Alfred Nobeldən sitatlar

İki şey var ki, onları heç vaxt borc vermirəm – pul və planlar.

Misli görülməmiş həcmdə sərvətə sahibəm. Bu sərvəti varislərimə, insanlara vermək zamanı çatıb.

Təəssüflər olsun ki, taleni sığorta şirkətinə çevirmək mümkün deyil, bunun üçün maksimum həddə məbləğ ödəməyə hazır olsan belə.

İstənilən demokratiya əclafların diktaturasına gətirib çıxarır.

Yalnız itlər və goreşənlərlə dost olmaq olar. Düzdür onlar belə yalnızca öz mənfəətlərini düşünürlər.

Həyat sona yaxınlaşdıqda və bizi məzardan cəmi 1 addım ayırdıqda çox nadir hallarda yeni dostlar axtarırıq. Lakin köhnə dostlara daha çox etibar edirik.

Müharibə sənayesinin mövcud olmasına bəraət qazandıran yeganə səbəb xalqların təhlükəsizliyidir.

Böyük məmnuniyyətlə silahları və onlarla əlaqəli bütün şeyləri rədd edərdim. Cəhənnəm – onların saxlanması və eyni zamanda sınaqdan keçirilməsi üçün ən yaxşı yerdir.

Müharibə – dəhşətlərin dəhşətidir, bu ən qorxulu cinayətdir. Elə dağıdıcı gücə malik maddə və yaxud cihaz ixtira etmək istərdim ki, bütün müharibələr qeyri-mümkün olsun.

Yalnızca maksimum şəxsi faydası haqqında düşünən insan hörmətə layiq deyil.

Fəaliyyət göstərdiyimiz istənilən yer mənim vətənimdir.

Əgər min ideyam varsa və onlardan yalnız biri məhsuldardırsa, bu məni qane edir.

Həyatı əvəzsiz hədiyyə, ana təbiətin öz əlləri ilə verdiyi qiymətli daş hesab edirəm. Və biz bu qiymətli daşı cilalamalı və parlatmalıyıq, taki onun parlaqlığı könlümüzü doldurana qədər.

İstənilən ixtira və kəşf insanların şüurunda silinməz izlər buraxır. Bu isə cəmiyyəti dəyişməyə, onu daha yaxşı, daha təkmil etməyi bacaran yeni nəsillərin gələcəyinə ümid etməyə imkan verir.

Təmiz nüfuz təmiz köynəkdən daha vacibdir. Köynəyi yumaq, təmizləmək mümkündür, nüfuzu isə heç vaxt.
loading...
 

0 şərh