"Xəz paltolu Madonna"dan seçmələr

Bir kitabı oxuyarkən keçən iki saatın ömrün bir çox illərindən daha dolu, daha əhəmiyyətli olduğunu dərk edəndə, insan həyatının tükürpədici heçliyini düşünür və ümidsizlik içərisində qalırdım… 

Səni sevirəm… Dəli kimi deyil, ağlı başında sevirəm... 
Həyatımın ən çox güvəndiyim insanına qarşı olan bu küskünlük bütün insanlar arasında paylanmış kimi idi. Çünki o, mənim üçün bütün insanlığın timsalı idi

Bir insanın digər bir insanı heç bir şey etmədən bu qədər xoşbəxt edə bilməsi necə mümkün ola bilərdi?!

Bəzi ehtiras və istəklər bütün həyatımızın əsas məqsədinə çevrilir… Bizi qoynuna alır. Heç nə düşünmədən arxasınca gedərik və heç vaxt peşman olmayacağımızı bilirik…

İtirilən hər qiymətli əşyanın, sərvətin kədəri zamanla unudulur. Yalnız itirilən fürsətlər heç vaxt və heç vaxt yaddan çıxmaz, hər xatırlayışda insanı daha çox incidər. Bunun səbəbi isə, böyük ehtimalla, " Bu belə olmaya bilərdi..." düşüncəsidir.

İlk dəfə gördüyümüz pendirin belə keyfiyyətindən danışmağa tərəddüd edərkən, ilk gördüyümüz insan haqqında çox rahatlıqla qərar verib asanlıqla həyatımıza davam edirik.

Səhv nələrsə var… Fəqət nə? Evdən çıxdıqdan sonra bir şey unutduğunun fərqinə varan, lakin bunun nə olduğunu xatırlaya bilməyən, ciblərini və yaddaşını yoxlayan, nəhayət ümidini itirib yoluna davam edən adam qədər kədərliyəm…

Bitmir… Bəlkə günəşli bir gündə, yaxud ətrafında çoxluq olan bir gecədə keçdiyini düşünürsən amma keçmir. Öyrəşirsən zamanla. Əsla keçmir.

Özümü dərk edəndən bütün həyatımı yalnızca bir insanı axtarmaqla keçirmişdim və bu səbəbdən, bütün digər insanlardan qaçmışdım.

Dünyada indi onunla bir yerdə olmamağımız qədər məntiqsiz və lüzumsuz nə ola bilərdi ki?!

İnsanlar dözə bilməyəcəklərini düşündükləri şeylərə çox tez öyrəşir və dözür.

Sənə ehtiyacım yoxdur ki mənim! İnsan yalnız da xoşbəxt ola bilər çünki…

Nə qədər çox insanı sevsək, əslində sevdiyimiz insanı da o qədər çox və daha qüvvətlə sevərik. Sevgi paylaşıldıqca azalan bir şey deyildir çünki... 

Sabahattin Ali

Hazırladı: Ülkər Allahverdiyeva 
 

0 şərh