Susmaq haqqında aforizmlər

Qəzəbin yeganə dərmanı susmaqdır.   (Sokrat:Yunan filosofu )

Ya sus ,ya da susmaqdan üstün bir söz söylə.   (Pifaqor:Yunan riyaziyyatçısı)

Susmaq güclülərin gücü,zəiflərin sığınacağıdır.   (Şarl de Qoll:Fransa hərbi və siyasi xadimi)

Susmaq alimə yaraşır,cahilin isə eyiblərini ört-basdır edir.   (Hz.Muhəmməd)

Hətta başıboş adam da susanda müdrik görünür.   (Hz.Əli ə.s.)

Susmaq təkzib edilməsi mümkün olmayan dəlildir.   (Henrix Böll:Alman yazıçısı)

Ən yaxşı dinləyici susmağı bacarandır.   (Fletçer Kristian:İngilis yazıçısı)

Susmaq o qədər gözəl mövzudur ki,onun haqqında saatlarla danışa bilərəm.   (Uilyam Varner:İngilis şairi)

Sükut da bir növ danışmaq sənətidir.   (Uilyam Hezlitt:İngilis publisisti)

Susmaq insanı ələ verməyən sadiq bir dostdur.   (Konfutsi:Qədim Çin mütəfəkkiri)

Əvvəlcə üç dəfə fikirləş,sonra sus.   (Anri Fransua Renye:Fransız şairi)

Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa,susmaq yaxşıdır.   (Rene Dekart:Fransız filosofu)

Bəzən susmaq ən dəhşətli ittiham ola bilər.   (Menandr:Qədim Yunan dramaturqu)

Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq.      (Nizami Gəncəvi)

3 şərh

rdgr
Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa,susmaq yaxşıdır.  
Qəzəbin yeganə dərmanı susmaqdır.  

((((((((
Nailə_Rzayeva
Bəzən susmaq üçün də dinləyicilər lazımdır…
umud600
Çox gözəl.Təşəkkür.