Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Azadlıq haqqında aforizmlər

  • Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. – Heydər Əliyev.
  • İnsanlara hürriyət, millətlərə istiqlal! – Məhəmməd Əmin Rəsulzadə
  • Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. – M.İ.Kalinin
  • Yalnız azad millətin milli xarakteri ola bilər. – Jermena de Stal.
  • Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır.– Naməlum
  • Azadlıqdan imtina etmək insani ləyaqətdən imtina etmək deməkdir. – Jan Jak Russo
  • Azadlıq heç vaxt “hər istədiyini etmə icazəsi” anlamını daşımayıb. – Mahatma Qandi
  • Azadlıq dərk olunmuş zərurətdir. – Benedikt Spinoza.
  • Haqqın qulu hürr insandır. – Məhəmməd İqbal.

Davamı →

Qadınlar haqqında dəyərli sözlər

  1. Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. – Avreli Avqustin

  2. Sevən qadının fədakarlığı ölçüyə gəlmir. – Alfons Dode

  3. Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır. – Emil Krepelin.

  4. Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bərbəzək, ikincisi isə xəzinədir. – Napoleon Bonapart

  5. Qadın uşaqları kişidən daha yaxş başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur. – Fridrix Nitsşe

  6. Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur. –  Fransua de Laroşfuko.


Davamı →

Məşhur Azərbaycan yazıçılarının əsərlərindən mənalı sitatlar

Tanrı hər bir insanın qəlbində olmalıdır,… O olmayanda isə… Bütün qalan şeylər fanidir.
Çingiz Abdullayev, Mavi Mələklər

Dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür.
Əkrəm Əylisli, Safsar

Gözləmə məqamı məramın özünə çatmaqdan daha gözəl imiş…
Kamal Abdulla, Sehrbazlar Dərəsi

Adam pulu qazanar ya bu dünya üçün, ya axirət üçün
Süleyman Sani Ahundov, Seçilmiş Əsərləri (Tamahkâr)

Nadana nəyisə izah etməyə çalışmaqla aşsüzənə su doldurmağa çalışmaq arasında heç bir fərq yoxdur.
Elxan Elatlı, Alternativ Əməliyyat

Kitabsız bir ömrün nə mənası var?
Səməd Vurğun, Vaqif


Davamı →

Dostluq Haqqında Atalar Sözləri

  • Dostlar, özümüz üçün seçdiyimiz bir ailədir.
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Dost dostun sağlığını istər.
  • Dost gəlişi bayram olar.
  • Dostu çox olanın gücü çox olar.
  • Dostun sirrin dost bilər.
  • Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
  • Yaxşı günün dostu çox olar.
  • Özünü bir tərifləyəndə, dostunu iki təriflə.
 

Davamı →

Mənalı Atalar Sözləri

Keçmişdən bu günə ulu atalarımızdan bizə miras qalan atalar sözlərimiz bizə həyatı yenidən öyrədir, öyüd-nəsihət verir. Biz də bu hikmətli atalar sözlərindən mənalı hesab etdiyimiz 39 sözü sizlər üçün bir yazıda topladıq.

1.Cəfasın çəkən səfasın görər. 

2.Söz qılıncdan kəsərlidir.

3.Təmiz hava girməyən evə həkim girər.

4.Ürək götürməyəni, əl götürməz.

5.Şam bahadı — korun nə vecinə.

6.Ağıllı uşaq nadan qocadan yaxşıdır.

7.Bəxt, gözüaçıq olanların yanındadır.

8.İtə nə qədər daş atsan, o qədər də hürər.

9.Bir cinayətə göz yuman, ikincisini də dəvət edər. 

10.Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.


Davamı →

Gözəl Sözlər

  •  İnsan, zamanı dayandırmaq istədiyi yerə aiddir.
  • Öyrəndik ki, hər yaranı sağaldan zaman deyil, sevgidir..
  • Neçə insan gördüm əynində libası yox, neçə libaslar gördüm içində insan yox.
  • Ağlamaq üçün gözdən yaş mı axmalı,Dodaqlar gülərkən gözlər ağlamazmı?
  • Lazım olduğu zaman ağlamaqdan çəkinmə. Çünki, göz yaşları söyləyə bilmədiklərini söyləmək üçündür yalnız.
  • Əgər hər hansı bir məqsəd üçün ayaqda deyilsinizsə, hər zərbə sizi yerə sərə bilər.
  • Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir.
  • Bir çiçəklə bahar olmur, amma bahar bir çiçəklə başlayır.
  • Bir şəhər qədər izdihamlıdır, bəzilərinin yalnızlığı..

Davamı →

Dahilərdən mənalı sözlər

Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir.  –Mark Twain.

Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. – İ. V. Höte

Bizim şəxsiyyətimiz  bağ, iradəmiz isə bağbandır.  –   Şekspir

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. –  Atatürk

Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz. – Paulo Koelyo

Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.–  Əbu Turxan

Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. – Hüqo


Davamı →

Xarici filmlərdən sitatlar

Həyat aldığınız nəfəslərin cəmi deyil, nəfəsinizi kəsən anların cəmidir.
-Hitch
 
Yaxşı şeylər asan əldə edilmir.
— One Day
 
Birlikdə olmağa layiq olmayan milyonlarla insan yan yanaykən, mən niyə hələ də səndən ayrı nəfəs alıram?!...
— City of angels
 
Bir tərəfim onu unutmaq istəyir amma digər tərəfim onun məni xoşbəxt edəbiləcək tək nəfərin o olduğunu bilir..
-500 days of summer
 
Unutmaq deyil amma xatırlamamaq bәlkә mümkün.
-Kelebeğin rüyası

Davamı →