Reytinq
45.63
səs: 7

Bloq haqda

Dərin mənaslı sözlər,aforimzlər və hikmətli sözlər.Müxtəlif şəxsiyyətlər tərəfindən deyilmiş aforizmler.

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (24)

ARİF umud600 Xrizoberil Samir012 MaksiMuS BaKiNeC Nailə Qasarayeva rustam_aLiyev ORIGINAL Nurane Shahbazova yravil Someone Qiyasli Rene lili95 AykaJackson Aristotel LaLə Aysel218 Kinosunas

Все читатели блога

Qadinlar haqqında fikirlər

«Heç bir qadın bir kişiylə puluna görə evlənməz. Qadınlar milyoner evlənməmişdən qabaq ona aşiq olacaq dərəcədə ağıllıdılar». (Paveze)
«Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər». (Paveze)
«Bu gün həyat yoldaşım vəfat etdi. Amma masamın üzərində başımı qatacağım xeyli sənəd-sünəd var». (Kamyu)«Qadın hər şeyi görən gözü də aldada bilər». (Dostoyevski)
«30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir?» (Freyd)
«Yaşlandıqca kişilərin üz qırışları dərinləşir, qadınlarınkı isə buruşur». (Höte)

Ardı

aforizmlər

Nankor insan hər şeyin qiymətini bilən, lakin dəyərini verməyəndir. O.Wilde Yoxuşda axmayan tər enişdə göz yaşı olar. 
Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür. Dostoevski
Insanların özlərinə edə biləcəkləri ən böyük pislik, həyatlarını başqalarının ardına taxıb sürümələridir. 
Ağılla danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir. 
Susma, vicdan! Sən sussan, sözüm yalan, sən sussan insanlığım talan, sən sussan sonum hüsran ,sən sussan danışar Şeytan. 
Hər istək qarşısında insan özünə sual etməlidir :bu istək əldə edilərsə nə olar, əldə edilməzsə nə olar. Epikür
Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. Seneka
Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma. Nitsşe 
Yalnızlıq şərab kimidir,içdikcə ondan ayrılmaq çətinləşir. 
Bəndənin qəlbi möhkəmlənməyincə imanı möhkəmlənməz. Onun qəlbi isə dili möhkəm olmayınca möhkəmlənməz. Hz. Peyğəmbər (s. a. s) 
Bizim ümidlərimizi doğrultmayan insanlardan incimək lazım deyil.Onlardan bacardıqlarından artığını umduğumuz üçün özümüz günahkarıq. 
Bir insan həm ağıllı həm də, həssasdırsa deməli onun dünya qədər dərdi var. 
Təvazökarlığı alçalmaq dərəcəsinə çatdırmaqdan çəkinin. A.Bakıxanov 
Qadının taleyini onun 'hə' kəliməsi, kişinin taleyini onun 'yox' kəliməsi həll edir. 
Ən böyük cəsarət özün kimi olmaqdır. 
Həyatda xoşbəxtlik axtarma.Xoşbəxtliyə həyat ver. 
Bir şeyi etmək üçün onu sevməlisiniz.Bir şeyi sevmək üçün ona dəlicəsinə inanmalısınız. 
Heç bir xəta xətanı müdafiə etməkdən böyük ola bilməz. Şeytanı şeytan edən xətası deyil, xətasını müdafiə etməsi idi. 
Verə bildiyin şey sənindir. Çünki insan ancaq sahibi olduğu şeyi verə bilər. Əgər verə bilmirsənsə sən malın deyil, mal sənin sahibindir.

Dahilərdən fikirlər

Hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır… (B. Fletcher)
İnsan iki şeyi gizlədə bilməz: Sərxoş və aşiq olduğunu. (Antiphanes)
Qazanmadan əvvəl layiq olduğunuza inanın. (Mike Ditka)
Oyunda uduzsanız qaydanı dəyişdirin (Murphy)
Qadın, kişinin diqqətindən çox diqqətsizliyinə qarşı həssasdır. (Jules Janin)
Bir ana oğulunu adam etmək üçün 20 il əziyyət çəkər, bir başqa qadın adamın 20 dəqiqədə ağılını başından alar. (Anonim)

Ardı

Vilyam Şekspirin Sonetləri I hissə


1

Gözəllik hifz edir öz surətini,

Gülüm, gözəlliklə həyat qoşadır.

Solan çiçəklərin təravətini

Qönçə çiçəklərin hüsnü yaşadır.

Fəqət sən vurulub öz gül hüsnünə,

Onu xərcləyirsən boş yerə, əbəs.

Ən qəddar düşmənsən özün özünə,

Varını yoxluqla edirsən əvəz.

Bu gün dünyamızın zinəti sənsən,

Bahar müjdəsisən, qönçəsən artıq.

Özündə özünü dustaq edirsən,

Nədir bu simiclik, bu israfçılıq?

Rəhm elə dünyaya, gözəlliyi, gəl,

Özünlə məzara aparma, gözəl.


Ardı

Şöhrət haqqında aforizmlər

* Şöhrət ölməz əməllərin ətridir. ( Sokrat )

* Şöhrət çox bahalı, lakin tez xarab olan maldır. ( Balzak )

* Şöhrət — uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. ( Balzak )

* Bəxtin iki övladı var: biri inam, digəri şöhrət. ( Frensis Bekon )

* Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz belə xoşbəxtdir. ( Anri Berqson )

* Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. ( Xəlil Cübran )

Ardı

Kibrit çöpləri

Heç kibrit çöplərinə diqqət yetirmisinizmi?

Əgər diqqət yetirsəniz, siz də, dediklərimizə haqq verərsiniz...
Kibrit çöpləri insanlara, kibrit qutusu isə yaşadığımız cəmiyyətə bənzəyir. Elə çöplər var ki, bir məqsəd üçün yanır. Kimisi siqaret yandırır, kimisi ocaq, kimisi də boş yerə yanıb gedir. Özü ilə birlikdə böyük bir evi, böyük bir meşəni yandıranlar olur.
Ancaq qutuya baxanda hamısı eyni görünür. Bəziləri o qədər nazikdirlər ki, sanki heç yanmayacaqlar. Ancaq ən yaxşı yananlar da onlardır.

Ardı

Kim Qazandı?

Kim qazandı?

Səhərə kimi imtahana hazırlaşan mı? 
Yolda gedənin əlindən çantanı alıb qaçan mı? 
Gözəlik yarışında Best Model olan mı?  

Kim qazandı? 

Yüzlərlə kilonu qaldıran mı?
Yüzlərlə insanı güldürən mi?
İlk dəfə üzərək La-Manş boğazını keçən mi? 

Ardı

Hikmət dənizi

* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. ( Ömər Osmanoğlu, 12-ci əsrdə yaşamış məşhur türk təbibi )

* Şöhrətə can atan şəxs ziyafətlərdən, naz-nemətdən və qadınlardan kənar gəzməlidir.

* Düşməndən gizlətdiyin sirri, dostuna da söyləmə.

* Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.

Ardı

Xəyal haqqında aforizmlər

* Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir.   ( Qaston Levis: Fransız yazıçısı )

* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır.   ( Naməlum )

* Siz var olan şeyləri görür və belə deyirsiniz:" Nə üçün? ". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm:" Nə üçün olmasın?".   ( Bernard Şou )


Ardı

Söz haqqında

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin- aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!    ( Məhəmməd Füzuli: Azərbaycan şairi və mütəfəkkiri )

Ardı