Daxili planetlər

Bu planetlər Günəş sistemində Günəşə ən yaxın olan dörd planet: Merkuri, Venera, Yer və Marsdır.Əgər Günəşdən daha uzaq məsafədə olan nəhəng planetlər əsasən qazdan ibarətdirsə, ona daha yaxın olan planetlər bərk kütlələrdən əmələ gəlmişdir. Ona görə də həmin planetlərin səthinə kosmik aparatlar enə bilərlər. Bütün daxili planetləri tərkibinə görə tam müxtəlif olan nazik atmosfer təbəqəsi əhatə edir.

      MARSIN RƏNGİ

      Planetin səthində külli miqdarda dəmir tozu var. Həmin toz Marsın atmosferində olan karbon qazı ilə oksidləşərək qırmızı rəng alıb. Marsın üst təbəqəsi qırmızıtəhər olduğuna görə çoxlu kölgələr görünür.

      MARSDA HƏYAT?!

      Hələlik bunu hec kim bilmir. XX əsrin 70-ci illərində buraxılan «Vikinq» cihazları Marsda həyat izləri aşkar etməmişdir. Ancaq 1996-cı ildə planetdən gətirilən torpaqda mikroskopik elementlər aşkara çıxarılmışdır. Alimlər hesab edirlər ki, bunlar kiçik viruslar ola bilər.

      MARSIN PEYKLƏRİ

      Günlərin birində Amerika astronomu Asaf Xoll Marsı öyrənməkdən bezir və yatıb dincəlmək istəyir. Lakin çox qorxduğu arvadı tədqiqatların davam etdirilməsini inad edir. Elə həmin gecə Xoll Marsın iki peykini kəşf edir. Zirək alim peyklərdən birini Fobos (qorxu), digərini isə Deymos (vahimə) adlandırır.

      MARSDA BÖYÜK DƏRƏ

      Marsın səthi Yerə nisbətən daha az kənar təsirlərə məruz qalıb. Axı burada nə yağış, nə də çay var. Ancaq planetdə hündürlüyü 24 km olan nəhəng Olimp vulkanı var. Bu, Yerdəki Comolunqm vulkanından üç dəfə yüksəkdir. « Mariner-9 » kosmik aparatı Marsda dərin dərə kəşf etmişdir. Onun uzunluğu 4000 km, dərinliyi isə Amerikadakı Böyük Dərədən dörd dəfə dərindir.

     YER

     Yer örtüyünün dörddə üç hissəsi sudur, ona görə də mavidir.

       VENERANIN HAVASI

     Veneranın havası insan üçün çox təhlükəlidir.Hava əsasən zəhərli karbon qazından və sulfat turşusu buludundan ibarətdir. Atmosfer qatı çox qalındır. Ona görə də atmosfer təzyiqi çox böyükdür.

     Venera çəhrayıya çalan ağ rəngli şardır. Çox qalın atmosfer qatından onun səthinin xüsusiyyətlərini fərqləndirmək çətindir.

     AXŞAM ULDUZU

     Venera Günəş işiğını əks etdirir, ona görə də səmada ulduz kimi parlayır. Günəşə yaxın olduğuna görə planeti ancaq Günəş batandan dərhal sonra, yaxud bilavasitə Günəş çıxanda seyr etmək mümkündür.

     MERKURİNİN HAVASI

     Merkuridə istidən qoruyan atmosfer qatı yoxdur. Ona görə də hərarət kəskin surətdə dəyişir. Gündüz hava 430ºS-dək qızır, gecə hərarət 180ºS-dək aşağı düşür.

     Merkuridə nəfəs almaq mümkün deyil.Oksigen ehtiyatı olmadan atmosferi olmayan planetə getmək müşkül işdir. Olan qazların hamısını Günəş yandırdığına görə cüzi miqdarda natrium buxarı qalır.

     Merkurinin faktik olaraq atmosferi yoxdur, ancaq onun üst qatı Aydakı kimi kraterlərlə doludur.

     DAXİLİ PLANETLƏRİN TƏRKİBİ

     Daxili planetlərin hər biri öz quruluşuna görə bərk « qabıqlı » örtüklə, yarımyanar halında kütləyə oxşar « ağla », yanar halda maye dəmir və nikeldən ibarət nüvə- « sarı » ilə yumurtanı xatırladır.

Mənbə: oyren.org   (şəkilləri özüm seçdim)

1 şərh

hard
Xarici planetlər haqqında,ələlxüsus da Yupiter və Pluton haqqında məlumatlar əldə etmək istərdim.