Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Sevgi haqqında

Sevmək inanmaqdır.
Sevmək yaşamaqdır.
Sevdiyini özü kimi, özündən də çox hiss etməkdir
Sevmək sevdiyi olmaqdır.
Sevməkdə iki olub sonradan bir olmaqdır.İki bədən, iki ürək, iki qəlb yoxdur sevgidə. Tək bir ürək, tək bir qəlb vardır sevgidə.
Ardı →

Söz , yazı və...

“Söz var kəsdirər başı, söz var kəsər savaşı, söz var ağulu aşı, yağ ilə bal edər bir söz...” Söz var vəzir edir, söz var rəzil edir. Söz var dağlar aşdırır, söz var düz yolda çaşdırır. Söz var güldürür, söz var öldürür. Söz var özdür, söz var közdür. Söz var oxunulası, söz var yazılası. Söz var yaşanmalıdır, söz var unudulmalıdır. Söz var yaşadılmalıdır, söz var unutdurulmalıdır. Söz var üstündə durmalısan, söz var həmişə üstündə dayanmalısan. Söz var dildən gəlir, söz var ürəkdən gəlir. Söz var uçub gedən, isti nəfəslərə qovuşub əriyən. Söz var boynunu büküb başa düşülmək üçün öz anını gözləyən. “Ya xeyirli söz de, ya da sus” – necə də xeyirli sözdür. Söz gümüşdürsə, susmaq qızıldır.
Ardı →

Nitşenin aforizmləri

Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.
***
Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan… Yunanların fəlsəfə ilə baş qatmaqları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.
***
“Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur”.
***
Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir… Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb edir. Əslində yalnız həqiqət ehtirası gerçək həzz doğura bilər. Ən böyük ehtiras sənət ehtirasıdır ki, həqiqəti bütünlüklə yalan qiyafəsində təqdim edir. Şəxsiyyət məfhumu, hətta mənəvi azadlıq üçün zəruri olan illuziyalar da belədir, bizim bütün həqiqət ehtiraslarımız da yalan üzərində qərar tutur.
Ardı →

Markesin ölümqabağı məktubu

Qabriel Qarsia MarkesMəşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazdı.
Əslində bu,əcəlin yaxınlaşdığını hiss edən Markesin bütün dünyaya çağırışı idi.
"Əgər, Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi mütləq düşünərdim. Hər şeyə dəyər verərdim. verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün...

Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimizi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə məhrum qalırıq.
Başqaları dayananda mən yeriyərdim, başqaları yatanda mən oyanardım.Danışan hər kəsi dinləyərdim...Gözəl bir şokoladlı dondurmanı ləzzətlə yeyərdim. Əgər Allah mənə bir qədər də ömür bəxş etsəydi, sadə geyinərdim.

Allahım, əgər bir qəlbim olsaydı, bütün nifrətimi bir buzun üzərinə yazıb, günəşin çıxmasını gözləyərdim.Allahım,bir parça ömrüm olsaydı, bir dəqiqəmi belə insanları sevdiyimi onlara söyləmədən keçirməzdim, eşqə aşiq olaraq yaşayardım.İnsanlara aşiq olmaqdan əl çəkdikləri üçün qocaldıqlarını, yaşlandıqdan sonra aşiq olmaqdan çəkindikləri üçün yanıldıqlarını sübut edərdim. 


Ardı →

Qadinlar haqqında fikirlər

«Heç bir qadın bir kişiylə puluna görə evlənməz. Qadınlar milyoner evlənməmişdən qabaq ona aşiq olacaq dərəcədə ağıllıdılar». (Paveze)
«Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər». (Paveze)
«Bu gün həyat yoldaşım vəfat etdi. Amma masamın üzərində başımı qatacağım xeyli sənəd-sünəd var». (Kamyu)«Qadın hər şeyi görən gözü də aldada bilər». (Dostoyevski)
«30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir?» (Freyd)
«Yaşlandıqca kişilərin üz qırışları dərinləşir, qadınlarınkı isə buruşur». (Höte)
Ardı →

Dahilərdən fikirlər

Hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır… (B. Fletcher)
İnsan iki şeyi gizlədə bilməz: Sərxoş və aşiq olduğunu. (Antiphanes)
Qazanmadan əvvəl layiq olduğunuza inanın. (Mike Ditka)
Oyunda uduzsanız qaydanı dəyişdirin (Murphy)
Qadın, kişinin diqqətindən çox diqqətsizliyinə qarşı həssasdır. (Jules Janin)
Bir ana oğulunu adam etmək üçün 20 il əziyyət çəkər, bir başqa qadın adamın 20 dəqiqədə ağılını başından alar. (Anonim)
Ardı →

Şöhrət haqqında aforizmlər

* Şöhrət ölməz əməllərin ətridir. ( Sokrat )

* Şöhrət çox bahalı, lakin tez xarab olan maldır. ( Balzak )

* Şöhrət — uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. ( Balzak )

* Bəxtin iki övladı var: biri inam, digəri şöhrət. ( Frensis Bekon )

* Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz belə xoşbəxtdir. ( Anri Berqson )

* Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. ( Xəlil Cübran )
Ardı →

Hikmət dənizi

* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. ( Ömər Osmanoğlu, 12-ci əsrdə yaşamış məşhur türk təbibi )

* Şöhrətə can atan şəxs ziyafətlərdən, naz-nemətdən və qadınlardan kənar gəzməlidir.

* Düşməndən gizlətdiyin sirri, dostuna da söyləmə.

* Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.
Ardı →

Xəyal haqqında aforizmlər

* Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir.   ( Qaston Levis: Fransız yazıçısı )

* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır.   ( Naməlum )

* Siz var olan şeyləri görür və belə deyirsiniz:" Nə üçün? ". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm:" Nə üçün olmasın?".   ( Bernard Şou )

Ardı →