Hikmət dənizi

* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. ( Ömər Osmanoğlu, 12-ci əsrdə yaşamış məşhur türk təbibi )

* Şöhrətə can atan şəxs ziyafətlərdən, naz-nemətdən və qadınlardan kənar gəzməlidir.

* Düşməndən gizlətdiyin sirri, dostuna da söyləmə.

* Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.

* Başqasının sözlərini təkrar etmək, hələ bu sözlərin mənasını başa düşmək demək deyil.

* Dörd şey vardır ki, dörd şeydən doymaz: göz baxmaqdan, yer yağışdan, qadın kişidən, alim bilikdən.

* Göz yaşları ilə ağlanmamış qəm-qüssə daxili orqanları ağlamağa məcbur edir.

*  Gecələrini ibadətlə keçirib yatmayan neçə-neçə adam vardır ki, onların qazandığı şey yalnız yuxusuzluqdur; neçə-neçə oruc tutan vardır ki, qazandığı yalnız aclıq və susuzluqdur.   ( Hz. Muhamməd s.ə.v. )

*Gözəl deyilmiş bütün sözlər, kim tərəfindən söylənməsindən asılı olmayaraq hamıya məxsusdur. Beləcə də hər bir həqiqəti özümüzünkü hesab edə bilərik.

* Qorxu - bədbəxtlik gözlənişidir. Qorxuya aiddir: dəhşət, cəsarətsizlik, utancaqlıq, sarsıntı, hürkü. Dəhşət - adamın əzalarını qurudan qorxudur. Utancaqlıq - rüsvay olmaq qorxusudur. Cəsarətsizlik -  əməli, hərəkəti həyata keçirmək qorxusudur. Sarsıntı - vərdiş etmədiyin təsəvvürdən yaranan qorxudur. Hürkü - dilin tutulduğu qorxudur. Əzablar - məchulluq qarşısındakı qorxudur.

* Bir müdrik xəstələnib ölüm yatağına düşür. Oğlunu çağırıb deyir:
- Sənə iki vəsiyyətim var, oğul! Çalış, mən öləndən sonra onlara əməl elə. Birincisi, kimə nə vəd eləsən mütləq yerinə yetir! İkincisi də budur ki, heç kimə heç vaxt vəd vermə!

* Ağıllı adam ağıllı adamla həmişə razılaşır, axmaq isə nə ağıllı ilə, nə də ağılsızla razılaşır. Necə ki, bütün düz xətlər bir-birinə uyğun gəlir, əyri xətlər isə nə bir-biri ilə, nə də düz xətlərlə uyğunlaşır.   ( Aristotel )
 

2 şərh

Shabnam_Ilham
Super :) Ən çox Qorxu ilə bağlı olan və Göz yaşları ilə ağlanmamış qəm-qüssə daxili orqanları ağlamağa məcbur edir xoşuma gəldi… Hamısı ayrılıqda maraqlı idi təşəkkürlər :)
umud600
Bəyəndiyinizə sevindim. :)