Aforizmlər və atalar sözləri - 1

1.Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir (Konfutsi)
2.Sizə nə edəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla (Sokrat)
3.Bir ailə ilə bir dövlət idarə etmək arasında elə böyük bir fərq yoxdur (Monten)
4.Başqalarının izi ilə gedən iz qoya bilməz (Con İ.Brannon)
5.Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil (Atalar sözü)

6.Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır (Yavuz Sultan Səlim)
7.Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz (Monten)
8.Elm sərvətdən də üstündür. Çünki sərvəti sən qoruyursan, elm isə səni qoruyur (Hz.Əli)
9.Ayaq üstə ölmək dizi üstə yaşamaqdan daha şərəflidir (Franklin Ruzvelt)
10.Əsas məsələ nə qədər yaşamağımız deyil, necə yaşamağımızdır (H.Berqson)

11.Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər (Atalar sözü)
12.Cəsarətin bittiyi yerdə əsarət başlayır (Atalar sözü)
13.Bütün yerlər göydən eyni uzaqlıqdadır (Robert Barton)
14.Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz (Fridrix Helderin)
15.Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır (Dorote Deluzi)

16.Nəfsinə hakim olan dünyaya hakim olar (Volter)
17.Ətrafımızdakıları olduqları yerdən yox, olduğumuz yerdən görürük (Con Vans Ceyni)
18.Biçmək üçün əkmək lazımdır (Atalar sözü)
19.Yemək üçün yaşama, yaşama üçün ye!(Siseron)
20.İki fikir bir fikirdən daha yaxşıdır (Atalar sözü)
Daha 20 maraqlı söz

2 şərh

ferid1001
bir coxunu bilsem de yene de maraqli idi
ayxansevda
5 və 12 super, ruhuma yaxın,  18, 20 maraqlıdı, 8 və 10 adamı düşündürür. sağ olun maraqlı idi.