Bloq haqda
Adət-ənənələr.
Xalqımızın yas,toy,elçilik,qonaqlıq ənənələri
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (16)
Giba bankir Əliyev Xrizoberil Zahid GDMLI Someone Aristotel AykaJackson Samir012 umud600 Abdulyar Aysel218 yravil SÜSən_Mehrəliyeva Ali_Aliyev lili95Azərbaycan toy adətləri
Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə «adət-ənənələrimiz itir» deyəndə, «müasirləşirik də!» cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir.
Ardı
Bayramlar bayramı - Novruz
İbn-əl-Bəlx «Farsnamə» əsərində bildirir ki, «Cəmşid (Pişdadilər sülaləsinin IV hökmdarı-red.) yeni tikdirdiyi sarayda taxta çıxdığı gün Günəş ilinin başlanması günü imiş. Sonralar həmin günü bayram edərək Novruz adlandırıblar. Həmin gün Fərvərdin ayının Hörmüzd günü imiş».
Ö.Xəyyam isə «Novruznamə»sində deyir: «Novruzun yaranmasının birinci səbəbi budur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirmiş, Novruz adlandırmış və bayram etmişdir». Təbəri «Tarix»ində yazır: «Cəmşid əmr etdi ki, ona şüşədən gərdunə düzəltsinlər. O, gərdunəyə divlər qoşub mindi və göyə qalxdı. Həmin gün Fərvərdin ayının Hörmüzd günü idi. Adamlar bu xariqəni gördükdə, o günü və sonrakı daha beş günü bayram edib Novruz adlandırdılar».
Ardı
- ?
- 17 mart 2012, 19:42
- Zahid GDMLI
- şərh əlavə et
Yaxşı toy tamadası ilə tanınar
Tamadalığı incəsənət aləminin bir qolu da hesab edirlər. Müasir Azərbaycan toylarını, şənliklərini tamadalarsız təsəvvür etmək mümkün deyil. Hər toyu ovqatına uyğun olaraq idarə edən tamadalar məclisə həm də rəng qatan, şənləndirən şəxslərdir.
Ardı
- ?
- 15 mart 2012, 20:16
- Ali_Aliyev
- şərh əlavə et
Dünyanın toy adət-ənənələri
Çin toylarında hamı qırmızı paltar geyinməli, ətraf da bu rəngdə bəzədilməlidir. Toy üçün bişirilən tort aşağıdan-yuxarıya doğru kəsilməlidir. Bu, evlənənlərin xoşbəxtliyə doğru birgə qalxdıqları pilləkənləri simvollaşdırır. Çinin Tibet əyalətində isə toy günü qonaqlar evlənənləri təbrik edəndən sonra onların boyunlarına şərf bağlayırlar. Buna görə də mərasimin sonunda bəylə gəlin boyunlarındakı şərflərin ağırlığından yerlərindən dura bilmirlər. Ümumiyyətlə çin toyları dünyada ən məzəli toylar hesab edilir. Bəy və gəlin öz toyunda ata-analarının və bir-birlərinin şərəfinə tost deməlidirlər.
Ardı
- ?
- 15 mart 2012, 20:02
- Ali_Aliyev
- şərh əlavə et
Novruz Bayramının tarixinə elmi baxış
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Kamil Hüseynoğlunun Novruz bayramının tarixi və Azərbaycan Respublikası ilə İran Azərbaycanında bayram adətlərinin oxşar və fərqli cəhətlərini əks etdirən iki elmi məqaləsini təqdim edirik. Müəllif məqalələri qələmə almamışdan öncə müxtəlif ölkələrdə tədqiqat işləri aparıb.
Hər bir xalqda bir sıra gözəl ənənələr olur ki, onlardan biri də bayramlar və onlarla bağlı olan mərasimlərdir. Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi olan bir xüsusiyyət vardır: insanlarda həyat həvəsi, sevinc hissləri yaratmaq. Belə günlərdə qədim insanlar gündəlik məişət qayğılarından azad olaraq, qısa müddətə olsa da, kədər və iztirabı özlərindən uzaqlaşdırır, həyatın mənalı davamı üçün stimullar tapırdılar. Dini və dövlət bayramları ilə müqayisədə bəşəriyyətin körpəlik dövründən — mifoloji dövrdən günlərimizədək gəlib çatmış bütpərəstlik bayramları bu baxımdan daha cazibədar və daha səmimidirlər.
Ardı
- ?
- 14 mart 2012, 22:30
- Samir012
- şərh əlavə et
Oturub – durmaq adətləri, hərəkət və sükut qaydaları
Ardı
- ?
- 01 oktyabr 2011, 23:16
- Xrizoberil
- 3
Maraqlı toy adətləri
Şeytanın detallarda gizlənməsi aksiomasını da xatırlasaq, toy öncəsi bəzi adət-ənənə detallarına görə ailələr, gənclər arasında ciddi problemlər yaranır, araya soyuqluq girir. Və sonda bilən də, bilməyən də xarici toy adətlərini ağızdolusu tərifləməyə üstünlük verir. “Heyf deyil xaricilərin toyları” deyə başlayan söhbətləri azmı etmişik və ya eşitmişik? Ümumi stereotiplərə görə, əcnəbilər toy etmək üçün heç bir əziyyətə qatlaşmırlar. Bir-birini sevir, uzun aylar bir evdə yaşayır, sonra da günlərin bir günü rahibin qarşısında “yaxşı və pis gündə, xəstəlikdə, sağlamlıqda birgə olacağıq” deyə and içərək, bir yastığa baş qoyurlar.
Ardı
Toylar və adət-ənənə
Ardı
- ?
- 23 iyun 2011, 16:59
- Someone
- şərh əlavə et
Elçilik
Ardı
- ?
- 19 may 2011, 18:54
- Zahid GDMLI
- şərh əlavə et
Qohum evliliyinin yol açdığı problemlər
Bəs hansı qohumların evlənməsi bu problemlərə yol aça bilər mütəxəsislər göstərir ki, eyni qandan olan əmi oğlu-əmi qızı, xala oğlu-xala qızı, bibi qızı-dayı oğlu, dayı qızı-bibi oğlu və bu kimi eyni genə malik qəbildən olan qohumluqlar bir çox genetik xəstəliklərin yaranmasına və körpənin şikəst olaraq dünyaya gəlməsinə səbəb olur.
Tibbdə Endogamy adı verilən qohum evliliyinin islam ölkələrində daha geniş yayıldığı bildirilir.
Qohum evliliyində ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır.
� Qan xəstəlikləri
� Ürək damar xəstəlikləri
� Şəkər xəstəliyi
� Əqli zəiflik
� Fiziki çatışmamazlıqlar
- ?
- 13 may 2011, 19:44
- fuad784
- şərh əlavə et
