olan komik səhnələrlə zəngindir. Dövrünün bütün filmləri kimi səssiz olmasına baxmayaraq,  rahatlıqla anlaşılan süjet və maraqlı aktyor ifası sayəsində Körpə kino klassikası hesab edilir.

 

 Separation

«Körpə» filmi Çaplinin klassik qəhrəmanı və onun körpə halında küçədən tapdığı Con   adlı oğlanın macəraları haqqındadır. Komediya olmasına baxmayaraq, film dramatik səhnələrlə doludur və bu cür səhnələr filmin ilk Dramedi (komediya və dramanın qarışığı) olmasını düşünməyə əsas verir. Körpə xırda dələduzluqla məşğul olan iki     baş qəhrəmanın dost və iş partnyoru kimi əks etdirsə də, filmin ən yaddaqalan    hissəsi olan “məcburi ayrılma” səhnəsində Avara və Körpənin ata-oğul münasibətləri daha da qabarıq şəkildə görünür.



Filmdə baş rolu ifa etməzdən əlavə Çarli Çaplin həm də filmin rejissoru, ssenaristi və prodüseridir. Filmdə Con rolunu isə 7 yaşlı uşaq aktyor Ceki Kuqan ifa edir. 1921-ci ildə ekranlara çıxmış filmin original xronometrajı 68 dəqiqə, Çaplinin 50 il sonra yenidən montaj edib hazırladığı versiya isə 53 dəqiqə davam edir.


Filmin original 1921-ci il versiyası:




«Körpə»nin 1971-ci ildə montaj olunmuş nisbətən qısa versiyası

 

0 şərh