Nitsşenin söz xəzinəsindən

-Məni öldürməyən şey məni gücləndirir.Nitsşe

-Öz alovlarınızda yanmağa hazır olmalısınız. Külləriniz olmadan necə dirilə bilərsiniz ki? 

-Ümid ən pis şeydir. Çünki işgəncəni uzadır. 

-İnsan ruhunu etdiyi seçimlər müəyyənləşdirir. 

-Aforizm formasında qanıyla yazan adam oxunmağı yox, əzbərlənməyi istəyir. 

-Bilik müdrikləri olmağı bacarırsınızsa heç olmasa, bilik döyüşçüsü olun. 

-Küləyə qarşı tüpürməkdən çəkinin. 

-Siz dostlar, zövqlər və rənglər haqda mübahisə olunmaz, deyirsiniz. Amma həyat zövqlər uğrunda mübahisədən ibarətdir. 

-İmkan vermə ki, özünün əldə edə biləcəyin bir hüququ sənə versinlər...

-Nəsənsə o ol!

-Ruh həyatın bağrına saplanan həyatdır. 

-Hər şey bir-birindən daha önəmlidir.

-Əzab deyir: “Məhv ol!”

-İnam həqiqətin düşməni kimi yalanlardan daha təhlükəlidir.

-Səni sevirəmsə, bundan sənə nə? 

-İnsanlar bərabər deyil.

-Nə qədər yüksəlirsək yüksələk uçmaq bilməyənlərə o qədər balaca görünürük.

-Qadınları qadınlar arasından azad etməli.

-Uçurumu sevənlərin qanadları olmalı.

-Biz arzu ediləndən çox arzulamağa aşiqik.

-Zəiflər bizi öz gücümüzdən utanmağa məcbur etdikləri üçün bizə qalib gəldilər.

-Həqiqətdə də həyatın mənası olmasaydı və ən mənasız şeyi seçməyə məcbur qalsaydım, ən seçiləsi mənasızlıq həyat olardı. 

-Həyata qarşı məsuliyyətimiz ondan daha yaxşısını yaratmaqdır, daha əclafını yox.

-Siz yüksəlmək istəyəndə yuxarı baxarsınız. Mən isə aşağı baxıram. Çünki mən yüksəlmişəm. 

-Siz uçuruma baxanda uçurum da sizin içinizə baxar. 

-İnsan qəhqəhə ilə güləndə qabalığı ilə bütün heyvanları geridə qoyar.

-Ruh axtaranda ruh yoxdur.

-Ancaq o biri gündür mənim günüm. Kimiləri öləndən sonra doğular.

-İnanc həqiqəti bilmək istəməməkdir.

-Uca dağlarda buz içində könüllü yaşamaqdır fəlsəfə...

-Şübhə yox, dəqiqlikdir adamı dəli edən.

-Özünü biliyə həsr edən ancaq düşməni sevməməlidir, dostuna kin bəsləməyi də bacarmalıdır. 

-Sənət həqiqətdən də qiymətlidir.

-Harda canlı varsa, orda hökmranlıq iradəsi var. Xidmətçilərdə belə ağalıq iradəsi tapdım. 

-Mən iki insanın ulu həqiqəti tapması üçün eyni ehtirası bölüşdüyü bir eşq təsəvvür edirəm.

-Sivilizasiya tərəfindən məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan sivilizasiyada yaşayırıq. 

-Əxlaq yatanda düha fışqırar.

-İnsanlar işığın ətrafına yığışırlar, daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.

-Gözləmək insanı əxlaqsızlaşdırır. 

-Kişi öz nurunu söndürməyi də bacarmalıdır. Böcəklərdən və heyranlarından xilas olmağı üçün...
loading...
 

3 şərh

ctrlA

"İnsanın nəzərində meymun nədir? Lağ hədəfi, üzüntülü xəcalət. Bax, fövqəlinsan üçün də insan belə bir şey olmalıdır: lağ hədəfi, üzüntülü xəcalət".
Bunu Niçşe «Zərdüşt belə buyurdu» essesində yazıb, dəyərli sözdür.
Bir də bu var:
«Tanrı öldü, onu biz öldürdük» 

gulwan

-İmkan vermə ki, özünün əldə edə biləcəyin bir hüququ sənə versinlər… düz deyib)

_BUMERANQ_
Nitşenin ən çox bəyəndiyim aforizmi birincidi: Bizi öldürməyən şey bizi gücləndirir. 
Bir də  «Səni sevirəm, bundan sənə nə?»