Рейтинг
+25.54

adət-ənənələr

31 üzv, 56 topik

Erkən nikahlar: bitməyən xaos

Qız uşaqlarının erkən yaşda ərə verilməsinin arxa planında sosyomədəni və iqtisadi səbəblər, lüzumsuz mental dəyərlər yatır. Yoxsulluğun, cəhalətin yüksək,  təhsilə verilən əhəmiyyətin az olduğu cəmiyyətlərdə qız uşaqları sorğu-sualsız qurbandır. Bu nə din, nə irq, nə millət fərqi tanımayan qlobal bir bəladır.  BMT-nin ötən il açıqladığı statistika dəhşətlidi, hər il dünyada təxminən 12 milyon qız uşağı 18 yaşına çatmamış evləndirilir.

Davamı →

Əzizə Cəfərzadə - Novruz gəlir

Novruz gəlir. Nədir novruz? Başabəla qonşularımızdan biri bir dəfə «zarafata» salıb dedi: «Bircə bayramınız var, onun da adı farscadan alınıb. Əlifbanız ərəbdən, bayramınız farsdan. Siz necə millətsiniz?». Axı bu cənablar nədən biləydi ki, bizim bircə bayramımız insanlığın çoxuna xas olan istilik, hərarət, işığa, aya, günəşə tapınmaq arzusuyla bağlıdır. Bunun izləri bütün xalqlarda var, — demək olar. Tonqal qalama, ətrafında yallı getmək, şam yandırmaq müxtəlif anlarda… Sadəcə, iki yüz illik əsarət dövründə nəyimiz unudulmayıb ki, bircə bayram olsun?

Davamı →

İqtisadiyyat adətlərin dayağı kimi

Təxminən iki-üç gün öncə facebook-da qrupların birində “indiki dövrdə cehiz nə qədər pul tutur?” tipli bir sorğu var idi. Cavab olaraq “30-40 min manat” rəylərini və əsaslandırmaları görəndə gözüm kəlləmə çıxdı. Rəylərdə bu cehiz adətinin və bu adətə görə o qədər pul xərcləməyin mənasız olduğunu, sadə yaşamağın da mümkün ola biləcəyini yazanlar var idi. Bu barədə düşünəndə məsələnin kökünün təkcə adətlərlə yox, həmçinin ölkədəki iqtisadi vəziyyətlə əlaqəli olduğunu düşündüm. Yazıma iqtisadiyyatın bəzi adətləri ayaqda saxladığını iddia edən arqumentləri sadalamaqla davam edəcəm.

Davamı →

Mafiya və qohum nigahları

Bu, mənim bloqda yazdığım ilk postdur. Ümumi məlumatınızın olması üçün ilk əvvəl sizi bloqumun mövzusu və məqsədilə ilə tanış etmək istəyirəm.
Əziz oxuyucu, nikimdən aydın olduğu kimi mən Azərbaycan mentaliteti mövzularına toxunacam. Düşünürəm ki, bu mövzular cəmiyyətimizi və ruhumuzu zədələyir, bəzənsə məhv edir.
Özüm haqqında: mən Azərbaycanda deyil, Avropa ölkələrinin birində yaşayır, tez-tez Azərbaycana gəlirəm. Düşünürəm ki, hər dəfə Azərbaycana gələndə cəmiyyətimizdəki dəyişiklikləri hər cəhətdən çox aydın görə bilirəm.

Davamı →

Azərbaycan toylarında rast gəlinən tiplər

Həftə sonları toylar daha çox keçirildiyindən Bakıdan şənbə axşamları kabab iyi gəlir. Həmin gün hər tərəf qalstuklu kişilər, günortadan gözəllik salonunu zəbt etmiş, özəl olaraq toy üçün bəzənmiş, iki toya eyni paltarı geyinməyən, geyinsə ikinci toyda təkrar adamların olma ehtimalını bir riyaziyyatçı dəqiqliyi ilə hesablayan qadınlarla dolu olur. Toylarımız da maşallah dünyanın ən dəbdəbəli tədbirləridir. Hamısı da bir-birinə oxşayır.

Davamı →

Təhsilsizlik, erkən nikah və ekstremizm

Erkən nikahlar qadınları təhsildən yayındırır,  yaxşı iş tapmaq imkanlarından məhrum edir. Təhsilsizlik və işsizlik isə radikallaşmanın səbəblərindən biridir.
Ekstremizm və erkən evliliklər arasında əlaqə
“Bir insan təhsil alıb işləyərsə, ekstremist bir təşkilatın üzvü olma ehtimalı azalar” Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramının (BMT İP) hesabatında belə deyilir. Mütəxəssislər tez-tez vurğulayırlar ki, təhsili olmayan insanlar, həmçinin qadınlar radikallaşmaya və ekstremizmə daha çox meyllidirlər. Erkən nikahlar da natamam təhsilin nəticəsi kimi ərindən boşanmış, dul qalmış qadınların maddi rifahını təhlükə altına alır. Bəzi hallarda erkən nikahın qurbanı olan təhsilsiz və işsiz qadınlar radikallaşmış ərlərindən asılı vəziyyətdə qalmağa məcbur olurlar.

Davamı →

Novruz barəsində bilmədiklərimiz

Novruzun mənşəyini İslamla bağlamaq düzgün deyil. Novruz heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır. Dünyanın bir çox xalqları bu günü baharın gəlişi, təbiətin oyanışı kimi qeyd edir. Maraqlıdır ki, ruslar xristianlığı qəbul etməzdən əvvəl yazda gecə-gündüz bərabərliyi günündən bir həftə əvvəl və bir həftə sonra Maslenitsa bayramını keçirirdilər. Xristian kilsəsi sonralar bu bayramın vaxtını bir qədər irəliyə — Böyük Pəhrizin başlanğıcından əvvələ çəkdi. Yazın gecə-gündüz bərabərliyi bayramı hətta indi Yaponiyada da dövlət səviyyəsində qeyd olunur.
Davamı →

Hamiləlik zamanı varikoz

Əfsuslar olsun ki, hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin risk qrupuna daxil olurlar. Bunun səbəbi əsasən aşağıdakılardır:
— çəkinin tez bir zamanda artması və bunun nəticəsində isə aşağı ətraflara düşən yüklənmənin artması;
— hamilə qadınların az hərəkətli və oturaq həyat tərzi sürmələri;
— ölçüləri artmaqda olan uşaqlığın kiçik çanaq damarlarına olan təzyiqi;
— damarlarda dövr edən qan kütləsinin artması və s.

Davamı →

Azərbaycanda toy adət-ənənələri

Bir xalqın tarixi kökünü, milli mənəviyyatını öyrənmək istəyiriksə, mütləq həmin xalqın milli adət-ənənələrinə nəzər salmalıyıq. Çünki milli adət-ənənələr hər bir xalqın milli mənəviyyatının zənginliyindən, irsindən, inkişafından və dəyərlərindən xəbər verir.

Milli dəyərlərə bağlılıq, milli irsə sahib çıxmaq o qədər vacib nüansdır ki, hər birimiz bu missiyanın öhdəsindən layiqincə gəlməliyik. Adət-ənənələrin yaşadılması çox vacibdir. Onu yaşatmalı olan isə biz vətəndaşlarıq. 

Azərbaycan xalqının da özünə məxsus bir-birindən gözəl dəyərləri mövcuddur. Milli musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, milli geyim tərzimiz və.s.
Davamı →

Novruz haqqında maraqlı məqamlar

NovruzNovruz xalqımızın milli bayramıdır. Sambalına, vüsətinə, kütləviliyinə görə, adət — ənənə zənginliyi baxımından onunla müqayisə ediləcək ikinci bir bayram yoxdur. Novruz adətləri, Novruz etiketləri xalqımızın say niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi — mənəvi keyfiyyətlərinin təcəssümüdür. Dünya üzündə saysız — hesabsız xalqlar, millətlər olduğu kimi, bayramlar, mərasimlər, adət — ənənələr də müxtəlif və saysızdır.

Hər ilin yaz gecə — gündüzü bərabərliyində, varlığın oyanış dönəmində ərgənləşən Novruz həm də qoca türkün özü qədər qədim və uludur. Ulu ən əvvəl, uca Tanrımıza deyirik. Ulu vətənə, yurda deyirik, ana təbiətə deyirik. Ulu yeddi arxa dönənimizdən o üzdəki dədə — babalarımıza deyirik. Ululuq həm də müqəddəslikdir, ülviyyətdir. Novruz ulu bayramdır.
Davamı →