Qəribə toy adətləri

Pakistan
Burada qız evi kürəkən namizədini qoyub qabağına o ki var söyür. Ailə böyükləri tərəfindən oğlana ağlınıza gələ biləcək bütün təhqirlər, söyüşlər səsləndikdən sonra oğlan hələ də soyuqqanlılıqla cavab vermədən səbr edərsə, qızı ona verirlər. Əks halda bu evlilik mümkün deyil.

Quam
Quamda bakirə qızların ailə qurması qadağan olduğu üçün onlar evlənəcəkləri kişinin iştirakı ilə pul qarşılığında bakirəliklərini pozdururlar. Pulu isə oğlan evi ödəyir.

Mavritaniya
Afrika ölkəsində evlənməzdən əvvəl qızlar ən az 100 kiloqram çəkiyə malik olmalıdırlar. Oğlan evinini böyükləri, qız 100 kiloqrama çatana qədər növbəli şəkildə ona yemək verir. Qız yeməkdən imtina edərsə, evlilik hazırlıqları pozulur.

Kolumbiya
Evliliyə hazırlaşan cütlüyün valideynlərindən biri gənclərin ilk gecəsində iştirak etməlidir. Əksər hallarda bu vəzifə qız anasına verilir. Bunun səbəbi boşanma zamanı qarşı tərəfin qıza «bakirə deyildi» kimi ittihamlar irəli sürməsinin qarşısını almaqdır.

Hindistan
Hindistanda nisbətən daha gülməli adət var. Toy günü gəlin və bəy üçün müqəddəs od qalanır və ətrafına yastıqlar qoyulur. Adətə görə, müqəddəs odun ətrafına ən az 4 tur fırlandıqdan sonra ilk kim yerə otursa, ailədə onun sözü keçəcək.

Şimali Koreya
Şimali Koreyada bəy qız istəməyə gedərkən qaz və ya ördək aparır. Bu, onlarda simvolik məna daşıyır. Cütlüyün evinə əvvəllər canlı, son dövrlərdə isə oyuncaq ördək qoyulur. Əgər cütlük ördəyi qapının önünə tərs qoysa, mübahisə etdiklərinə, düz qoysa isə yaxşı yola getdiklərinə yozulur.

Vikinqlər
Vikinqlər zamanında gəlinlər hərraca çıxarılırdı. Oğlan evi qız üçün başlanğıc qiymət müəyyənləşdirdikdən sonra qızın atası, əmiləri, dayıları bu qiyməti artıraraq hərracı uzadırdılar.

Bosniya və Herseqovina
Burada adətlər Türkiyədəki adətlərə yaxındır. Kürəkən namizədi qız evinə dəvət edilir. Qızın ailə böyükləri tərəfindən uyğun namizəd olub-olmadığına dair müzakirələrin sonunda oğlana qəhvə verilir. Əgər razılıq varsa, qəhvə şirin olur, yox razılıq verməsələr qəhvənin içərisinə limon və acı ədviyyatlar səpirlər.
 

0 şərh