“Alimlər” niyə ateist və dinsizdirlər?

Belə fikirləri tez-tez eşidirik: "Əgər din doğrudursa və ya Allah varsa, niyə adətən alimlər, ateist və ya dinsiz olur?
Cavab verək.
Əvvəla bunu deyənlər, belə deməklə, bu fərziyyəni, yüzdəyüz doğru qəbul etmiş olurlar: "İnsanların çoxluğunun düşüncəsi=doğru" Və ya; «Alimlərin çoxluğunun düşüncəsi=doğru».
Elə isə doğrudanmı alimlərin, bir məsələ barədə ortaq qənaətə gəlməsi, həmin şeyin, mütləq düz olduğunu göstərir?

Əvvəla, «alimlər=həqiqət» kimi bir «aksiom»u iddia etmək, «alimlər, əsla yanılmaz» anlamına gəlir.
Bəs, alimlər, gerçəkdən yanıla bilməzlərmi?.. Onlar, səhvsiz insanlardırlarmı, hər düşündükləri doğrudurmu?

Bunu iddia etmək, rasional və məntiqli deyildir. Çünki hətta təcrübə də sübut edir ki dünya fikir tarixində indiyəqədər lap ən güclü hesab edilən alimlər belə, ən az bir və ya bir neçə məsələdə yanılıblar...
Tutaq ki məsələn Nyuton, bir fikir deyib və o fikir, uzun illər doğru qəbul olunub, amma 1-2 əsrdən sonra Eynşteyn, həmin fikrin səhv olduğunu isbat edib.

İndi buradan yola çıxaraq, «Nyuton zəifdir, amma Eynşteyn güclüdür, odur ki onun hər dediyini düz qəbul etmək lazımdır» deyə bir iddiada bulunmaq da təbii ki mənasızdır. Eynilə Eynşteynin düz hesab etdiyi hansısa bir məsələnin də, sabah çox asanlıqla səhv olduğu üzə çıxa bilər… Çoxlu sayda belə nümunə göstərmək olar ki, hansısa bir tarixi dövrdə filan bir düşüncə və ya hipotez, alimlər arasında mütləq doğru kimi qəbul olunub amma sonra isə onun yanlış olduğu üzə çıxıb(Çünki Nyutonun fikrinin, uzun müddət düz qəbul olunmasının səbəbi də elə onda idi ki həmin sahədə, ondan daha güclüsü yox idi(və ya ortaya çıxmamışdı)...Ondan güclüsü olmayanda da, təbii ki hansısa bir fikir, səhv də olsa o fikrin səhv olduğunu kimsə çözə bilmir)
.

Dolayısıyla da bir kərə lap alimlərin hamsı, hansısa bir məsələdə, ortaq fikrə gəlsələr ki məsələn filan şey filan cürdür; bu, yenə də mütləq doğru anlamına gəlmir...Çünki ola bilər ki həmin məsələdə, elə bütün alimlərin bilgiləri yetərsizdir...
Üstəlik də sözügedən məsələ, əgər din və ya Allah qavramı ilə bağlıdırsa, yəni ağıl və ya təcrübə ilə qavrana biləcək bir məsələ deyilsə, onda, anadoluca desək, haydi haydi alimlərin hansısa ortaq fikri, doğru mənasına gəlməz...Çünki Allahın varlığı bilgisinə, yalnız sezginin köməyi ilə ulaşmaq mümkündür, təkbaşına ağıl və ya təcrübə ilə, Allah və fizik ötəsi anlayışları yoxlamaq mümkün deyil.
Bu birinci məsələ.

2)İkinci məsələ isə budur ki ümumiyyətlə «alimlər» deyə bir anlayış, əslində yetərincə subyektiv və abtrakt bir anlam kəsb edir. Çünki tarix etibarilə «alim»; daha çox, «konkret», və təcrübədə yoxlanılması mümkün olan məsələlərdə ortaya nəticələr qoyan şəxslərə deyilmişdir. Məsələn elə Rene Dekartı götürək. Bu adam, həm təcrübi həm də sezgisəl məsələlərdə, çox önəmli fikirlər və yanaşmalar irəli sürmüşdür. Amma onu, sırf təcrübi məsələrdəki fikirlərinə görə alim hesab edirlər… Əgər o, məsələn hansısa texniki elmdə, deyək ki cəbrdə, hansısa teoremi ortaya qoymasaydı, bu gün o, ciddi alim kimi qəbul olunmayacaqdı, sadəcə «fəlsəfəçi» və ya “filosof “ hesab ediləcəkdi...Amma əslində isə Dekart, ən mühüm və kritik fikirlərini, cəbr kimi təcrübi sahələrdə deyil elə sezgisəl sahələrdə ortaya qoymuşdur...Yəni onu alim hesab edirlərsə, «ruhun olduğunu irəli sürür» deyə alim hesab etmirlər, sırf başqalarının da çözə biləcəyi şeyləri kəşf etdiyi üçün alim hesab edirlər… Yəni məsələ nədir; bu boyda düşüncə sahibi, sırf texniki və ya təcrübi elmlərdəki düşüncələrinə görə alim hesab edilir, bu sahələrdə əsərləri olmasaydı «dahi» və ya «alim» hesab edilməyəcəkdi..
Və ya eynilə İbn-Sina barədə də bunu demək olar. O da ən mühüm fikirlərini elə sezgisəl sahədə söyləmişdir. Amma onu, sırf tutaq ki tibbi sahələrdəki fikirlərinə görə dahi hesab edirlər. Çünki tibbi məsələləri, təcrübədə yoxlamaq mümkün olduğu üçün, yoxlayıb düz olduğunu görmüşlər və onu ciddi alim kimi qəbul etmişlər… Amma tutaq ki axirətin varlığını, insanlar yoxlaya bilmədikləri üçün, onun bu cür, yəni qeyri-təcrübi fikirləri, təbii olaraq havada qalmışdır və insanlar tərəfindən anlaşıla bilməmişdir və dolayısıyla da önəmli hesab olunmamışdır..
Yəni, «təcrübədə yoxlanıla bilən şeylər irəli sürənlər, alimdir», amma «təcrübədə yoxlanıla bilinməyən şeylər sürənlər isə alim deyil, olsa-olsa filosofdur» kimi bir anlayış və təsəvvür, nə qədər doğrudur?...
Amma iştə doğruluğu aydın olmasa da bu, bizim beyinimizə, bəlləyimizə gipnoz olunub…
Niyə, çünki əksər alimlər tərəfindən iddia edilib və elə öz aralarında da qəbul edilib...Öz aralarında qəbul etdikləri üçün də, alim olmayan başqaları tərəfindən də zatən asanlıqla əxz olunub və beləliklə də bu fikirlər, kitablara, qaynaqlara yazılıb və «elm» adını alıb...Nəticədə də bizim kimi insanlar da, o kitabı oxuyub deyirlər ki, “vəssəlam alimlər deyirsə demək düzdür”....
Halbuki o alimlərin, digər insanlardan heç bir xüsusi üstünlüyü yoxdur...Yəni zəka səviyyəsi yüksək olan hansısa bir sadə adam, o alimlərdən, hər an bir səhv tuta bilər və onların hansısa yanlışını ortaya qoya bilər...Zaman-zaman da zatən bu olub amma azlıqda olan, bu dünyada zatən həmişə bəribaşdan dezavantajlı durumda olur və bütün dövrlərdə hər sahədə və həmçinin də elm sahəsində də, məhz çoxluğun fikri qəbul olunub...Səhv də olsa çoxluğun hansısa fikri, azlığın doğru fikirlərini belə, sıxışdırıb aradan aparmışdır...
Bunu söyləmək mümkündür ki bəli, əslində elə hazırki elm də,  sözümona «mentalitet» psixologiyasının mühüm təsiri ilə formalaşıb və formalaşmaqdadır...Azlıq, hətta düz də desə, çoxluq onu qəbul etmirsə, o düz fikirlər, zamanla sıxışıb aradan çıxır...

Bir Allah bilir ki tarix ərzində nə qədər önəmli və doğru fikir və hipotezlər, sırf azlıqda qaldığı üçün və insanlar tərəfindən anlaşıla bilinmədiyi üçün, yoxa çıxmışdır və itib-batmışdır..

Unutmayaq: Alimlər də yanıla bilər və «Alimlər=Doğru» deyə bir “aksiom”u iddia etmək, məntiqsizdir və sağlam düşüncəyə ziddir!..
Mötəbər olan, yalnız zəkadır və sezgidir və insanın özünü anlamasıdır...


Yunis Dürüst

 

 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub