Möhtəşəm olan mövcud olmayandır

Xoşbəxt olmagın tək yolu onun oz əlinizdə olmasını dərk etməkdir.İnsanın azadlığı onun istədiyi hər şeyi edə bilməsində deyil, istəmədiyi heç bir şeyi etmək məcburiyyətində olmamasındadır.

Sevginin verdiyi xoşbəxtliyi evlilikdən sonrada yaşaya bilsəydik o zaman dünya cənnət olardı.

Sevgim üçün dünyaları verərəm, azadlığım üçünsə sevgimi.

Səbr acıdı, amma meyvəsi şirindir.

İnsanlar ömür qısadır deyirlər, lakin yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər.

Bədbəxtlik əslində çox böyük müəllimdir. Amma bu müəllim dərslərini baha qiymətə keçər, faydasısa ödənilən pula dəyməz.

Yaşamaq- nəfəs almaq demək deyil, fəaliyyətdə olmaq deməkdir. Uzunömürlü insan yaşı çox olan insan deyil, həyatı daha çox hiss edən insandır.

Möhtəşəm olan mövcud olmayandır.

Minnətdarlıq- ödənilməsi gərəkən borcdur, amma qarşı tərəfdən onu gözləməyə heç kimin haqqı yoxdur.

Əzab verməyən insan özü əbədi əzaba düçar olan insandır.

Nə qədər ömür sürdüyünü söyləmə- nə üçün yaşadığını söylə.

Sən qəddarlığın səbəbini axtarırsan, amma onun səbəbi tək səndədi.

Ümumiyyətlə az bilən insanlar çox danışır, çox bilənlərsə az.

Mənim işim həqiqəti söyləməkdir, ona inandırmaq yox.

Ədalətsizliyi görüb susmaq, onda iştirakçı olmaq kimi bir şeydir.

Dərindən sevmək- özünü unutmaq deməkdir.

Qarşındakı insanların sevgisini qazanmağın ən düzgün yolu- onlara öz sevgini bəxş etməkdir.

Vaxtdan daha düzgün istifadə etmək onu daha çox qiymətli edir.

Qəzəb, hirs zəifliyin əlamətidir.
Xoşbəxt olmağın tək yolu onun öz əlinizdə olmasını dərk etməkdir.

Jan Jak Russo 

0 şərh