Namaz qılmayan şəxsə şeytanın cavabı

      Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir: 
      — Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir. 
      Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir: 
      — Mən səninlə dostluq etmək istəmirəm! 
      Adam bunun səbəbini soruşduqda Şeytan dillənir: 
      — Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!
 

8 şərh

Deha
xüsusi bir hekayədir.ALLAH bizi bağışlasın.çünki çoxumuz bu gündəyik…
JAVIER_ZANETTI
Salam. Həqiqəti sözlərlə əks etdirdiyin üçün çox sağol Ramil. Vay halıma ((
Ramil
Dəyməz! Hələ məni demirsiniz?!
asel
Allah keçsin günahımdan:((
imtogrul
maraqlı hekayədi. Amma yenə də məncə, insanı şeytanla müqayisə etmək düzgün deyil. Nə qədər günahı olsa da Allah insanı şeytandan üstün saydığı üçün insan kimi yaradıb. Şeytanın hansı əməllərdən çıxdığını bilmirik. O insan namaz qılmasa da ən azından şeytan kimi başqasını namaz qılmaqdan çəkindirməyə çalışmır
Ramil
Elə insanlar var ki, eynən şeytanı təmsil edirlər, məgər belə insanlar azdırmı?
imtogrul
tebii bele insanlar var, amma eger Tanri hemin insani sheytandan ferqli, insan sheklinde yaradibsa, biz onu sheytana tay tutmaqla Tanrinin secimine qarshi getmish olariq
Ramil
Əməyi qiymətləndirdiyinizə görə hər birinizə minnətdaram.