Bu Həftənin Filmləri! (Fevral 15-21)

Salam. Keçək mətləbə. Bu həftə kino zallarına 3 film daxil olur.
Onlardan ikisi sikveldir – yəni ikinci hissə, biri isə kino-adaptasiyadır – yəni bədii kitaba əsaslanıb. Yaxşı başa sala bilirəm? Subyektiv fikirlərimə sonuncudan başlayıram.
 Posters

1. PRIDE + PREJUDICE + ZOMBIES   -   QÜRUR VƏ QƏRƏZ VƏ ZOMBİLƏR.

Pride 
Film 2009-cu ildə yazılmış eyni adlı kitabın əsasında çəkilib. Kitabın özü başqa bir əsərin parodiyasıdır – Ceyn Ostinin məşhur Qürur və Qərəz romanı (1813), adını eşitməmiş olmazsınız.
Filmdəki hadisələr adı çəkilən hər iki əsərdə olduğu kimi XIX əsrin İngiltərəsində baş verir. Bu rəqəmi xix oxuyanlara və ya ümumiyyətlə oxumağı bacarmayan savadsızlara bildirirəm ki onu “19-cu” kimi oxumaq lazım idi. Qayıdaq İngiltərəyə. Deməli hardansa zombilər peyda olur. Elizabet Bennet və Mister Darsi adlı iki qəhrəman isə onlara qarşı mübarizə aparır. Film döyüş, komediya və qorxu janrındadır, baş qəhrəmanların qadın və kişi oldğunu nəzərə alsaq yəqin ki, 2-3 dənə öpüş səhnəsi də var. Mənimsə film barədə fikrim belədir: Qürurunuz varsa bu filmə qarşı qərəzli olun, zombi olmayın.
 www.youtube.com/watch?v=N5VEU14NgkY

2. ДЕНЬ ВЫБОРОВ 2   -   SEÇKİ GÜNÜ 2

DVP 
Haqqında yazmağa məcbur olduğum ikinci film isə rus filmidir, işə bir bax… Komediya olan filmin ilk hissəsi 2007-ci ildə çəkilib və hətta kinofestivalların birində ilin ən yaxşı komediyası seçilib… təbii ki, rus filmləri arasında. Film rus dilində olduğundan fikrimi də rusca deyəcəm: Hе стоит вам идти на этот фильм.
 www.youtube.com/watch?v=mwOVQnBLSFs

3. 
ZOOLANDER 2   -   ZULANDER 2

zz2 
Gəlin sizə bir neçə yaxşı oğlan haqqında danışım. Amerikada tez-tez eyni filmlərdə çəkilən komediya aktyorları var ki, onlara simvolik olaraq «Frat Pack» deyilir. Frat Pack qrupuna Ben Stiller, Will Ferrell, Jack Black, Owen və Luke Wilson qardaşları kimi komediya ustaları və difər aktyorlar daxildirlər. Bu aktyorlardın əksəriyyəti 2001-ci ildə «Zoolander» filmində iştirak ediblər. Komediya janrında olan Zoolander dəb dünyasını və model biznesini parodiya edir. Film olduqca axmaq, lakin gülməli və improvizasiya edilmiş zarafatlarla doludur. Filmdə həmçinin David Duchovny, Mila Jovovich və Jon Voight kimi aktyorlarla yanaşı bir çox məşhurlar da epizodik səhnələrdə yer alıblar. Bura Donald Trump, Victoria Beckham,  Lenny Kravitz, Paris Hilton, David Bowie, Donatella Versace. Fred Durst və s. musiqi və mətbuat ulduzları daxildir.
Və budur. Üstündən 15 il keçdikdən sonra Zoolander filminin ikinci hissəsi ekranlara çıxır. Film tərz baxımından birinci hissəyə sadiq qalır və yenə də bir çox məşhurları bir araya yığır. Hər şeyə gülməyi bacaranlara və dəb dünyasına nifrət edən asketlərə birinci hissəyə evdə, ikinci hissəyə isə kinoda baxmağı məsləhət görürəm.

www.youtube.com/watch?v=FU7vwZoFAwQ  


Bu həftəlik bu qədər! Nə sualınız olsa turnikdən çəkinmədən soruşun!
Türkel. 

7 şərh

Türkəl
Yoldaşlar fikrinizi bildirsəniz çox minnətdar olaram.
DrELM
Şərhlərinizə şərh əlavə etməyə ehtiyac qalmır. Məlumata görə təşəkkür edirəm.

Kayzen stilində izah etsəm:
Qüsursuzluq qarşısında səssizlik. 
Türkəl
Çox sağ olun. Mənim bu fəaliyyəti daha da genişləndirmək fikrim var, ona görə də bu yazı tərzinin necə qəbul olunacağı mənə maraqlıdır. Məlumatı qırağa qoysaq, yazı çox aqqressiv deyil ki? Yazıdakı yumor asanlıqla sezilir?
Gülnar
Əvvəla onu deyim ki, yaxşı ideyadır, bu istiqamətdə planlarınızda sizə uğurlar:)
Tənqid etməyə gəldikdə bir-iki məsələdə öz fikrimi demək istəyirəm. Bu tip yazıların yumorla yazılması xoşuma gəlir. Amma XIX əsrlə bağlı olan bir də «turnikdən çəkinmədən soruş» zarafatlarını bir də etməyin :)
Keçən həftənin filməli ilə bağlı yazıda antiqəhrəmanın anlayışında isə yumor yaxşı alınmışdı.
Bundan başqa, ilk iki filmdə aktyorlar tanış gəlmədi onlar haqda bir az yazılsa xoş olardı.
İçlərindən «Zoolander»in treylerinə baxdım. Bieberin öləndə selfie etməsi güldürdü, ola bilsin baxdım o filmə:)
Bundan başqa, bu yazı ilə o qədər də əlaqəsi olmasa da, mən həftəlik flmlərlə yanaşı, istifadəçilərə təsir etmiş, onlara nəsə aşılamış filmlər haqqında müzakirə görmək istəyərəm. Yəni, film haqqında informasiyadan çox, filmin təhlili, orda verlən və ya baxanın uydurduğu mesaj və s. belə şeylər.
Türkəl
Çox sağ olun Gülnar. Bunu məni şəxsən tanımayan başqa adamlara da göstərəndə xix məsələsini vurğuladılar. Sizin də fikrinizi nəzərə alacam. 
Zoolander-in birinci hissəsinə baxmağı tövsiyyə edirəm. 
azadmamedov90
Maraq cəlb edən Zulənder oldu.
Nəyi əsas götürüb kinoteatrda film göstərirlər, yəni filmin hansı keyfiyyətləri olmalıdır?
Türkəl
Yeni çıxan filmlər arasında komersiya cəhətdən ən uğurlu sayıla bilən və janr cəhətdən fərqli olan filmlər nümayiş olunur.
Yeri gəlmişkən, artıq bu həftənin filmləri barədə yazını yerləşdirmişəm.