Vicdan haqqında

İçimizdəki ən böyük hakimin adı vicdandır.   (Naməlum)
Vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır.   (Eduard Corc Bulver-Litton:İngilis yazıçısı və siyasi xadimi)
Vicdan məhkəməsi ən ali məhkəmədir.   (Viktor Mari Hüqo:Fransız yazıçısı)İradənə hakim ol,lakin vicdanına əsir ol!   (Aristotel:Qədim Yunan filosofu)
İnsanlar qəribədir!Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar.   (Xalid Ziya Uşaqlıgil:Türk ədibi və yazıçısı)
Nə qədər ki,biz vicdanı ləkələməmişik,o,çox namuslu və müdrik hakimdir.   (Onore de Balzak)
Rahat yatmaq istəyirsinizsə,yatağa təmiz vicdanla uzanın.   (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Vicdan minlərlə şahid deməkdir.   (Mark Fabi Kvintilian:Qədim Roma natiqi)
Vicdanım hökm etməyə başlasa,mənim hökmranlığıma son qoyular.   (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi)
Yalnız özünü yalan ,azğınlıq və abırsızlıq zirehinə bürümüş şəxs vicdan məhkəməsindən çəkinməz.   (Maksim Qorki:Rus yazıçısı)
Vicdan məsələsində çoxluq qanunu işləmir.   (Mahatma Qandi:Hindistan milli-azadlıq hərəkatının rəhbərlərindən)
Vicdanı təmiz olanlar adam arasına çıxmaqdan qorxmur,vicdanı ləkəliləri  isə tənhalıq da qorxudur.   (Litsi Anney Seneka:Qədim Roma filosofu)
Vicdan ədalətin ən yaxşı vəkilidir.   (Mari Monteqyu:İngilis yazıçısı)
Vicdan deyilən şey birinin bizə nəzarət etdiyini xəbərdar edən bir səsdir.   (Henri Luis Manken:Amerika jurnalisti və satiriki)
Vicdan əzabı insanın içində bir cəhənnəmdir.   (Corc Noel Qordon Bayron:İngilis şairi)
Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir.   (Onore de Balzak)
İncilərin ən qiymətlisini daxilinizdə gəzdirin!-o, vicdandır!   (Uilyam Şekspir :İngilis dramaturqu və şairi)
 

0 şərh