Ailə haqqında

- Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz,xoşbəxtliyə çatarsınız,pis arvada rast gəlsəniz filosof olarsınız (Sokrat:Qədim Yunan filosofu)
- Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir (Qurani-Kərim)
- Ailə insanlıq tarixinin ilk müəssisəsidir.Nəsillər oradan boy atır,orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır ("Füyuzat" jurnalından)
- Öz subaylarınızı evləndirin.Bu əməllə Allah-təala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar  (Hz.Muhəmməd s.a.v.)
- Nikah zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır (Emil Alen:Fransız tənqidçisi)
- Evlilik zənciri o qədər ağırdır ki,onu ikilikdə daşımaq lazım gəlir (Aleksandr Düma: Fransız yazıçısı)
- Var-dövlətə görə evlənən öz azadlığına əlvida deyir (Corc Herbert:İngilis şairi)
- Uğurlu evlilik sevgini rədd edir,onu dostluqla əvəz etməyə çalışır (Mişel de Monten: Fransız filosofu və yazıçısı)
- Başqalarının tövsiyəsi ilə kor-koranə  evlənmək cəhənnəm əzablarına razılaşmağa oxşayır (Artur Şopenhauer:Alman filosofu)
- Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı ortaya çıxır (Bernard Şou: İngilis yazıçısı)

- Evlənmək çətin deyil,evli olmaq çətindir (Migel de Unamuno: İspan filosofu)
- Hər bir ailə bir tarixdir.Hətta oxuya bilənlər üçün bir dastandır (Alfons Lamartin:Fransız şairi)
- Yaxşı bir qadınla ailə qurmaq fırtınada sakit bir liman,pis bir qadınla ailə qurmaq isə sakit bir limanda fırtınadır (Jan Peti San:İsveçrə Moralisti)
- Ailə həyatı bir şəhvət ticarəti deyil,can ortalığıdır.Belə olmasa,ailə də olmaz (Con Milton:İngilis şairi və publisisti)
- Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi bir hədiyyəsidir (Aleksandr Pop:İngilis şairi)

ailə. Biz mehriban ailəyik

1 şərh

Cavid

hikmət dənizi və aforizmlər ən sevimli ve çox oxunan bloqa sevrilib, umud600 təşəkkürlər. «Evlənmək çətin deyil,evli olmaq çətindir (Migel de Unamuno) maraqlı məqamdır)