Bəşəriyyətin Gələcəyi

Bütün böyük dəyişikliklər insanları qorxudur.

evolution01

Güman ki, biz Homo Sapiens nəslinin son nümayəndələrindənik. Bir-iki əsrdən sonra biz ya bəşəriyyəti məhv edəcək, ya da texnologiya vasitəsi ilə özümüzü üstün bir canlıya çevirəcək qədər dəyişəcəyik. Biz həyatın çox vacib qaydalarını dəyişməyə yaxınıq. 


Təkamülün 4 milyardlıq tarixi ərzində həyat təbii seçmə yolu ilə (ətraf-mühitin təsiri altında, sağ qalmaq uğrunda mübarizə vasitəsi ilə) təkamül etmiş və üzvi aləmdən kənara çıxmamışdır. Kim olmağından asılı olmayaraq amöb, dinozavr və ya homo sapiens – hamı üzvi maddələrdən ibarətdir. Həyat ağıllı dizayn vasitəsi ilə (kor-təbii təbii seçmə yolu ilə yox, məhz daha üstün varlığın düşünülmüş müdaxiləsi ilə) təkamül edəcək və ilk qeyri-üzvi canlının yaradılışı ilə üzvi aləmdən çıxıb, qeyri-üzvi aləmə daxil olacaq.
Yer kürəsində hələ də canlılar yaşayacaq, amma çox güman ki, onlar bizdən çox fərqli olacaqlar, bizim neandertallardan və şimpanzelərdən fərqli olduğumuz kimi. Oyunun qaydaları tamamilə dəyişəcək. Bu həm də ilk dəfə olaraq bizim yaşamın Yer Kürəsindən çıxışını təmin edəcək. Ümumilikdə fəzada və başqa planetlərdə üzvi həyatı qorumaq olmur. Lakin üzvidən qeyri-üzviyə keçdikdən sonra süni intellektin qorunması ilə bağlı problem olmayacaq.
Əgər bu Ulduz Yolu serialı (Star Trek) və ya Ulduz Müharibələri filmləri (Star Wars) kimi şeyləri sizin yadınıza salırsa, demək lazımdır ki, onlar bizim kimi insanları təsvir edir. İşıq sürəti ilə uçan fəza gəmilərindəki insanları. Fərqli olan isə budur ki, bu uçan fəza gəmiləri olmayacaq, bu həmin gəmilərin içində uçan insanlar olacaq. Onlar bizim kimi olmayacaq, onlar tam fərqli olacaqlar. Bu təkamül olacaq, lakin təbii seçmə ilə yox, ağıllı dizayn ilə əldə olunmuş təkamül.

future


Müəllif: Yuval Noah Harari.
 
Tərcümə: Türkel Əfəndiyev. 

Mətnin istifadəsi zamanı müəllif və tərcüməçiyə istinad edilməsi xahiş olunur. 

Original m
ənbə: http://www.bbc.com/news/uk-37171171
 

0 şərh