Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Xəyal haqqında aforizmlər

* Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir.   ( Qaston Levis: Fransız yazıçısı )

* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır.   ( Naməlum )

* Siz var olan şeyləri görür və belə deyirsiniz:" Nə üçün? ". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm:" Nə üçün olmasın?".   ( Bernard Şou )

Ardı →

Söz haqqında

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin- aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!    ( Məhəmməd Füzuli: Azərbaycan şairi və mütəfəkkiri )
Ardı →

Tənhalıq haqqında

Mən tək olan zaman fikirlərimin
Hər biri yanımda bir adam olur.   ( Bəxtiyar Vahabzadə )
Yol yoldaşın sənə tay deyilsə, üstəlik, nadandırsa, onda yola tək çıxmağın yaxşıdır.   ( Françesko Dürante: İtalyan bəstəkarı )
İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar.   ( İsaak Nyuton )
Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır: yoxsa məhv olarsınız.   ( Ernest Heminquey: Amerika yazıçısı )
Ardı →

Yardım haqqında aforizmlər

Bir qardaşına onun xəbəri olmadan yardım edən şəxsə Allah dünyada da, axirətdə də yardım edər.   ( Həzrəti Muhəmməd s.ə.v. )
Son gücündən istifadə etmədən başqalarından əsla yardım istəmə.   ( Bertran Rassel: İngilis filosofu )
Dostuna da, düşməninə də yardım et, onda dostunla daha yaxın dost, düşməninlə də dost olarsan.   ( Naməlum )
İnsan dostlarının kədərlərini onlarla birlikdə ağlayıb-sızlamaqla deyil, yardım və qayğılarla bölüşməlidir.   ( Epikür: Qədim Yunan filosofu )
Ardı →

Çarlz Bukovskidən hikmətli sözlər

Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində «tox qarınla» yazırdı.

Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən.

Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.

Ardı →

Qərar haqqında aforizmlər

Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir: onlar getmir, suyun axını onları aparır.   ( Litsi Anney Seneka: Qədim Roma filosofu )
Gedəcəyiniz yeri bilmirsinizsə, çatacağınız yerin heç bir əhəmiyyəti yoxdur.   ( Naməlum )
Görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur.   ( Bencamin Franklin )
Ardı →

Paxıllıq haqqında aforizmlər

Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.   ( Onore de Balzak )
Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər.   ( Klod Adrian Helvetsi: Fransız filosofu )
Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir.   (İohann Höte: Alman şairi )
Ardı →

Yaşamaq haqqında aforizmlər

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən — həyatın məqsədi məhz bundan ibarətdir.   ( Cəlil Məmmədquluzadə )
Yaxşı insan olmaq üçün həm yaxşı yaşamaq, həm də yaxşı yaşatmaq lazımdır.   ( Oliver Kromvel: İngilis burjua inqilabı liderlərindən biri )
Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır.   ( Conatan Svift: İngilis yazıçısı )
Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam.   ( Artur Şopenhauer: Alman filosofu )
Ardı →

Pislik haqqında aforizmlər

Hər kəs  ( Rəbbinin hüzuruna ) yaxşı əməllə gəlsə, ona bundan ( əməlindən ) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, ( bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! ( Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz.   ( Qurani Kərim )
Pisliyin nə olduğunu bilməyən onun girdabına düşər.    (Hz. İsa əleyhissalam )
Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar.   ( Platon: Qədim Yunan filosofu)
Ardı →