Süddən nə zaman ayırmalı?

Qəribə də olsa, sizdən körpənizi süddən nə vaxt ayıracağınız barədə özünüzün bu barədə düşündüyünüzdən daha çox soruşacaqlar. Lakin tələsməyin, səbrli olun və bir neçə qaydanı nəzərdə saxlayın:

1. Körpənizi süddən ayıracağınız müəyyən bir gün təyin etməyin.

2. Bilin ki, siz körpənizi süddən zamanı gəldikdə ayıracaqsınız.

3. Yadda saxlayın: körpəni süddən ayırmaq üçün müəyyən bir müddət yoxdur.

4.
Bir çox ölkələrdə uşaqları 3 yaşa qədər də əmizdirirlər.

5. Antropoloqların apardığı araşdırmalara əsasən, insan balasının süddən ayrılma dövrü 2,5-7 yaş arasıdır.

6. Ana südünün istənilən miqdarda və istənilən davamlılıqda körpəyə verilməsi onun həyatı və inkişafı üçün yaxşı zəmin yaradır.

7. 6 ayına qədər körpə qidaya olan ehtiyacını yalnız südlə ödəyə bilər, 9 aylıq olanda isə ana südü olmadan qala bilər.

8. Əmizdirmədən ananın və körpənin aldığı emosional fayda hər yaşda daimidir.

9. Əgər siz emosional səbəblərdən körpənizi əmizdirməyə davam edirsinizsə, onda körpəni süddən istənilən vaxt ayıra bilərsizniz.

10. Əgər sizin və ya həyat yoldaşınızın konkret qidalara allergiyanız varsa, çalışın körpənizi 6-8 ay yalnız ana südü ilə qidalandırasınız.

11. Əgər körpənizi ana südü ilə cəmi bir neçə həftə qidalandırmısınızsa, siz yenə də yaxşı anasız. Heç əmizdirməməkdənsə, az əmizdirmək daha yaxşıdır.

Müəllif: Olqa Evtux, əmizdirmə məsləhətçisi
Tərcümə: Xumar Ərşadlı
Mənbə: www.mama-city.ru
loading...
 

0 şərh