Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur

Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.

Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər…

Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.

Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.

Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.

Qadınsız ev məzar kimidir.

Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.

Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır.

Hökumətlər və ərlər yanıldıqlarını heç bir zaman qəbul etməzlər.

Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz.

Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.

Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub.

Qadını idarə etməyi bacaran dövləti də idarə edər.

Həyat beşiklə məzar arasında sınaq müddətidir.

Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir…

Hər iztirab insana başqa bir şey öyrədir.
Cəmiyyətin gələcəyi – anaların əlindədir.

Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur.

Onore de Balzak

 

0 şərh