Körpələrdə bişməcə

Körpələrdə olduqca geniş rastlanan bişməcə müxtəlif səbəblərlə bağlı olur. Bişməcə körpənin bez istifadə edilən bölgəsində qızaran iltihablı nahiyəyə deyilir. Körpənin qidasını dəyişdirməsi, təmizliyi üçün istifadə edilən losyon, nəm salfetlər, sabunlar da bişməcəyə səbəb ola bilər. Bundan başqa, körpənin bezini uzun müddət dəyişdirmədən saxlamaq bu problemi qaçılmaz edir.

Unutmayın ki, bəzi körpələrin dərisi daha həssas olur. Dəridəki sürtünmələr səpgilərə, bu səpgilər də infeksiyaya yol aça bilir. Məsələn, səpgilərdə bakteriyalar tapılır. Ona görə bakteriyaların yayılmaması üçün körpənizin bezini dəyişdirmədən əvvəl mütləq əllərinizi yuyun.

Bişməcəyə qarşı evdə nə edə bilərsiniz?
Vazelin bişməcəyə qarşı möhtəşəm vasitədir. Körpənin bezini dəyişdirərkən qızaran hissəyə nazik təbəqə şəklində vazelin çəkin. Vazelin çəkmədən əvvəl körpəni yaxşı yuyub qurulayın.

Hindqozu yağı da nəmləndirici təsirə malikdir və bişməcə problemində istifadə edilir. Körpənin bezini hər dəyişdirdiyinizdə həmin nahiyəyə hindqozu yağı çəkin. Səpkilər çoxdursa, hindqozu yağının içinə bir neçə damcı çay ağacı yağı da əla və edə bilərsiniz.

Əmizdirmək özü körpəni bir neçə infeksiya və bakteriyaya qarşı qoruyur. İnfeksiya keçmiş hissəyə bir neçə damcı ana südü əlavə edin. Sonra açıq şəkildə qurumasını gözləyin. Quruduqdan sonra bez bağlaya bilərsiniz.

Zeytun yağının nəmləndirici təsiri var. 1 çay qaşığı suyun içinə 1-2 çay qaşığı da zeytun yağı əlavə edib körpənizin altına nazikcə çəkin. Sonra bezini bağlayın.

Badam, susam (küncüt), jojoba yağları da bişməcə səpgilərinə yaxşı təsir edir. Çimizdirdikdən sonra körpəni qurulayın və bu yağlardan biri ilə ona masaj edin.
loading...
 

0 şərh