Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

100 üzv, 283 topik

İnsanı yaralayan tək şey həqiqətdir

Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam.Napoleon Bonapart

Az bilgisi olub çox danışan kəs, çox pulu olmayıb, lakin çox xərcləyən birinə bənzər.

Mümkün olduğu qədər çox düşün, düşündüyünü də hər zaman et.

Hər kəs özündə olmayanlar üçün mübarizə aparar.

Dünyada təqlid edilməyən tək şey cəsarətdir.

Güc ortaya çıxınca qanunlar zəifləyər.

Ən gözəl savaş insanın öz varlığına və asılı olduqlarına qarşı olan savaşdır.

Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur.

İnsanı ucaldan iki şey var: qorxu və maraq.

Hər kəsi dinləyərəm, amma sadəcə özüm doğru bildiyimi edərəm.

Mümkünsüzlük yalnız axmaqların lüğətində olan sözdür.
Ardı →
 

Günahdan keçməyənin günahından keçilməz

Bir əmirin hədiyyə qəbul etməsi haramdır, hakimin rüşvət alması kafirlikdir.

Bir başçı itaəti altında olanları aldadırsa, onları pis yola sövq edirsə, yeri cəhənnəmlikdir.

Başqalarını yaxşı yola dəvət edənlər, özlərinə yaxşılıq etmiş sayılır.

Kim bir zalıma yardım edərsə, Allah həmin zalımı ona qənim kəsər.

Savaşın ən üstünü adamları sıxışdıran, onlara zülm edən padşahın qarşısında doğru söz söyləməkdir.

İşin biliciləri ilə məsləhətləşən adam heç vaxt ziyan çəkməz.

Yaxşılıq etməyi məsləhət bilən adamın gördüyü iş də yaxşı olmalıdır.

Yolun ortasına düşmüş bir daşı götürüb kənara atan, yolu sahmana salan adam savab qazanır.


Ardı →
 

Qorxaqlıq sevgisizlikdən doğur

“Dünyadakı insanların hamısı iki qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil”.

“Sözün əslinə qalanda yazmaqda qeyri-adi heç nə yoxdur. Oturursan yazı makinasının arxasına və başlayırsan qan-tər tökməyə”.

“Həm də xoşbəxt olan ağıllı adamlarla çox az rastlaşdım”.

“Nə qədər qaçılmaz və ədalətli olsa da hər müharibə həmişə cinayətdir”.

“Sevmədiyiniz insanlarla heç vaxt səyahətə çıxmayın”.

“İnsanların çoxu heç vaxt bir-birini dinləmir”.

“İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər”.

“Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən”.


Ardı →
 

Bulqakovdan sitatlar

Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər. 

Sevən insan öz taleyini sevdiyi ilə bölməlidir.

Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən.

İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür.

Heç hara tələsməyən adam hər şeyi çatdırar.

Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur.


Ardı →
 

Gələcək və keçmiş üçün üzülmə

Oyan! Yaşamaq ucun qarşımızda sonsuzluq var.Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.

Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!

Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.

Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...

Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.

Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.

Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
Ardı →
 

Lars fon Trierdən sitatlar

Çəkmənin içində daş olanda insanı necə narahat edirsə, kino da elə narahat olmalıdır.

Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram.

Mən nudizmlə maraqlanan ailədə doğulmuşam. Uşaq vaxtı mənə etmək istədiyim hər şeyə icazə verilirdi, mənim dərsə gedib getməməyim valideynlərimi maraqlandırmırdı.

Valideynlərim tez-tez məni nudist düşərgəsinə aparardılar. Ora haqda heç bir erotik xatirəm yoxdur, amma ordakı kiçik poçt şöbəsini xatırlayıram. İçəri girirsən, poçt işçisinin ancaq şlyapası var. Əslində onun sviteri də var idi, çünki içəri yetərincə soyuq olurdu. Amma içəri kimsə girəndə o soyunmalı idi. Qayda belə idi.

Anam mənə indiyə kimi atam olduğunu düşündüyüm adamın əslində əsl atam olmadığını deyəndə bunun bioqrafiyam üçün yaxşı fakt olacağını düşündüm.

Həyata yalnız bir şeyə təəssüf edirəm. Balaca olanda bir quşum var idi, hər gün onu yedizdirirdim. Tətilə gedəndə quş yaddan çıxdı. Qayıdanda gördüm ki, ölüb. Həqiqətən təəssüflənirəm. Kann festivalında dediklərimə görə üstümə hücuma keçəndə isə (Trierin Hitler haqda dedikləri nasizmə haqq qazandırması kimi qiymətləndirilmişdi) özümü velosipeddən yıxıldığına görə valideynləri tərəfindən danlanan uşaq kimi hiss edirdim.


Ardı →
 

Sitatlar

Hər kəs plan cızır, və heç kim axşamadək yaşayacağını belə bilmir.
Leo Tolstoy.


Böyük sevgi olan yerdə çoxlu səhvlər olar. Hardaki sevgi yoxdur,orda hər şey səhvdir.
Tomas Fuller.
Davamı →
 

Aristoteldən qiymətli kəlamlar

Aristotellə iki sual verirlər. Birinci sual:
— Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?
Aristotel bir-bir sadalayır:
• Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
• Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
• Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
• Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz? 
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

Ardı →
 

Həyatda hamı özü mütləq səhv etməlidi

İntuisiya- qəribə şeydi. Onu inkar da etmək olmur, başa salmaq da.

Tibb bacılarını heç nə ilə təəccübləndirmək olmur, bəlkə ancaq sağalmaqla.

Qorxuram ki, bu qədər müşahidədən sonra insan təbiətindən yaxşı heç nə gözləməyə dəyməz.

Nigah sevgidən daha çox önəm kəsb edir. Burda əsas olan- hörmətdi. Lakin, onu heyranlıqla səhv salmaq lazım deyil.

Doxsan doqquz halda qadınlar özlərini axmaq kimi aparır, lakin yüzüncü dəfə kişilərdən daha hiyləgər olurlar.

Həyatda hamı özü mütləq səhv etməlidi.

Qadın və kişi arasındakı bağlılıq əvvəl illüziyadan başlayır. Siz dünyada hər şey haqqda eyni fikrə malik olduğunuzu düşünürsünüz.


Ardı →
 

Getedən seçmələr

Bir insanın çata biləcəyi ən yüksək səviyyə, öz inanc və düşüncələrinin şüuruna varmaq, öz özünü tanımaqdır.

Kifayət qədər zamanımız həmişə vardır, təki  doğru istifadə edək.

Faydasız bir həyat, erkən bir ölümdür.

Ən gözəl təsir, iki oxşar ruhun bir-birinə etdiyi təsirdir.

Tələsmə, amma tənbəllik də etmə.

Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

Az ümid edib çox əldə etmək həyatın həqiqi bir sirridir.

Hər an özümüzü dəyişdirməli, yeniləməli və gəncləşdirməliyik, yoxsa qatılaşarıq.

Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir.


Ardı →