Oşodan sitatlar

Oşo — Özünü cəmiyyətə mütləq şəkildə təslim etmək, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir.

— Eqo aysberqdir. Onu ərit. Onu dərin sevginin içində ərit. Beləliklə o yoxa çıxsın və sən okeanın bir parçası ol. 

— Həyat xırda şeylərdən ibarətdir. Sən sevsən, onlar böyüyərlər.

— Həyatda insanın əsas hədəfi azadlıqdır. Azadlıq olmadan həyatın mənası yoxdur. Azadlıq deyəndə ağlınıza təkcə siyasi, sosial yaxud iqtisadi mənada azadlıqlar gəlməsin. Azadlıq zamandan, şüurdan, arzudan azad olmaqdır. Zehin yoxa çıxdığı anda sən də bəşəri olacaqsan. Bəşəriyyət qədər sərhədsiz ol. 

— Şüur kütlə kimidir: düşüncələr — fərdlərdir. Düşüncələr davamlı şəkildə orada olduqları üçün prosesin maddi olduğunu düşünürsən. Bütün düşüncələri rədd elə və sonda görəcəksən ki, heç nə qalmadı. Şüur deyə bir şey yoxdur, sadəcə düşüncə var. 

— Zəka sonradan əldə olunan bir şey deyil. O yaradılışdan gəlir, insanın özünə aiddir, o həyatın quruluşundadır. 

— Bəsit şeylər eqo üçün cəzbedici deyil. Bəsit olan şey eqonun ölümü deməkdir. 

— Unutma, beyin yaxşı quldur. Sənin çox işinə yarayır. Amma sahibkar olaraq çox təhlükəlidir və bütün həyatını zəhərləyər. 

— Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır. 

— Heç vaxt unutma: seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən.

— Qəbul etməliyik ki, insan yer kürəsindəki ən zəif heyvandır. Və onun bütün davranışlarının, aid olduğu şeylərin, qruplaşmalarının təməli budur. O, özündən daha böyük bir şeyin parçası olmaq məcburiyyətindədir. Ancaq bu zaman özünü təhlükəsiz hiss edə bilir.

— Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır. 

— Yaradıcılıq varlığın ən böyük üsyanıdır. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən xilas olmağa məhkumsan. Əks təqdirdə yaradıcılığın kimdənsə köçürtməkdən başqa bir şey olmayacaq. 

— Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə məhkum edilmisən. Ruhi bir varlıq olmaq istəyirsənsə, bədəninlə mübarizə aparmalısan. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək… Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır.

— Ayrılıq qaçmaq mümkün olmayan sondur. Heç kimi bunu istəmir, amma bundan xilas olmaq mümkün deyil. 

— Sənə deyirəm ki, həyat bir həbsxana deyil. Cəza deyil, mükafatdır. Layiq olanlara verilir. Həyatdan zövq almaq sənin haqqındır. Əgər zövq almağı bacarmasan, günah işləməyə məcbur olacaqsan. Onu gözəlləşdirməsən, sənə verilən kimi saxlasan varlığa qarşı gəlmiş olacaqsan. 

— Güclü küləklər səni o tərəf-bu tərəfə dartırsa, müqavimət göstərmə. Onlar sən dirəndiyin üçün güclü olurlar. 

— Nə varsa, onu gör. Tələsmə. Səhv anlamaqdansa, anlamamaq daha yaxşıdır. 

— Həyat qısa deyil, sonsuzdur. Ətraf aləmin tələsdiyini görmüsənmi heç? Fəsillər vaxtında gəlir, ağaclar vaxtında çiçək açır. Heç ağacın və ya çiçəyin həyat qısadır deyə böyüməyə tələsdiyini görmüsənmi?

Hazırladı: Rəna Nevzat
 

5 şərh

gapgara
Mövzuya görə təşəkkür, bu insanin güclü fəlsəfəsi var.
Ferbara
Birinci fikir ilə ikinci fikir arasında təzad var.
_BUMERANQ_
Əslində tam ziddiyətli hesab etmək olmaz. Hər iki fikrin nəticəsi eqoizmin məhvinə gətirib çıxarır.
istorik_c
Əla fikirlərdir.Bu adamın fəlsəfəsi çox qəribədir. Hadisələrə fərqli yöntəmdə münasibət bildirir
Diamonds
— Nə varsa, onu gör. Tələsmə. Səhv anlamaqdansa, anlamamaq daha yaxşıdır.



Oşonun aforizmlərini bəyənirəm.Çox sağ olun.