Рейтинг
+1.15

Unudulmuş röya

13 üzv, 6 topik

Unudulmuş Röya - IV Fəsil

Qadın kədərlə gülümsündü.
-Mən özümə qarşı belə bir nəzakəti artıq gözləmirdim.
Dronqo öz təəssüratlarını səmimiyyətlə etiraf edərək dedi:
-Siz dözümlü adamsınız, Liliya.Bəlkə sizin tanınmış onkoloji mərkəzlərdən birinə gedib əməliyyat üçün şansınızın olub-olmadığını bilməyə cəhd etməyiniz daha yaxşı olardı.
Liliya cavabında:
— Mən artıq Moskvanın Kaşirkasından və Londondan bunu öyrənmişəm, — dedi, — Moskvada on faiz şans olduğunu deyirlər, amma bunun çox mürəkkəb məsələ olduğunu da bildiriblər.Londonda isə heç bir şans olmadığını hesab edirlər.Təsəlli bircə ondadır ki, son mərhələ başlayanda mən heç nə hiss etməyəcək və hər şeyi unudacağam.Qərb həkimləri həmişə sözü açıq və birbaşa üzə deyirlər.Mən onları başa düşürəm.Bəlkə bu bir vicdan işidir.
Ardı →

Unudulmuş Röya - III Fəsil

Dronqo hiss olunmadan qonağına baxırdı.Yaxşı qulluq görmüş, saçları qəşəng yığılmış, səliqəli geyinmiş bu xanım əsla təslim olmaq fikrində deyildi.Belə bir qadın sonacan duruş gətirəcəkdi.Lakin onun təklif etdiyi avantürayla razılaşmaq əxlaqa zidd hərəkət deyildimi? Əgər onun əri doğrudan da, intihar edibsə, onda axtarışlar heç nə verməyəcək.Bütün faktlar isə məhz intiahara dəlalət edir.Belə çıxır ki, imtina etmək lazımdır.Son mərhəmətə belə yer qoymayıb imtina etmək.Lakin doğrudanmı, o, bunu etməyə qadirdir? Bəs onda sonralar bu qadının gəlişini necə xatırlayacaq?

-Gəlin belə edək, — deyə Dronqo təklif etdi, — mən sizinlə Riqaya gedim və nəyi isə aydınlaşdırmağa çalışım.Amma mən sizin ehtimalınızı təsdiq edən dəlillər tapmayınca, heç bir qonorardan söhbət belə gedə bilməz.Siz mənim yol pulumu və yaşayış xərclərimi ödəyərsiniz, qalan şeylər isə ancaq mənim təhqiqatı başa vurduğumdan sonra olacaq.

-Sag olun, — qadın həyəcanla dedi, — mən istənilən şərtlə razıyam.

-Onda danışdıq.Sabah bir yerdə Riqaya gedirik.Yaxud uçuruq?

-Sizə necə münasibdirsə.Mənim üçün fərqi yoxdur.
Ardı →

Unudulmuş Röya - II Fəsil

Dronqo zaponkanı nəzərdən keçirib onu qonağa qaytardı.
-Siz təsəvvür edə bilərsinizmi, intihar edən şəxs zaponkasının birini açıb tullayandan sonra özünü asıb? -deyə Liliya gözlənilmədən həyəcanla soruşdu. -Məni bu tapıntı əmin edir ki, həmin otaqda nəsə başqa bir hadisə baş vermişdir.Mən buna tam əminəm.Ola bilsin ki, onlar əlbəyaxa olublar, ya da Armand müqavimət göstərib və elə bu zaman da zaponka pəncərəyə sıçrayıb.Sonra isə pəncərəni bağlayıblar, hərçənd ki, polis heç bir iz tapmayıb.Heç bir iz başa düşürsünüzmü?Bunun özü də çox qəribədir.Əgər Armand pəncərəni açıbsa və otaqda yeganə adam olubsa, onda nə üçün tutacaqda onun barmaq izləri qalmayıb?Bu izləri kim silə bilərdi?Belə çıxır ki, otaqda başqa adam da olub.Kənar adam.
Ardı →

Unudulmuş Röya - I Fəsil

Ertəsi gün günorta saat üçdə Dronqo Edqar Veydemanisi və onunla birlikdə gələn qadını öz mənzilində qəbul etdi.Görünüşü etiberı ilə qadına əllidən artıq yaş vermək olmazdı.Orta boylu olsa da, qəşəng, olduqca incə vücuduna ciddiyyət verən qara kostyumu ilə bir qədər hündür görünürdü, üzünün cizgiləri də son dərəcə zərif idi.Qadın quru nazik əllərini uzatdı.Onun uzun, aristokratik barmaqları və yalnız sağalmaz xəstələrə xas olan qəm-qüssə ifadəli dərin çuxura düşmüş gözləri var idi.Dronqo qonaqların əlini sıxaraq onları qonaq otağına dəvət etdi.
O, qadının içəri keçərkən bir qədər tərəddüdlə oturmaq üçün haranı-divanı, yoxsa kürsünü seçməsinə diqqət yetirdi.Bu, ev sahibinin özünəməxsus bir sinağı idi.Fərdiyyətçilər adətən, kürsünü üstün tuturlar, digərləri isə divanı seçirlər.Qadın divana nəzər salaraq keçib kürsüdə əyləşdi.Bu özünəməxsus sınaqdan xəbəri olan Edqar qımışdı və divanda əyləşdi.
-Bağışlayın ki, sizi şəxsi problemlərimlə məşğul olmağa vadar edirəm, -qonaq bir qədər həyəcanla, amma kübar xanımlara xas oln əda ilə sözə başladı.
-Mənə dedilər ki, siz mənimlə görüşmək istəmisiniz, -deyə onun davranışına diqqətlə göz qoyan Dronqo dilləndi.Qadın özünün təvazökarlığı və mədəniyyəti ilə onun rəğbətinə səbəb olmuşdu.
-Mənim adım Liliya Kraulindir, -qadın özünü təqdim etdi, -mən Riqadan gəlmişəm. -O, rus dilində xarakterik latış ləhcəsi olmadan danışırdı.Qadın qarşısındakı kiçik masanın üzərinə qoyulmuş butulkaya nəzər salaraq birdən xahiş etdi: -Sizdə su varmı? Adi, qazsız su.
-Əlbəttə. -Dronqo «Vittel» mineral su butulkasını açaraq stəkanı doldurdu və qonağa uzatdı.Edqara baxdı, amma o, başı ilə imtina elədi.
-Bağışlayın, -deyə qadın ikicə qurtum alaraq stəkanı masanın üstünə qoydu.
Dronqo səbrlə gözləyirdi.
Ardı →

Unudulmuş Röya - Müqəddimə 2

Nəhayət, o, cavab verdi.Və dostu, həm də şəriki olan Edqar Veydermanisin tanış səsini eşitdi:


— Salam, Dronqo.


— Axşamın xeyir.Mənim qayıtdığımı haradan bildin? Sən, Cilə zəng etmişdin?


— Yox.Mən, sadəcə, sənin sürücünə zəng etdim və nə vaxt qayıdacağını öyrəndim.Sən heç əvvəldən sükan arxasında özün oturmağı xoşlamırdın axı.Lenya Krujkov isə sənin üçün STP (tərc.-sürücü-təlimatçı pultu) zalı sifariş etmişdir.


— Mən bunu bilməliydim, — deyə Dronqo narazılıqla qeyd etdi, — deyəsən, mən peşəmi itirməyə başlayıram.Əgər belə getsə, mən sürücümə də, Lenyaya da tapşırmalı olacağam ki, mənim qayıtmağımın vaxtını heç kimə deməsinlər.


— Heç kimə deməzlər, — Edqar incimədi. — Məndən başqa.Onlar bu fikirdədirlər ki, mən sənin hərdən etibar edə biləcəyin yeganə adamam.


— İnciməli bir şey yoxdur.Mən bunu ümumiyyətlə, gələcək üçün deyirəm.


— Mən isə ancaq sən haqda danışıram.


— Bilirəm.Bir şey olmayıb ki?


Ardı →

Unudulmuş Röya - Müqəddimə 1

Adətən, hər şey sükutu pozaraq zamanın axarını başqa məcraya yönəldən telefon zəngi ilə başlayır.Elə bu dəfəki telefon zəngi də onun Moskvaya dönüşünün artıq kiməsə bəlli olmasından xəbər verirdi...


O, Romadan «Aeroflot»un birbaşa reysi ilə uçub gəlmişdi.Ümumiyyətlə, son zamanlarda birdən-birə onun vərdişləri gözlənilməz dəyişikliklərə uğramağa başlamışdı.Əvvəllər o, ancaq «Lüfthanza» ilə Münhen, yaxud Frankfurtdan keçməklə Romaya uçardı.Tanınmış alman aviaşirkətindən başqa o, həm də «Britşayrueyz»ə üz tuturdu, amma axırıncı illər bir nöqtədən digərinə birbaşa yetişməyin xatirinə, digər aviaşirkətlərin xidmətindən də istifadə etməyə başlamışdı.Doğrusu, kəsə yol heç də həmişə rahat olmurdu.Son dəfə avqust «Eyr-Frans»ın Madriddən qalxan təyyarəsi üç saat ləngimişdi.Təyyarə güclü «ləngərlənmə»yə düşdü.Salonda ayaq üstə dayanmaq mümkün deyildi.O, qalxmağa cəhd edərkən, hətta az qaldı ki, yıxılsın.Yanında sərnişinlər ağlayaraq şivən qoparırdılar.Bəziləri dua edirdi.Madrid-Paris reysi bu səbəbdən ona inanılmaz dərəcədə uzun göründü, nəhayət, yerə enən zaman məlum oldu ki, onun çamadanı itmişdir.Çamadanı bir neçə gündən sonra tapdılar, amma bu səyahətin xoşagəlməz təəssüratları bir qədər uzun sürdü.


Ardı →