Terry Pratchett – sarkazm sehrbazı

Ser Terens Pratchett – böyük istedada və mükəmməl yumor hissinə sahib ingilis yazıçı-satirikdir. Uzun müddət Alzeymer xəstəliyinin nadir növündən əziyyət çəksə də, heç vaxt öz işini yarıda qoymamış və son ana qədər, kitablarını diktə edərək yazdırana qədər həyat mübarizəsi vermişdir.

Xeyirxahlıq – daim haqqında dua etdiyin deyil, artıq etdiyindir.

İnsana alov ver və o günün sonuna qədər qızınacaq. İnsanı yandır və ona ömrünün sonuna qədər isti olacaq.

İnsanın ölümündən öncə bütün həyatı gözlərinin önündən keçir. Bu prosesin özü elə həyat adlanır.

İnsanlar qəribə varlıqlardır. Möcüzələrlə dolu dünyada necə darıxa bilirlər?!

Yalnız insanlar özləri üçün ən yaxşı dünya yarada bilər. Əks halda yaradılan həyat deyil, qəfəs olur.

Bəzən şüşə brilliantdan daha bərk parıldayır. Çünki daha çox özünə əminliyə ehtiyacı var.

Nifrət – arxasını dönmüş sevgidir.

Düşmən yoxdur – hələ tanış olmadığınız “dostlar” var!

Satın almaq mümkün olan insanın, qaydalara görə heç qiyməti yoxdur.

Heç kimə ehtiyacı olmayan insanların – ətrafdakıların onların heç kimə ehtiyacı olmadığını görmələrinə ehtiyacları var.

Həyatda ölüm və vergi var. Lakin vergi daha qorxuludur. Çünki ölüm cəmi 1 dəfə, vergi isə hər il baş verir.

Hər bir iş onu dəyişənə qədər maraqlı təsir bağışlayır.
 

0 şərh