Həyat – Allahın gördüyü yuxudur

Bir çox mükafatların sahibi, şair, yazıçı, publisist və filosof Xorxe Luis Borxes həyatının ikinci yarısında dünya işığından məhrum olsa da, bu görmə qüsuru ona dünyanı və insan ruhunu anlamağa mane olmayıb.

Hər kəs cənnəti özü üçün başqa cür təsəvvür edir, mən isə uşaqlıqdan cənnəti kitabxana kimi xəyal edirdim.

Bir-biri ilə sağollaşmaq – ayrılığı qəbul etməmək və bu fikri düşünməkdir: bu gün biz sadəcə ayrılıq rolunu ifa edirik, sabah isə yenidən görüşəcəyik.

Mənim sənə məsləhətim: insanlar nə deyər və artıq səni istəməyən qadın üçün çıxmaz küçəyə girmə.

Həqiqət bundadır ki, yaxın və həqiqətən sevdiyimiz insanlardan başqa heç kəs bizi incidə bilməz.

İnsanlar bütün işlərini daha sonraya təxirə salaraq yaşamağa vərdiş edib. Bəlkə də, onlar elə düşünür ki, ölümsüzdürlər və əbədi olaraq yaşayacaqlar.

Kimsə yazılan hər kitabdan, mən isə oxunan hər bir kitabdan qürur hissi keçiririəm.

Ətrafımızda bir çox şeydə sirr gizlənmişdir. Lakin bəzi şeylər var ki, məsələn, dəniz, sarı rəng, yaşlı insanların gözləri, musiqidə bu sirr daha çoxdur.

Mən artıq çoxdan başa düşmüşəm ki, istənilən şey insanın cəhənnəminə çevrilə bilər. Əgər kiminsə simasını, sözünü, yaxud hər hansı siqaret markasını ağlından çıxara bilmirsənsə o sənin cəhənnəminə çevrilir.

Biz digərlərini davranışına görə mühakimə etdiyimiz halda, bizim özümüzü imkanlara görə mühakimə etmələrini istəyirik.

Həyat – Allahın gördüyü yuxudur.

Biz artıq proqresə inanmırıq, məgər bu elə proqresin özü deyilmi?

Hər hansı bir sirrə sahib olmaq, onu ifşa etməkdən daha xoşdur.

Bəzən kişi artıq o qadın haqqında düşünməmək, onu unutmaq üçün onun sevgisinə nail olur…

Bizlər öz simamızdan daha erkən qocalırıq.
 
loading...

0 şərh