Qərar haqqında aforizmlər

Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir: onlar getmir, suyun axını onları aparır.   ( Litsi Anney Seneka: Qədim Roma filosofu )
Gedəcəyiniz yeri bilmirsinizsə, çatacağınız yerin heç bir əhəmiyyəti yoxdur.   ( Naməlum )
Görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur.   ( Bencamin Franklin )
Ədalətli qərar çıxara bilməyən hakim gec-tez özü müttəhimlər kürsüsündə əyləşməli olur.   (İohann Volfanq Höte: Alman şairi və mütəfəkkiri )
Qarşı tərəfi dinləmədən qərar qəbul etmək ədalətsizlikdir, hətta qərarın özü ədalətli olsa belə ona xor baxacaqlar.   ( Litsi Anney Seneka )
Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır.   ( Sokrat )
Elm - insanı şübhədən, yaxşılıq - əziyyət çəkməkdən, qərarlı olmaq isə qorxudan qurtarır.   ( Konfutsi )
Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalı, qəti qərara gəlmək isə gülüncdür.   ( Mari Fransua Arue Volter: Fransız filosofu və yazıçısı )
Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır.   ( Adolf Hitler )
Qərarlar əksər hallarda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz . Amma yenə öz qərarımıza etimad edərik.   (Aleksandr Pop: İngilis şairi )











3 şərh

bahar

"İnsan bütün qüvvəsini hərəkətə gətirmək üçün irəlidə,onu ilhama gətirə biləcək hansısa nəcib məqsədi qoymalıdır.«J.Renon


»Bəşəriyyət tarixi ideyalar və mənafelər arasında gedən fasiləsiz mübarizədir,bu mübarizədə mənafelər ötəri,ideyalar isə uzun müddətə qələbə çalır."


"Əldə edilməsi mümkün olmayan ali məqsədlər bizim üçün,əldə edə biləcəyimiz alçaq məqsədlərdən daha əzizdir."İ.Höte

umud600
Çox bəyəndim. Təşəkkür.
bahar
Dəyməz.Bəyəndiyinizə sevindim