KİNO! Sentyabr ayında baxılası filmlər

Asudə vaxtın yaxşı keçirilməsi üsullarından biri də maraqlı bir filmə baxmaqdır. Filmə baxmaq müxtəlif cür ola bilər, ən rahatı isə dost-tanışla birlikdə filmə kinoteatrda baxmaqdır. Bu səbəbdən bu gündən yeni aylıq mövzu yazmağa başlayıram. Hər ay şəhərin kinoteatrlarında nümayiş olunacaq filmlər haqqında bir qədər yumorlu subyektiv fikirlərimi bölüşəcəm. Sentyabrın ilk günləri geridə qalsa da, aşağıdakı filmlərə 3 həftə ərzində kinoteatrlarda baxa biləcəksiniz. Filmlərin adı hər kinoteatrda müxtəlif cür, russkayazıçnı çuşkalar Azərbaycan dilini pis bilən yoldaşlar tərəfindən tərcümə olunduğundan, burada filmin original adını yerləşdirəcəm və mötərizədə üstünlük verdiyim tərcüməni yazacam, razılaşdıq?

Kayzen kinteatrı

1. Shark Night 3D
(Akulalar).
Bir neçə gənc həftəsonu dincəlmək üçün göl ətrafında evə gedirlər. Hər şey əla keçir, uşaqlar kef eliyir, həyatın dadını çıxardırlar, əyləncə, əyləncə və əyləncə.... Lakin gözlənilmədən gənclərə akulalar hücüm edir, bütün belə filmlərdə  olduğu kimi, qaradərili qəhrəmanlar birinci ölür. Hamı panikadadır, qorxu içində olan gənclər bilmirlər nə etsinlər.... Bəs nə oldu bayaqdan kefdə idiniz?! Bayaqdan zor söhbətlər, göldə kateri ikitəkər qaldırmaq, nə bilim nə, indi nə oldu bəs? Məncə kinonun treylerinə baxmaq kifayətdir.






2. I Don't Know How She Does It (Bilmirəm o bunu necə edir).

Bilmirəm!
Filmdə baş rolu "Seks and the City" (Böyük Şəhərdə Seks) şousu və filmindən tanınmış Sara Cessika Parker ifa edir. Filmdə həm də 90-cı illərin Ceyms Bondu Pirs Brosnan və Qreq Kinner yer alır. Film sırf qadın auditoriyası üçün nəzərdə tutulub (Bilmirəm onlar buna necə baxır). Lakin bu o demək deyil ki oğlanlar bu filmə baxa bilməz. Əsas odur ki, sevdiyiniz qızla kinodan çıxdıqdan sonra üzünüzə saxta təbəssüm gətirəsiniz və "çoooox maraqlı film idi..." deyəsiniz.





3. Crazy, Stupid, Love (Çılğın, Axmaq, Məhəbbət).
məhəbbət.dəli məhəbbət
Hollivud ənənələrinə sadiq olan daha bir romantik komediya. Film ortayaşlı kişinin yeni tanış olduğu gənc dostu vasitəsi ilə yenidən qadınlar üçün cazibədar olmaq cəhdlərindən bəhs edir.  Bu dəfə sizi Stiv Karel, Culian Mur, Rayan Qoslinq, Marisa Tomey və Kevin Beykon əyləndirəcək. Məncə bir dəfə baxsaz çox şey itirməzsiniz.




4. Killer Elite (Qatillər Elitası)

Killers
Siz məni Robert-DeNiro-şünas və ya hətta Robert-DeNiro-baz (türkün məsəli) adlandıra bilərsiniz. Mən bu kişinin fanatıyam.  Son bir il ərzində mən kinoteatrlarda onun 5 filmini izləmişəm. Hətta sevdiyim qızı da zorla onun filmlərinə aparmışam və bəxtimdən bu filmlərin hamısı zay çıxıb :/. Artıq qız da məni ona qısqanır, çox çətin vəziyyətdəyəm, deyəsən bu filmə gizlincə gedib baxmalı olacam....
Uzun filmin sözün qısası, bu kino Britaniya ordusunun xüsusi əsgərləri haqqındadır. Döyüş filmlərindən tanıdığınız Ceyson Stethemin qəhrəmanı, dostumuz Robert Denironu Klayv Ouenin əsirliyindən çıxarmağa çalışacaq. Bir sözlə vur-çatlasın!!! Belə filmlərin böyük həvəskarı olmasamda, artıq yuxarıda göstərilmiş səbəbə görə baxmağa məcburam.
Sentyabr ayının ən çox gözlənilən filminin treylerini izləmək yadınızdan çıxmasın!





5. Abduction (Təqib)

Bu filmdə təzə bir şey yoxdur, vaxtınızı boş yerə sərf etməyin.














6. Hangover II (Oğlan Qonaqlığı, Veqasdan Banqkoka).

Hangover2
Ayın ən səs-küylü kinosu. İş ondadır ki, filmin birinci hissəsi olduqca uğurlu alınmışdı, ona görə də ikinci hissəni yayın əvvəlində hamı sərsizliklə gözləyirdi. Lakin kinoteatrlarımız filmi göstərmək hüququ əldə edə bilməmişdilər ki, bu da izləyicilər arasında böyük narazıçılığa səbəb olmuşdu. Lakin gecdə olsa film böyük ekranda nümayiş olunacaq!




7. Kokowääh (Cəzbedici). 


Siyahıda olan yeganə qeyri-Hollivud filmi. Film komediya janrındadır. Rejissyor və baş rolun ifaçısı isə adlı-sanlı Alman aktyoru Til Şvaygerdir. Şvayger beynəlxalq publikaya daha çox Kventin Tarantinonun "Şərəfsiz Əclaflar" filmindəki Hugo Ştiglits obrazı ilə tanınır.
Aktyoru komedik obrazda görmək üçün tənbəllik etməyib getdim filmə baxmağa. Əvvəlcədən onu deyim ki, filmin original adı (çaxır souzunda bişirilmiş toyuq) və rusca tərcüməsi (Cazibədar), həmçinin filmin treyleri onun haqqında çox yanlış təəsürratlar yaradır.
Filmin baş qəhrəmanı qayğısız həyat tərzinə öyrəşmiş 42 yaşlı dramaturqdur. Bir gün o öyrənir ki onun 8 yaşlı qızı var (kiçik qəhrəmanı Şvaygerin doğma qızı canlandırır) və qeyri-müəyyən müddət ərzində qızın qeydinə o qalmalıdır.  Onsuz da problemi aşıb-daşan qəhrəmanımız əvvəl qızı başdan eləmək istəyir. Lakin qısa müddət ərzində o biloji qızına öyrəşir. Nə etmək olar ki, bunun nəticəsində onun şəxsi həyatında hər şey bir-birinə qarışır. Bu azmış kimi, tərslikdən qızı 8 il böyütmüş kişi peyda olur ki, nə var-nə var, qızı bu yaşa mən çatdırmışam uşaq mənimdir. Heç dəxli var?! Kişilər razılaşırlar ki, uşaq bilsə ki, onun iki atası var, bunun axırı yaxşı qurtarmayacaq, ona görə də kompramisə getməyə məcbur olurlar, hətta bir yastığa baş qoyurlar... (Yox! O mənada yox! Ədəbsizlər!). Bununla da problemlər yavaş-yavaş həll olunur və film "happy end"lə bitir.

Qeyd etməliyəm ki, film kifayət qədər gülməli alınıb, burada Şvaygerin həm aktyor, həm də ki rejissyor kimi əməyi var. Lakin Til çəkiliş qrupunun rəhbəri olmaq fürsətindən istifadə edərək yorğanın böyük hissəsini öz (və yeri gəldikdə kiçik qızının) üzərinə çəkməyə çalışır (mən buna Adam Sandler sindromu deyirəm). Filmdə süjetin ümumi gedişinə dəxlisi omayan, yalnız tualet yumoru xətrinə "gülməli" frazalar işlədən ikinci üçüncü dərəcəli obrazlar əsərin ciddiliyini kiçildir. Bu isə Avropa komediyalarının ümumi xəstəliyidir. Kokowääh'ın müsbət cəhətlərindən isə filmdə istifadə olunan mahnılar toplusunu misal gətirə bilərəm.





8. Jane Eyre (Ceyn Eyr).

Jane Eyre
Məhşur əsərin daha bir ekranizasiyası. Bu dəfə baş rolları Mia Vasikovska, Ceymi Bell və elə bu günlərdə Venetsiya kinofestivalında ən yaxşı aktyor adını qazanmış Maykl Fasbender canlandırır. Klassik ədəbiyyat həvəskarlarına baxmaq məsləhətdir.





9. Smurfs (Şirinlər).


Bu kino çoxumuzun çoxunuzun uşaqlıqda bəyəndiyi "Şirinlər" cizgi filminin tam metrajlı film versiyasıdır. Yəni bu nə  tam cizgi filmidir, nə də tam kino, aləm
qarışıb bir-birinə, amma maraqlıdır, ən azı şirinsevərlər üçün. Əgər bu filmə uşaqlarla baxmağa getsəniz, yəqin ki siz onu daha çox bəyənəcəksiniz, çünki uşaqlıq xatirələrini heç nə əvəz etmir, həm də indiki uşaqların artıq öz qəhrəmanları var...




10. Colombiana (Kolombiana).

"Qisas Şirindir!". Filmin teqlayn'ı belədir. Yəni, kino bu ifadə
altında reklam olunur. Belə ki, filmin baş qəhrəmanı Kolumbiyalı Kataleya (yaman ekzotik addır), film boyu qisas dalınca düşür. Onun 10 yaşı olanda onun gözünün qarşısında valideynlərini öldürürlər, 14 yaşı olanda o valideynlərinin qisasını alacağına söz verir, 17 yaşında isə Azərbaycan dilini öyrənir, Kooperasiya universitetinə qəbul olur və Azərbaycan kinoteatrında filmlərin adını tərcümə etməklə məşğul olur, və nəhayət... bunu bilmək üçünsə filmin özünə baxmaq lazımdır. Olduqca maraqlı filmdir, hətta artıq Kolumbiyada boykot olunub... Boykot sözünün mənasını bilməsəm də adından yaxşı sözə oxşayır!

Colombiana


Gələn görüşlərədək!

18 şərh

ORIGINAL
Məlumatlandırıcı topik idi.Ümid elyirəm ki,bir çoxlarının maraq dairəsində oldu.Yazan əllərə sağlıq.
Ad_Familiya
Maraglı idi, özünemexsus yanaşma tərzi xüsusiylə...)

ps. Malçişnik II 1 həftə olar ki, Parkcinemadadı.
Türkəl
Çox sağ olun!
p.s. "Şirinlər" isə avqust ayından ordadır, məqalədə sentyabrın qalan günləri ərzində baxıla biləcək filmlərdən bəhs edilir.
Türkəl
Cazibədar filmi haqqında daha geniş yazdım, buyurub oxuya bilərsiniz.
Gülnar
Mən isə Ryan Gosling həvəskarı olduğum üçün Crazy, Stupid, Love-dan məlumatım var idi..Bir də şirinləri eşitmişdim..Boykot yaxşı şey deyil, hansısa əlaqədən və ya mal almaqdan imtina etmək formasında ifadə olunan mübarizə formasıdır.
Kinolarla bağlı maraqlı topiklər yazırsız..təşəkkür edirəm..


Türkəl
Çox sağ olun!
Boykot məsələsinə gəldikdə isə bu zarafatca yazılmışdı, mən bu sözün mənasını çox yaxşı bilirəm :)
Türkəl
Rayan Qoslinq həvəskarına «Lars və Əsl Qız» (Lars and the Real Girl) filmini məsləhət görürəm. Getmə (Stay) də yaxşıdır, amma çox qarışıq alınıb.
Bundan başqa bizim oktyabr ayından Rayan Qoslinqi Kann kinofestivalında mükafata layiq görülmuş «Drayv» və Corc Kluninin birgə iştirakı ilə «The Ides of March» filmlərində izləmək imkanımız olacaq!
Gülnar
Düzü mən də təəccüblənmişdim, amma, zarafat olduğu ağlıma gəlmədi) Drive haqda məlumatım var..Mən Goslingi ən çox «Fracture» filmində bəyənirəm..Əlavə informasiyaya görə sağ olun..
Rene
Hangover «paxmel» deyildi?? )) (похмелье) Малчишник kimi tərcümə olunub? Mən tərcümə etsəydim bilmirəm Azərbaycan dilinə necə tərcümə edərdim o sözü. )))
Rene
P.S.  Мальчишник olmaliydi, myaqkiy znak yazdim, bilmirəm niyə düşmüyüb. Burda hər şeyi «pri4ina» tuturlar, qorxuram. ))))
Zahid_GDMLI
Smurf'a baxmaq məni lap uşaqlığıma apardı.
Diğər filmlər də əladı baxmağa dəyər
Türkəl
Smurfs'a baxmağa tək getmişdim, mən də heç bir təəssürat oyatmadı hətta vacib işim çıxdıqdan filmə axıra kimi baxa bilmədim. Şirinlərə uşaqlıqdan baxan tanışımın isə film çox xoşuna gəldi, Gargamel rolunu oynayan Hank Azaria'nın ifası istisna olmaqla.
2ral

Bir filmin ki adı Oğlan qonaqlığı ola,o filmdən nə gözləyəsən?

Türkəl
Artıq yuxarıda Renenin qeyd etdiyi kimi, Oğlan Qonaqlığının original adı Hangover'dir, nəyinki mənası spirtli içki qəbulu nəticəsində yaranan kəskin baş ağrısı hissini ifadə edir (rusca — похмелье). Rus prokatında filmin adı daha diləyatımlı Мальчишник sözü ilə əvəz olunub. Azərbaycan dilində filmə daha uğurlu ad fikirləşmək bir az çətin məsələdir.
Kiminsə maraqlı ideyası varsa təklif edə bilər.

tenqo
Məncə, onu «bəy hamamı» kimi tərcümə etmək lazımdır ))))
Gülnar
Hangover 2 Hangover 1 kimi maraqlı alınmayıb məncə
Cavid
təvazükarlıqdan uzaq Hangover 2 -ye cinema da baxmaq xüsusi zövq verir adama)
maraqlı alınıb, təşəkkürlər
Ferbara
Əməyinizə görə təşəkkür edirəm. :)