Uşağın dırnağı necə kəsilməlidir?

Körpə uşağın dırnağını kəsmək bir çox anaların qayğılarından biridir. Dərinin kəsilməsi, dırnağın az və ya çox kəsilməsi, körpəni incidib-incitməməsi, dırnağın arasında mikrob qalıb-qalmaması anaları narahat edir. Üstəlik, uşağın da əlini sakit saxlamaması bəzən anaya mane olur. Uşağın dırnağını kəsərkən bəzi incə məqamları diqqətdə saxlamaq lazımdır. 

— Dırnaq kəsmə əməliyyatına başlamazdan əvvəl ilk növbədə körpəyə uyğun dırnaq qayçısı seçməlisiniz.

— Körpənin dırnaqlarını ən rahat formada onun yatdığına əmin olduğunuz zaman kəsə bilərsiniz. Təbii ki, onu oyandırmamağa çalışın.

— Çox insanda olduğu kimi, körpələrin də dırnağını kəsmək üçün ən uyğun variant çimizdirdikdən sonradır. Suda yumşalan dırnaqları kəsmək həm asan, həm də ağrısız olacaq.

— Əgər uşağın dırnaqlarını o, oyaq ikən kəsmək istəyirsinizsə, yarana biləcək ağrıların qarşısını almaq üçün onun kiçik barmaqlarını möhkəm tutmaq lazımdır. Uşaqlar əllərini davamlı olaraq bağlayıb açmaq istəyirlər. Bu vəziyyətdə dırnaq kəsmək əvəzinə körpənin barmaq uclarını yaralaya bilərsiniz.

— Dırnaqları kəsərkən körpənin dırnaq formasını yaxşı bilməlisiniz. Onun dırnaq quruluşuna uyğun seqment və qövs verməlisiniz. Bu vəziyyət ayaq dırnaqlarını kəsərkən daha asandır.

— Dırnaq kəsmə əməliyyatı bitdikdən sonra dırnaqların üstünü və altını təmizləyin.

— Körpənizin dırnaqlarını kəsərkən qəza etsəniz, həyəcanlanmayın. Təmiz bir bezlə qanı silin və əmin olun ki, tez sağalacaq.
loading...
 

0 şərh