Süddən təcili ayırma

Vəziyyətlər:
*ananın hospitalizə edilməsi
*əmizdirmə ilə uyğun gəlməyən dərmanların qəbulu zərurəti
*ailədə ananın getmək məcburiyyətində olması
*körpə döşü dişləyir və ya zədələyir
*digər gözlənilməz hadisələr.

İlk baxışdan əmizdirməyə davam etmənin mümkün olmaması kimi görünən halların əksəriyyətində, südəmizdirməyə davam etmək və ya vəziyyəti yaxşılaşdırmaq olar:
1. əməliyyatı təxirə salmaq;
2. əmizdirmə ilə uyğun gələn dərman preparatlarını seçmək;
3. dayə tutmaq və körpəni özünüzlə bərabər səfərə aparmaq;
4. südü müntəzəm sağmaqla laktasiyanı saxlamaq və vəziyyət düzəldikdən sonra əmizdirməyə davam etmək.

Bəzən analar aşağıdakı səbəblərdən də körpəni təcili şəkildən süddən ayırırlar:
— stress vəziyyətində olarkən: “Bəsdi, əlbəttə ki süd əmizdirmək yaxşıdır, amma yaman uzun çəkdi!”
— hormonların səviyyəsinin dəyişməsi, məsələn, mentruasiyanın başlanması, kontraseptivlərin istifadəsi ilə bağlı.
— digər insanlar tərəfindən tənqid edildiyinə görə.
— körpənin daha yaxşı yatması, yeməsi və anasına daha az bağlı olması ümidilə.
— fiziki və emosional olaraq əmizdirmədən yorulduqda.

Əvvəlcə yaxşı-yaxşı fikirləşmək, daha sonra məlumatlı bir qərar vermək və ona riayət eləmək lazımdır. Əgər alınırsa, elə edin ki süddən ayırma özünüzə və körpənizə mümkün qədər az zədə vursun.

Bu vəziyyətlər üçün bir neçə tövsiyyə:
*südartırıcı məhsullar yeməyin.
*kip, lakin dar olmayan büsthalter geyinin.
*əmizdirmə barədə fikirlərin süd axınına səbəb olduğu vəziyyətlərdən qaçın.
*döşünüzü sağmayın.
*nanə, adaçayı aromatik yağları və həmçinin bu otların cövhərləri süd ifrazını azaldır.
Kələm yarpaqlarından kompresslər də diskomfort hissini və süd ifrazını azaldır. Bu vasitələrdən istifadə edin.
*əmizdirmə üzrə məsləhətçiyə, həkimə (mammoloqa və ya mama-ginekoloqa) müraciət edin və laktasiyanı onun nəzarəti altında başa çatdırın.
*südü sağmağa aludə olmayın, südü yalnız diskomfort hiss etdikdə, yüngüllük hissi gələnə qədər sağın.
*həkimdə ağrıkəsici vasitələr yazmasını xahiş edin.
Siz əmizdirmədiyiniz vəziyyətlərdə, istənilən preparatlardan istifadə edə bilərsiniz.

Müəllif: Olqa Evtux, əmizdirmə məsləhətçisi
Tərcümə: Xumar Ərşadlı
Mənbə: www.mama-city.ru
 

0 şərh