Ölüm haqqında

Harada olursunuz olun,hətta uca(möhkəm)qalalar içərisində olsanız belə,ölüm sizi haqlayacaq.   (Qurani Kərim)
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.   (Bəyazid Bistami:İslam alimi)
İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın.   (Hz.Əli ə.s.:Birinci İmam)
Ey həyat,ölümə minnətdar ol!Səni ona görə sevirəm.   (Blez Paskal:Fransız riyaziyyatçısı)
Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz,ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi.   (İbn Sina:Şərq filosofu və həkimi)
Gələcəyimiz naminə daim əlləşib-vuruşuruq,ağlımıza da gətirmirik ki,can atdığımız gələcəyin son ucunda bizi ölüm gözləyir.   (Moris Meterlink:Belçika şairi və dramaturqu.)
Həyat müvəqqəti,ölüm isə əbədidir.   (Covanni Nikollini:İtalyan dramaturqu.)
İnsanlar ölümdən şər qüvvədən qorxan kimi qorxurlar,halbuki ölüm şər deyil,xeyirdir.   (Esayas Tegner:İsveç şairi.)
İnsanları nə üçün öldürürsünüz?,bir az gözləyin,onsuz da öləcəklər.   (Konfutsi:Qədim Çin mütəfəkkiri.)
Ölüm əbədi bir yuxu deyil.Ölüm- ölümsüzlüyün başlanğıcıdır.   (Naməlum)
Ölüm -yaradılmışın Yaradana qovuşmasıdır,şəbi-ərus,yəni toy gecəsidir.   (Cəlaləddin Rumi:Türk şairi və mütəfəkkiri.)
İnsan nə idraksız bir məxluqdur!Hamı heç kəsin sağ qalmayacağını bilir ,amma öz öləcəyinə inanmaq istəmir.   (Namiq Kamal:Türk yazıçısı.)
 

0 şərh