Yenidoğulmuş uşaqlarda köp

Qədim dövrlərdən indiyə kimi öz aktuallığını qoruyan, ana atanı qorxudan, bir çox xəstəliklər ola bilər deyə fikrini yaradan köp ağrıları ilk 3 ayında daha çox görünən, 3 həftəliyindən başlayaraq və ən az 3 gün ərzində ortaya ağlama epizotları şəklində görülə bilən bir haldır. Etiologiyası hələ tam bilinməmişdir. Müalicə olaraq onun üçün nəzərdə tutulan tam, qətiyyətli dərmanlar yoxdur. Sadəcə bu yazı ilə məqsədimiz anaları maarifləndirmək və uşaqda bunun zamanla keçəciyini başa salmaqdır.

İlk dəfə 1954 cü ildə Vessel tərəfindən tanımlanan “infantil kolik” 3 həftədən uzun çəkən, həftədə ən az 3 gün, gündə ən az 3 saat çəkən başqa heç bir səbəblə izah olunmayan narahatçılıq və ağlama tutmaları kimi tanınır. Ən çox yaşamın ilk 3 ayında görülür.Doğumdan sonra 6-8 ci həftələrində daha da yüksələr və 3-4-cü aylarında öz özlüyündən düzələr.

Südəmər uşaqda ağlama və narahatçılıq infeksiyalar,travma,qidalanma,dərman reaksiyası, nevroloji səbəblər və kardiyovaskulyar xəstəlikləri ağla gətirsə belə köp unudulmamalıdır. Durmadan bu qədər ağlayan uşaq valideynlərində,onun ətrafında olan bütün insanlarda qorxu yaradır. Adətən köp sancısı anidən başlar, yüksək səslə və davamlı ağlama tutmaları şəklində olur. Normal ağlamadan fərqli olaraq köp ağrısı zamanı ağlama vaxtında uşaq heç cür sakitləşmir, üzündə əzabverici ifadə ilə yumruqlarını sıxır,ayağını qarnına doğru çəkir. Adətən köp ağrısı ən çox axşamlar olur, əsasən də hər gün təkrarlanır. Bu ağlama qaz çıxarma və ya nəcis ifrazı ilə bitər.Sonunda uşağın yorulması ilə hətta sakitləşə bilir. Bu ağlama zamanı uşaqda qarın şişkinliyi, qusma, qəbzlik, ishal kimi əlamətlər də ola bilər.

Etiologiya: Tam aydınlaşdırılmamışdır. Multifaktorialdır.Belə ki,uşaqların 5% -də səbəb kimi subdural hematom,gastroezafaqol refluks, inək südü allergiyası, qasıq yırtığı, anal fissur və infeksiya(otit, sidik yolu infeksiyası, meningit və s.) göstərilir.

1. Gastroezafoqal refluks: Bu uşaqlarda bağırsaqlarda peristaltikanın artması qeyd olunur.Gündə 5 –dən çox qusan uşaqlarda gastroezafaqal refluks diaqnozu təhmin edilir.

Bu problemi olan körpələrdə bağırsaqda qaz əmələ gəlməni artıra və süd içən zaman udulan havanın bağırsaq divarında gərilməni əmələ gətirə bilir.Aparılan təhqiqatlar zamanı da məlum olub ki, köp sancısı olan uşaqların bağırsaq florası köp sancısı olmayan uşağın bağırsağın florasından heç nə ilə fərqlənmir.Bəzi təhqiqatçılar isə əsil səbəbin bağırsaqların qaz təzyiqinə həssaslığın artması və buna bağlı olaraq spazmların əmələ gəlməsini önə sürmüşlər.

2. Gastrointestinal hormonlar: Bu körpələrin qanlarında intestinal peptid və motilin adlı hormonların miqdarı artmış olur. Bu da körpələrdə hiperperistalizmə və onunnəticəsində isə köp və ağrının əmələ gəlməsində rol oynayır.

3. Qidalanma: Əmziklə qidalanma, uzanmış vəziyyətdə qidalanma,az və ya aşırı qidalanma və təbii ki,qidalanmadan sonra köpün çıxarılmaması da körpələrdə bu problemin artmasına səbəb olur.

4. Qida allergiyası: Bəzi analar qəbul etdiyi qidaların uşaqlarına allergiya və köp verdiyini düşünürlər.Bəzi allergenlərin bu sıradan məsələn,soya, kofe, fındıq, fıstıq, şokolad, qabıqlı dəniz məhsulları, brokoli, yaşıl bibər,ədviyyatlı yeməklərin adını çəkmək olar.

Bəzən allergiya nəticəsində köp olarsa onda inək südü əsasında hazırlanmış smesleri soya əsaslı və ya tam hidrolizə olunmuş süd ilə əvəz etdikdə köp ağrılarının da azaldığı müşahidə olunmuşdur.  

5. Psixolojik səbəblər: Bəzi təhqiqatlar zamanı məlum olmuşdur ki, köpü olan uşaqlar anaları daha əsəbi, səbrsizlər və uşaqları ilə davranaşı daha kobuddur.Ancaq bu səbəb tam əsasını tapmayıb.

Müalicəsi. Köpün tam müalicəsi yoxdur.Belə ki, bu uşaqların valideynlərinə səbrli olmasını və vaxt ilə bu dönəmin ötəcəyini söyləyirik.Ən çox məsləhət gördüyümüz bir dərman simetikon tərkibli siroplardır. Simetikon(espumizan), bağırsaqlarda qaz baloncuqlarının sayını azaldaraq bağırsaqdan onun xaric olmasını təmin edən preparatdır. Beləliklə də bağırsaq divarının gərilməsi azalar və ağrı faktoru aradan çıxacaqdır.

Bəzi spazmalitiklər məsələn dicyclomine hidroklorur, mebeverin, hyocin-N metil brom, fenobarbital tərkibli dərmanlar bəzən köp zamanı istifadə edilsə belə istifadəsinə çoxlu əks göstərişlər qeyd olunur. Onun üçün bu preparatların istifadəsini yenidoğulmuş uşaqlarda məsləhət görmürük. Bəzi mənbələrdə probiotiklərin adı qeyd olunur. Ancaq onların istifadəsi köp zamanı təsdiqlənməmişdir.

Bəzi ot tərkibli preparatlar bu zaman məsləhət görülə bilər.Məsələn,raziyanə,nanə, melissa bu zaman məsləhət görülə bilər. Bu bitki tərkibli preparatları qəbul etdikdən 7 gün sonra effektini göstərər. Bu preparatların istifadəsi zamanı heç bir əks göstəriş olmadığı üçün,satışda çox olduğu üçün istifadəsi daha asandır.

Dərmanlardan əlavə analara südünü hazırlayan zaman hazırlanma qaydasına düzgün riayət olunmasını,südünü içdikdən sonra uşağın gəyirməsinə fikir verməyi, təbii ki 4 aya qədər səbrli olmağı tövsiyə edirik. Köpün ən gözəl dərmanı zamandır.

Müəllif: Dr. Gülnar Abdullayeva — Pediatr 
loading...
 

0 şərh