Рейтинг
+25.54

adət-ənənələr

31 üzv, 56 topik

Toy adətləri

toyMilli adətlərimizdən biri də toy mərasimləridir. Lakin bu gün milliliyimizi özündə yaşadan toylarımız artıq barmaqla sayılacaq qədərdir və o da həqiqətdir ki, adət-ənənə ilə keçirilən bu mərasimlər az-çox yenə rayon və kəndlərimizdə yaşanır...

Oğlan evində həyətlərin birində gəlin maşını bəzənir. Ona xələt bağlayırlar. Digər maşınlara da xələt bağlanır. Həyətdə qurulmuş çadırda toy mərasimi bir qədər davam etdikdən sonra gəlini gətirmək üçün hazırlıq görülür. Ağsaqqallar, ağbirçəklər, bəyin yaxınları, qız-gəlinlər qız evinə yollanırlar.
Oğlan evinin adamları “Vağzalı” sədaları altında qız evinə gəlir və həyətdə musiqiçilər çalıb-oynayır, evdə isə gəlini yaxın adamları lampa başına dolandırırlar. Gəlinin belini isə bəyin yaxınlarından biri qırmızı lentlə bağlayır, üzünə qırmızı örpək salıb, yeddi dəfə bu sözləri deyirlər:
Ardı →

Klassik toy ənənələri unudulur...?

Hər birimiz doğmalarımıza, övladlarımıza "şahlara" layiq təmtəraqlı toy etməyi arzulayırıq. Belə toyların iştirakçısı olmaq istəyirik. Gül-çiçək, gözəl libaslar, bəzək-düzək toylarımızı təntənəli etməklə bərabər, həm də daha yaddaqalan edir. Yeni ailə quran cavanların toyu qohumların uzun müddət yaddaşında qalır, sevinci həyatı boyu qəlblərdən silinmir.
   Gəzib gördüyümüz, televiziya ekranlarından seyr etdiyimiz Avropa toylarına xas olan bir çox təmtəraqlı toy elementləri artıq bizim toy elementlərimizə inteqrasiya edib. Lakin başqa xalqların toy adətlərindən fərqli olan milli çalarları saxlamaq, onun təkrarsızlığını, bənzərsizliyini yaşatmaq həyati zərurət, milli vətəndaşlıq borcumuzdur. Müasirlik, inkişaf gözəldir. Ancaq hər bir xalqın özünəməxsus adət-ənənəsi var. Çalışmaq lazımdır ki, bu adət-ənənələr unudulmasın. Düzdür, bəzi adətlər ola bilər ki, bu gün köhnəlik, geridəqalmışlıq kimi görünsün, ancaq bizim çox gözəl, mənalı, lazımi toy adətlərimiz var ki, onları unutmaq olmaz. Onları unutmaq milli mənsubiyyətimizi unutmağa, keçmişimizdən imtina etməyə gətirib çıxara bilər. Biz nə qədər müasirləşsək də, şərqin özünə aid müəyyən milli adət-ənənələri var. Biz mərasimlərimizdə həmin ritualları, adətlərimizi yaşatmağa borcluyuq. Bizi bəlkə də qərbdən, digər millətlərdən fərqləndirən məhz elə milli adətlərimiz, rituallarımız, milli irsimizdir. Bunu qorumaq isə əslində hər birimizin üzərinə düşən məsuliyyətdir.
Ardı →

Azərbaycan toy adətləri

Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə «adət-ənənələrimiz itir» deyəndə, «müasirləşirik də!» cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur.
Davamı →

Bayramlar bayramı - Novruz

Azərbaycan xalqının elliklə qeyd etdiyi bayram Novruz bayramıdır. Eyni zamanda bu bayram tarixdə «Xızır günü», «Azərbaycanı», «Hörmüzd bayramı», «Fərvərdin bayramı», «Bahar çəşn», «Yeni gün bayramı», "Ərgənəkon bayramı", «Qurtuluş bayramı» və s. adlarla da adlandırılmışdır. Bilavasitə baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il bayram edilən Novruz çox əski çağlardan bəri elə «Novruz» olaraq adlandırılmışdır.

İbn-əl-Bəlx «Farsnamə» əsərində bildirir ki, «Cəmşid (Pişdadilər sülaləsinin IV hökmdarı-red.) yeni tikdirdiyi sarayda taxta çıxdığı gün Günəş ilinin başlanması günü imiş. Sonralar həmin günü bayram edərək Novruz adlandırıblar. Həmin gün Fərvərdin ayının Hörmüzd günü imiş».
Davamı →

Yaxşı toy tamadası ilə tanınar

Keçmiş zamanlardan toyların idarə edilməsi ağsaqqalların məsləhətilə qabiliyyətli, dilli-dilavər, el-obanı yaxşı tanıyan adamlara tapşırılarmış. Sonralar toyları idarə etmək bir sənət çevrilib. İndi məclisi idarə edənlər ya tamada, ya da masabəyi adlandırılır. Təsadüfi deyil ki, tamada sözünün mənasını «məclisin atası» kimi yozurlar. Yəni həmin şəxslər məclisə tam verən, dad qatan, onu maraqlı edə bilənlərdir.

Tamadalığı incəsənət aləminin bir qolu da hesab edirlər. Müasir Azərbaycan toylarını, şənliklərini  tamadalarsız təsəvvür etmək mümkün deyil. Hər toyu ovqatına uyğun olaraq idarə edən tamadalar məclisə həm də rəng qatan, şənləndirən şəxslərdir.
Ardı →

Dünyanın toy adət-ənənələri

Hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli toy adət-ənənələri var. Uzaq keçmişdən miras qalan bu xüsusiyyətlər illər, əsrlər keçməsinə baxmayaraq heç zaman unudulmur.

Çin toylarında hamı qırmızı paltar geyinməli, ətraf da bu rəngdə bəzədilməlidir. Toy üçün bişirilən tort aşağıdan-yuxarıya doğru kəsilməlidir. Bu, evlənənlərin xoşbəxtliyə doğru birgə qalxdıqları pilləkənləri simvollaşdırır. Çinin Tibet əyalətində isə toy günü qonaqlar evlənənləri təbrik edəndən sonra onların boyunlarına şərf bağlayırlar. Buna görə də mərasimin sonunda bəylə gəlin boyunlarındakı şərflərin ağırlığından yerlərindən dura bilmirlər. Ümumiyyətlə çin toyları dünyada ən məzəli toylar hesab edilir. Bəy və gəlin öz toyunda ata-analarının və bir-birlərinin şərəfinə tost deməlidirlər.
Ardı →

Novruz Bayramının tarixinə elmi baxış

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Kamil Hüseynoğlunun Novruz bayramının tarixi və Azərbaycan Respublikası ilə İran Azərbaycanında bayram adətlərinin oxşar və fərqli cəhətlərini əks etdirən iki elmi məqaləsini təqdim edirik. Müəllif məqalələri qələmə almamışdan öncə müxtəlif ölkələrdə tədqiqat işləri aparıb.

Hər bir xalqda bir sıra gözəl ənənələr olur ki, onlardan biri də bayramlar və onlarla bağlı olan mərasimlərdir. Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi olan bir xüsusiyyət vardır: insanlarda həyat həvəsi, sevinc hissləri yaratmaq. Belə günlərdə qədim insanlar gündəlik məişət qayğılarından azad olaraq, qısa müddətə olsa da, kədər və iztirabı özlərindən uzaqlaşdırır, həyatın mənalı davamı üçün stimullar tapırdılar. Dini və dövlət bayramları ilə müqayisədə bəşəriyyətin körpəlik dövründən — mifoloji dövrdən günlərimizədək gəlib çatmış bütpərəstlik bayramları bu baxımdan daha cazibədar və daha səmimidirlər.


Ardı →

Maraqlı toy adətləri

Toy mövsümü çoxdan başlayıb. Limuzini, geniş toy salonları, müğənniləri, dürlü-dürlü adətləri ilə 21-ci əsr Azərbaycan toylarından isə əksəriyyətimiz narazıyıq. “ Niyə bizdə hər şey bu qədər dəbdəbəlidir”dən tutmuş, “toy adətlərimiz dəhşət yorucudur”a qədər. Çoxumuza elə gəlir ki, toy adına keçirilən bu tamaşa insanı evlilikdən, sevib-seçdiyi insandan soyudur, uzaqlaşdırır.
Şeytanın detallarda gizlənməsi aksiomasını da xatırlasaq, toy öncəsi bəzi adət-ənənə detallarına görə ailələr, gənclər arasında ciddi problemlər yaranır, araya soyuqluq girir. Və sonda bilən də, bilməyən də xarici toy adətlərini ağızdolusu tərifləməyə üstünlük verir. “Heyf deyil xaricilərin toyları” deyə başlayan söhbətləri azmı etmişik və ya eşitmişik? Ümumi stereotiplərə görə, əcnəbilər toy etmək üçün heç bir əziyyətə qatlaşmırlar. Bir-birini sevir, uzun aylar bir evdə yaşayır, sonra da günlərin bir günü rahibin qarşısında “yaxşı və pis gündə, xəstəlikdə, sağlamlıqda birgə olacağıq” deyə and içərək, bir yastığa baş qoyurlar.
Ardı →

Toylar və adət-ənənə

Yəqin ki evlənmək çoxlarının arzusudur. Uzun və soyuq qış axşamları yaz istisini, günəşi, təravəti xəyal edərək, gələcək toyumuzun planını düşünmək üçün ən uyğun zaman deyilmi? Axı sizi gözləyən o unudulmaz an- toy yaz günəşinin şəfəqləri kimi ömrümüzə nur saçacaq. Yəqin etdiniz ki, parlaq stilə uyğun olaraq keçirilən toyun əsas rəngi günəş rəngidir yəni, sarı rəng. Əlavə olaraq yaşıl və narıncı rənglərdən də istifadə etmək olar.  Və əlbəttə ki, ağ rəng. Axı onsuz toyu təsəvvür etmək çətindir.

Hər şeyi çox qabartmaq lazım deyil. Bütün nüanslar incə zövq və bacarıqla yerinə yetirilməlidir. Rəng ahəngində tək rəng uyumluğu vacib deyil. Eyni zamanda bütün rəng çalarlarından da istifadə olunması o qədər də əhəmiyyət kəsb etmir. İstifadə olunacaq rənglərin bütün tonlarından naxışlarda, əl işlərində istifadə olunur. Bu toy yazla əlaqali olur və burada güllərin çiçəklənməsi, ilk quşların səsi və s. əlaqələndirilməlidir, başqa ifadəylə bir ahəng yaradılmalıdır. Stulların bəzədilməsinə də xüsusi diqqət yetirilməlidir. Parçadan deyil, lentlərdən, çiçəklərdən və digər dekorativ bəzək əşyalarından istifadə etməklə onlara xüsusi gözəllik bəxş etmək olar.
Davamı →