İŞİD haqqında 7 ən məşhur mif

Son bir neçə ayda gündəlik xəbərlərdə eşitdiyimiz bir ad var: İŞİD. Bu dörd hərfin arxasında nə gizləndiyini bilirikmi? İngilis jurnalist Endryu Hosken iddia edir ki, sıravi insanların bu qorxulu təşkilat haqqında əksər bilikləri həqiqətlə üst-üstə düşmür. O yazdığı “QORXU İMPERİYASI: İslam dövlətinin içində” kitabında (EMPIRE OF FEAR: Inside the Islamic State by Andrew Hosken) bu terrorçu təşkilat haqqında geniş yayılmış 7 yalan haqqında məlumat verib.

1. İŞİD yeni terror təşkilatıdır və onun fəaliyyəti qısa müddət ərzində sürətli şəkildə genişlənmişdir, bu da 2014-cü ilin iyununda Mosul şəhərinin ələ keçirilməsi ilə nəticələnmişdir. 
Yalandır. Bu qrup 2001-ci ildə Təvid əl-Cihad (Təkallahlılıq və cihad) adı altında tanınırdı, və bundan da öncə təşkilatın təsisçiləri Talibanla birgə Əfqanıstanda döyüşüb və o dövrdən indiyə kimi təşkilatın adı azı 5 dəfə dəyişmişdir.  detorit 


2. İŞİD-in keçən iyul ayında Yaxın Şərq ərazisində xəlifət yaratması görünməmiş bir hadisədir.

Daha bir yalan. İŞİD ilk dəfə 2006-cı ildə İraq İslam Dövlətini elan etmişdi. O vaxtkı rəhbər Əbu Ömər əl Bağdadi özünü xəlif elan etmiş və Məhəmməd peyğəmbərin nəslindən olduğunu iddia etmişdi.

3. Cari “xəlif” Əbu Bəkr əl-Bağdadi ABŞ tərəfindən həbs olunduğu dövrdə radikallaşmış və azadlığa çıxdıqdan sonra terrora üz tutmuşdur.

Həqiqətə oxşamır. ABŞ tərəfindən həbs edilməzdən öncə Bağdadinin rəhbər terrorist olması və Əfqanıstanda döyüşməsi haqqında artan dəllillər var. Həmçinin onun qrupun ilk lideri Əbu Müsəb əl Zərqəvi ilə eyni evdə yaşadığı ehtimal olunur. Bundan başqa, geniş yayılmış məlumata zidd olaraq Bağdadi Bukka’dakı həbsxanada 5 il məhbus olmayıb. O orada 2004-cü ilin Fevral-Dekabr ayları aralığında olub və yalnız bundan sonra amerikalılar onu saxlmağa ehtiyac görmədiyindən azadlığa çıxıb.

Abu
Əbu Bəkr əl-Bağdadi, Mosul şəhəri, iyul, 2014-cü il

4. İŞİDin rəhbər qrupunu fanatik islamist ekstremistlər təşkil edir. 

Bu da səhv məlumatdır. Əslində, Səddam Hüseynin keçmiş ordu zabitləri və mühafizə rəsmilərinin Baas-çı təsiri eyni dərəcədə əhəmiyyətli xarakter daşıyır.  Qrup rəhbərlərinin arasında Baas partiyasının üzvü olmuş ən azı 10-15 keçmiş zabit var. İŞİD terror təşkilatı ilə təcrübəli terror idarəçiliyi apparatının birləşməsidir.

5. Bu xaotik və qəddar təşkilatdır.

Təbii ki, İŞİD qəddardır, lakin onun da aşkar çılğınlığı müəyyən qaydalara tabedir. Qrup zorakılıq vasitəsi ilə “İslam Dövləti” yaratmaq haqqında detallı göstərişlər verən 280 səhifəlik “Vəhşiliyin idarə edilməsi” adlı cihad klassikasına istinad edir. İdarəçi Şura qurumu və müharibə komitəsi və hətta alt-komitələri olan təşkilatda həmçinin bürokratiya hökm sürür. İŞİD-in idarə etdiyi hər ərazinin Valisi var. Hətta qrupun gələcəkdə fəth etmək istədikləri ölkələr üçün də (məs. Səudiyyə Ərəbistanı) indidən Valilər təyin olunub. Dövlətin bir sıra nazirlikləri var, bunlardan biri də “partladıcı intiharçılar və qonaq evləri” məsələsi ilə məşğul olur. Bundan başqa səhiyyədən tutmuş türmə və məhkəmə sisteminə qədər müxtəlif işlərin idarə edilməsinə nəzarət edən çoxsaylı komitələr yaradılıb. 2012 və 2013-cü illərdə isə təşkilat hətta bomba hücümları və qətl hədəfləri haqqında ətraflı məlumat verən illik hesabatlar da hazırlamışdı. Məsəlçün, 2013-cü ildə qrup 1083 qətl icra etdiyini iddia edirdi.

Libiya 
İŞİD-çilər Liviya xristianlarını edam edir. Fevral, 2015-ci il.

6. İŞİD əl-Qaidə tərəfindən yaradılmışdır.

İŞİD-in müstəqil təşkilat olduğu onun ilk günlərindən məlumdur. Onun ilk rəhbəri Əbu Müsab əl Zərqavi Usama Bin Ladenlə yola getmirmiş. İki ilə yaxın müddət ərzində İŞİD “İraqda əl-Qaidə” (Al Qaeda in Iraq/AQI) adı ilə tanınıb, lakin bunun məcburi evlilik kimi bir şey olması geniş yayılmış məlumatdır. Enişli-çıxışlı münasibətlər çərçivəsində, əl-Qaidə tez-tez öz narazılığını bildirir və İŞİD-in Şiələri və digər müsəlman qruplarını hədəfə tutmasını və qərbli girovların başını kəsməsini kəskin tənqid atəşinə tuturdu. Əl-Qaidə dəfələrlə onları “cihada zərər verməkdə” günahlandırıb. 2006-cı ildə isə “İraq İslam Dövləti” bəyan edilməklə iki tərəf öz yollarını ayırıb. Sonda isə 2013-cü ildə “İraq və Suriya İslam Dövləti” (İŞİD) elan edilməsi ilə iki təşkilatın arasında münasibətlər tamam pozuldu. 

7. İŞİD qərb üçün nisbətən yeni düşməndir.

Tamamilə yanlış fikirdir. ABŞ İŞİD-lə 2003-cü ildən, bugünə kimi düz 12 il mübarizə aparır. Bu Yaponiya və Nasist Almaniyası ilə aparılan müharibədən*  3 dəfə çoxdur.  

 *müəllif ABŞ-ın ikinci dünya müharibəsində iştirakını nəzərdə tutur.
Məqaləni original dildə bu keçiddə oxuya bilərsiniz