Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Dəyərli ata sözləri

atalar sozləriPislik etməmisənsə, şeytanların qapını döyməyindən qorxma. (Çin atalar sözü)

Təmiz vicdan qədər yumşaq yastıq yoxdur. (Fransız atalar sözü)

Bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər. (Çin atalar sözü)

Xəmir yoğurmaq istəməyən beş gün un ələyər. (Yunan atalar sözü)

Bir dəfə aslanın belinə mindinsə, enmək çətindir. (Çin atalar sözü)

Yaxşı at olsun, nalı olmasa da olar. (Kürd atalar sözü)

Güclü insanların iradəsi, zəiflərin isə ümidi olur. (Çin atalar sözü)


Ardı →

Robert De Nironun həyatdan öyrəndikləri

Ən yaxşı otel tək qala biləcəyim oteldir.Danışanlar bilməz, bilənlər danışmaz. Bu, heç vaxt dəyişmir.

Məsələ sadədir: əgər getməsən, heç vaxt öyrənə bilməzsən. Uşaqlarıma da həmişə bunu öyrədirəm.

İtaliya dəyişə bilər, amma Roma elə həmin Romadır.

Oturub bütün filmlərimə yenidən baxmaq istərdim. Baxanda məni düşündürəcəkmi görəsən? Bunu bilmək istəyirəm. Amma gör nə qədər filmdə oynamışam… Hamısına baxmaq bir ay vaxt alar. Mənim o qədər vaxtım yoxdur.

Ən yaxşı otel tək qala biləcəyim oteldir.

Frensisə (Frensis Ford Kollopa) hər zaman borclu olacam.

“Maral ovu” (“Deer Hunter”) filmini çəkəndə Taylandın olduqca maraqlı bir yer olduğunu düşünmüşdüm. Ordakılara demişdim, tezliklə bu yerlərə yenidən gələcəm. Amma ora yenidən getməyim üçün 18 il vaxt lazım oldu.


Ardı →

Barış Mançodan sitatlar

Həmişə sizin mahnınızı oxumuşam.Daş üstünə daş qoya-qoya yaratdığın dünyanın dağıldığını görmək azmış kimi, hələ altında qalmaq da var!

Hər yeni doğulmuş körpə yeni bir dünyadır.

İnsanın adı axırıncı dəfə nə vaxt çəkilsə, o gün ölər. Yəni fiziki olaraq dünyanı tərk etmək çox da vacib deyil. Onsuz da hamımız nə vaxtsa gedəcəyik. Amma adımızın anılmadığı gün həqiqətən bu dünyanı tərk edəcəyik.

Mən hər şeyi sevirəm, kimlərinsə yaşadığı, paylaşdığı hər şeyi sevirəm. Tarixi sevmirəm, ənənəni sevirəm. Tarix ölür, ənənə yaşayır.

Mən müğənni, bəstəkar kimi doğulmamışam. Fikirlərimi bölüşmək üçün gəlmişəm. Bu, mahnı oxumaqla da oldu, televiziya proqramında uşağın saçını oxşamaqla da.
Ardı →

Qadın siqaret kimidir...

QadınHeç bir qadın bir kişiylə puluna görə evlənməz. Qadınlar bir milyonerlə evlənməmişdən qabaq ona aşiq olacaq dərəcədə ağıllıdırlar. (Paveze)

Qadınlar özlərini gücsüz olanlara ideal, güclü olanlara əşya kimi təqdim edirlər. (Paveze)

Bu gün həyat yoldaşım vəfat etdi. Amma masamın üzərində başımı qatacaq xeyli sənəd-sünəd var. (Kamyu)

Qadın hər şeyi görən gözü də aldada bilər. (Dostoyevski)

30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir? (Freyd)

Yaşlandıqca kişilərin üz qırışları dərinləşir, qadınlarınkı isə bürüşür. (Höte)

Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir (Koko Şanel)

Qadın yaxşı şey olsaydı, Tanrının da arvadı olardı. (Saşa Quitri)

Qadınların saxlaya biləcəkləri yeganə sirr, bilmədikləri sirdir. (Seneka)

Qadınlar uşaq istehsal edən maşından başqa bir şey deyil. (Napaloen Bonopart)


Ardı →

Rəsulzadədən sitatlar

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».


Ardı →

Sürrealizm mənəm

Dahi olmasan belə, ozunu elə gostər...Mənim əsərlərim həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də hiss axtarın.

Sürrealizm dağıdıcıdır; təxəyyüllümüzü məhdudlaşdıran bütün qandalları məhv edir.

Mən narkotik qəbul etmirəm. Mən özüm narkotik maddəyəm.

Hər səhər yuxudan oyananda yenidən fövqəladə həzz yaşayıram: Salvador Dali olmağın həzzini!

Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm.

Ölüm mənim köhnə dostumdur. Yəqin gələndə ona deyəcəm: «Oturun, dincəlin! Bəlkə şampan içək?”. Axı mən ürəyimin dərinliyində qorxağam.

Taleyə iki şeyə görə minnətdaram: Birinci — ispan olduğum, ikinci — Salvador Dali olduğum üçün.
Ardı →

Coco Chanel

Dəb gedir, stil qalır.

Demək bu imiş şöhrət: təklik...
   
Hər qadın iki şeyi bilməlidir: nəyi və kimi istəyir.

Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər!
       
Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza.
                            
İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın. 
       
Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir...


Ardı →

Göz yaşları lal nitqdir

Allah olmasaydı, onu uydurmaq lazım gələrdi.Volter

Çoxları səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.

Biz bu dünyaya axmaq və qəddar gəlmişik, dünyanı belə də tərk edəcəyik.

Ciddi olmaq gözəldir — lakin biganə olmaq lazım deyil.

Çalışmaq bizi bu üç şeydən qurtarar: canımız əziyyətdən, pis vərdişlərdən, yoxsulluqdan.

Çox dil bilmək bir qıfıla bir neçə açarla yaxınlaşmaq imkanıdır.

Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik.

Elmi abidələr sökülmür.

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

İş ideya üçün yaranmır — ideya iş üçün yaranır.

İzah olunmuş zarafat əhəmiyyətini itirir.


Ardı →

Van Qoqdan sitatlar

Vicdan insanın kompasıdır.Çox böyük çətinliklərlə qarşılaşsan da, pessimizmə qapılma, sonda hər şey yaxşı olacaq. Həm də əvvəldə heç kim tam istədiyini edə bilməz.

Vicdan insanın kompasıdır.

Xoşbəxtlik  bacarmağın kefindən, yaradıcılığın həyəcanından törəyir.

Seçimimə görə yox, bəxtimə görə macəraçıyam.

Rəsmimi xəyal edirəm və sonra xəyalımı boyayıram.

İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm.

Kaş onlar məni olduğum kimi qəbul edələr.

Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir.

Sevgi çətinliklər gətirir, bu doğrudur. Lakin onun yaxşı tərəfi enerji verməsidir.


Ardı →

Tale kartları qarışdırır, biz də oynayırıq

Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir.Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.

Evlənmək, hüquqları ikiyə bölmək və vəzifələrini isə ikiyə vurmaq deməkdir.

Əhəmiyyət verməmək əhəmiyyət verilməyə gətirib çıxarır.

Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim.

Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir.

Hər kəs özündə əskik olanı sevər.

İki ayaqlı heyvanların sıradan söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır.

İnkişafımız üçün təkcə aynaya ehtiyacımız var.

İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz.


Ardı →