Universal bloq
UNIVERSAL BLOQ
Həzrəti Fatmeyi Zəhra haqqında maraqlı hekayə
Həzrəti Fatimeyi Zəhra bir gün atası peyğəmbərimiz Məhəmməd (s.a.s)in yanina gəlib dedi:
-Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək?
Peyğəmbərimiz:
— Filan məhəllədə bir qadin var. O qadın cənnətə ilk girəcək qadındır, buyurdular.
Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək, ata? — deyə soruşdu.
Həzrəti Peyğəmbərimiz:
— Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən.
Ardı →
Filosofların dedikləri
Filosof Diogendən soruşurlar:
— Səncə, nəyə görə insanlar əlillərə və dilənçilərə sədəqə verirlər, lakin imkansız filosoflara və müdrik adamlara yardım əlini uzatmırlar.
Filosof cavab verir:
— Çünki onlar bilirlər ki, istənilən an əlil və ya dilənçi ola bilərlər, lakin heç vaxt filosof ola bilməyəcəklər.
Ardı →
Mənim anam
-Niyə ağlayısan? bir hadisə baş verib?
Qızcığaz aglaya-aglaya deyir: — Anama gül almaq istəyirdim, amma pulum çatmır.
Bunu eşidən gənc gülümsəyərək: — Gəl mənimlə gedək, sənə gül alım.
Və gənc onun əlindən tutub gül mağazasına daxil olur. Qıza gül alır və həm də anasına göndərmək üçün daha bir dəstə gül sifariş edir.
Onlar mağazadan çıxanda gənc adam qıza deyir: — Gedəcəyin yeri de, səni aparım.
Qızcığaz sevinərək razılığını bildirir. Qız onu qəbiristanlığa tərəf aparır. Onlar yenicə qazılmış bir məzara yaxınlaşırlar. Qız əlindəki gülü həmin məzarın üzərinə qoyur. Bu onun anasının məzarı idi… Hadisədən təsirlənən gənc tələ gül mağazasına qayıdır. Bir az əvvəl sifarişi etdiyi gülü götürüb 200 km uzaqlıqda yaşayan anasına baş çəkməyə gedir…
Davamı →
Çoban və Alma ağacı
Davamı →
Namaz qılmayan şəxsə şeytanın cavabı
— Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir.
Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir:
— Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir:
— Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!
Davamı →
Həyat bir təsadüf deyil
Məşhur bir futbolçu arvadını öldürməklə günahlandırılırdı. Amma arvadının cəsədi ortada yox idi. Futbolçu şübhəli kürsüsündə oturmuşdu. Qucaq dolusu pulla tutduğu vəkili münsifi razı salmağa çalışdı: «Hörmətli münsif üzvləri, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər də inanacaqsınız. Nə üçünmü? Baxın, indi ona qədər sayacağam və müvəkkilimin öldürdüyü iddia edilən arvadı bu qapıdan içəri girəcək…
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10″.
Ardı →
Balaca ürəyin düşüncəsi
Bir dəfə atasının yanına gedəndə onun üçün çəkdiyi şəkli də apardı. Ancaq həbsxana qaydalarına görə “ağıllara azadlıqla bağlı nəsə gətirə biləcək” şəkillərin məhbuslara verilməsi qadağan idi. Buna görə də balaca qızın çəkdiyi quş şəklini qəbul etmədilər və elə oradaca cırıb atdılar.
Balaca qız çox üzülmüşdü… Atasına da dedi. Atası da qızına dedi ki, “çox üzülmə, gələn dəfə şəkil çəkərkən daha diqqətli ol.”
Üstündən bir müddət keçdi. Balaca qız yenə atasının yanına getdi. Bu dəfə də şəkil çəkmişdi. Bir ağac şəkli… və üstündə balaca nöqtələr… Atası maraqla şəklə baxdıqdan sonra qızına dedi: “Nə qədər gözəl çəkmisən bu ağacı”… Sonra balaca nöqtələri göstərib soruşdu ki, bəs bunlar nədir, kiçik meyvələrdir?
Balacaq qız ağzını atasının qulağına yaxınlaşdırıb yavaşca dedi: “Atacan, onlar meyvə deyil. Budaqların arasında gizlətdiyim quşların gözləridir”….
Davamı →
DOĞRULUN, DURULUN, HƏZƏRAT!
Çörək… Yaradanın Adəmdən Xatəmə insan oğluna cəzası...
Yox, mən nə Amerika açmaq fikrindəyəm, nə də bu gözəl nemətdən ziyadə bəlağətli cümlələrlə danışmaq. Buna ehtiyac da yoxdur.
Bildiyim, gördüyüm odur ki, bir tikə çörək çox “ac”ı “qılınca” çapdırır.
Ardı →
Məşhurlar haqqında lətifələr
Deyirlər birinci iqtisadçı Kolumb olub. O Amerikanı kəşf etməyə gedəndə hara getdiyini bilmirdi. Ora çatanda harda olduğunu bilmirdi. Bütün bunları isə dövlət vəsaiti hesabına edirdi.
Ardı →