Övlad dünyaya gələnə qədər

      Ana olmağa hazırlaşmaq üçün qadın böyük səbir göstərməlidir. Əksər valideynlər hesab edirlər ki, bətndaxili dövrdə uşağa olan təsir davamlı deyil və buna görə də böyük əhəmiyyət kəsb etmir. 

      İnsanların meyl və maraqları müəyyən prinsiplərə əsaslanmalıdır. Əgər ana uşağının dünyaya gəlməsi ilə bağlı ALLAHIN niyyətlərini həyata keçirmək istəyirsə, bəzi şeylərdən imtina etməyi bacarmalıdır. Əgər uşaq dünyaya gəlməzdən əvvəlki vaxtlarda ana öz arzularına uyğun, eqoist, əsəbi, tələbkar həyat tərzi keçirirdisə, onda onun bu cəhətləri uşağın xarakterində əks olunacaq. Bunun nəticəsində bir çox uşaqlar irsi olaraq öhdəsindən gəlmək mümkün olmayan şərə meyllilik əldə edirlər. Lakin əgər qadın səbirli və fədakar ruha malikdirsə, əgər o, xeyirxah, nəvazişli və qərəzsizdirsə, bu gözəl xüsusiyyətləri uşaqlarına da ötürə bilər. 

       Gələcək ananın ətrafını xoşagələn və sevincli etmək işinə diqqətli yanaşmaq lazımdır. Qadın və ananın üzərinə düşən yükü azaltmaqdan ötrü əlindən gələni etmək üçün ər və atanın üzərinə çox böyük məsuliyyət düşür. Ər qadının vəziyyətini nəzərə alaraq, bacardığı qədər ona kömək etməlidir. O, gülərüz, nəzakətli, xeyirxah, nəvazişli olmalı və qadının bütün ehtiyaclarına xüsusi diqqət yetirməlidir. 

      Qidalanma ilə bağlı yanlış fikirlər. Hamiləlik dövründə qadının istədiyi hər şeyi yeyə bilməsi fikri yanlışdır və bu fikir sağlam düşüncəyə deyil, adətlərə əsaslanır. Hamilə qadının iştahası aldadıcı və çətin doyurulandır, artıq mövcud olan adətlərə görə o, yediyi qidanın onu doyurdacağı və uşağının inkişafını təmin edəcəyi haqqında fikirləşmədən, qarşısına keçən hər şeyi qəbul edə bilər. Qəbul olunan qida qıcıqlandırıcı deyil, doyurducu olmalıdır.

        Məhz hamiləlik dövründə qadınlar sadə qida qəbul etməli və istifadə etdikləri məhsulun keyfiyyətinin qayğısına qalmalıdırlar.

      Bu prinsiplərə uyğun hərəkət edən və ətraflı məlumatlara malik olan qadınlar hamiləlik dövründə sadə qidalardan imtina etməyəcəklər. Onlar unutmayacaqlar ki, gələcək uşağın həyatı onlardan asılıdır, ona görə də öz vərdişlərinə, xüsusilə də qidalanma tərzlərinə diqqətli yanaşacaqlar. Onlar qidanı yalnız yaxşı daddığına görə yeməli deyillər. Sağlam düşüncə tərzinə görə etməməkləri gərəkən şeyləri etməyi tövsiyə edənlər çox olacaq. Uşaqların bir çoxunun xəstə doğulmasının səbəbi anaların öz iştahalarına güzəştə getmələrindədir.

      Qadının fiziki təlabatlarına diqqətsiz yanaşmaq olmaz. O, iki həyat üçün cavabdehlik daşıyır; onun arzularını diqqətlə dinləmək və təlabatlarını ödəmək lazımdır. Lakin qadın da eyni zamanda qida, yaxud digər məsələlərlə bağlı olmağından asılı olmayaraq, öz fiziki və əqli qüvvəsini zəiflətməkdən uzaq durmalıdır. 

        Uşağın düzgün xarakterinin əsası, o, hələ dünyaya gəlməzdən qabaq ananın öz qarşısına qoyduğu qəti özünüidarə sayəsində qoyulur.

     Daxili vəziyyət. Ana olmağa hazırlaşan qadın şəraitdən asılı olmayaraq, həmişə şən, sakit əhval-ruhiyyəni saxlamalıdır və bilməlidir ki, uşağının fiziki sağlamlığı və sakit, təmkinli xarakteri ilə onun bütün səylərinin əvəzi səxavətli şəkildə ödəniləcəkdir. Lakin bu, hələ hamısı deyil. O, həyata nikbin baxışı özündə vərdiş halına sala bilər və bu yolla şən əhval-ruhiyyəni saxlaya, öz ailəsini və ünsiyyət saxladığı insanları xoşbəxtlik ruhu ilə doldura bilər.

 

1 şərh

asel
ananın həyatında ən ömənli dövrdü bu dövr. özu ilə birlikdə ikinci bir canı daşımaq məsuliyyəti var ananın üzərində. təəssüflər əksər kişilər qadınların bu dövrdəki ruh halını, psixikasını anlamır.