Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

36 üzv, 155 topik

Körpənizi “Qəfil Ölüm Sindromu"ndan qoruyun

Bu sindromun səbəbləri elmə hələ də dəqiq məlum deyil, şübhəli faktorlar mövcuddur ki, onların qarşısını almaqla körpənizi bu təhlükədən qoruya bilərsiniz.

Valideynlər körpə qəfil ölüm halının qarşısını almaq və azaltmaq üçün öncədən bir sıra tədbirləri görə bilərlər:

— Hamilə olarkən siqaret çəkməyin.
— Körpəniz olan otaqda heç kimə siqaret çəkməyə izn verməyin.
— Körpənizi yatağına kürəyi üstə qoyun. Qarnı və böyrü üstə qoymayın.
— Körpəniz yatarkən həmişə onun başını və üzünü açıq saxlayın, heç bir şeylə örtməyin.
Davamı →
loading...
 

Körpələrdə diş çıxması zamanı xalq təbabəti üsulları ilə yardım

Dişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman birincili epidermal səhfə və ya diş lövhəsi şəklində olur.

Hamiləliyin birinci trimestrində ananın sağlamlığı dişin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusmalar nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur. Artıq bətndaxili inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbacığı, diş məməciyi və emal orqandan ibarət gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hansı zədələnmə gələcəkdə dişlərdə yaranan problemlərlə özünü büruzə verir. Beşinci aydan sonra körpə doğulana qədər süd dişlərin minerallaşması baş verir və 5 yaşında çıxan daimi dişlərin bünövrəsi qoyulur.

Uşaq yaşlarında karies yaranmasının səbəbləri arasında ananın hamiləlik zamanı keçirdiyi aktiv karies, qeyri-düzgün qidalanma və yaxud tutulduğu hər hansı xəstəliklər əsas yer tutur.
Davamı →
loading...
 

Körpələrdə bişməcə

Körpələrdə olduqca geniş rastlanan bişməcə müxtəlif səbəblərlə bağlı olur. Bişməcə körpənin bez istifadə edilən bölgəsində qızaran iltihablı nahiyəyə deyilir. Körpənin qidasını dəyişdirməsi, təmizliyi üçün istifadə edilən losyon, nəm salfetlər, sabunlar da bişməcəyə səbəb ola bilər. Bundan başqa, körpənin bezini uzun müddət dəyişdirmədən saxlamaq bu problemi qaçılmaz edir.

Unutmayın ki, bəzi körpələrin dərisi daha həssas olur. Dəridəki sürtünmələr səpgilərə, bu səpgilər də infeksiyaya yol aça bilir. Məsələn, səpgilərdə bakteriyalar tapılır. Ona görə bakteriyaların yayılmaması üçün körpənizin bezini dəyişdirmədən əvvəl mütləq əllərinizi yuyun.

Davamı →
loading...
 

Körpənin az çəki yığmasının 7 səbəbi

Bəzən, südəmər körpənin çəkisinə təsir edən səbəbləri tapmaq olmur. Xüsusilə əgər ana körpəni tələbinə müvafiq əmizdirir, əlavə qida və əmzik vermirsə. Lakin, körpənin çəkisi dəyişmir və ya çox az artır. Gəlin həyatının ilk həftəsində körpənin çəkisinə nələrin təsir etdiyini öyrənək:

1. Doğum evində əmizdirmənin “pis başlanğıcı”
Bura nəticə etibarilə körpənin çəkisinin artmasına təsir edən bir çox meyarları aid etmək olar. Doğuş zamanı istifadə olunmuş dərmanlar, qeysəriyyə əməliyyatı, doğuşsonrası güclü qanaxma (məsələn, Şihan sindromu), uşaqlıqda ciftin qalıqlarının qalması, körpəni döşə aqressiv qoyma və ya ağız boşluğundan seliyin sorulması, körpənin anasından ayrılması. Bunlardan yayınmaq üçün hamiləlik dövründə əmizdirməyə müvəffəqiyyətli başlamaq barədə oxuyun.

2. Körpəni döşə düzgün qoymamaq
Körpəni döşə düzgün qoymamaq, körpənin əmdiyi südün miqdarını azalda, döş gilələrində ağrıya səbəb ola bilər. Bəzən isə elə olur ki, uşaq sözün hərfi mənasında döşdən saatlarla “asılı qalır”, tez-tez sidiyə gedir (sutkada 15 dəfədən çox), lakin gec-gec və az miqdarda nəcisə gedir (3 dəfədən az və ya çox, lakin çox az miqdarda) – bu, körpənin döşü dərin götürməməsindən və yalnız ön südü əmərək “arxa” südə çatmamasından xəbər verə bilər.
Davamı →
loading...
 

Körpənin əlavə qidaya hazır olmasını göstərən əlamətlər

Əlavə qidaya hazırlıq əlamətləri hər uşaqda individual olaraq müxtəlif aylarda özünü göstərə bilər. Şərti olaraq əlavə qidaya başlamaq üçün 6 ayın tamamı göstərilsə də hər uşağın xüsusi göstəricisi mövcuddur.

Bütün bu göstəricilər vəhdət olaraq uşaq orqanizminin əlavə bərk qida həzm etməyinə hazır olduğunu göstərir. Bundan öncə əlavə qidaya başlamaq körpə orqanizminə zərər vura bilər.

Erkən verilən qidanın təzadları bir qayda olaraq, özünü yeniyetməlik dövründə müxtəlif mədə-bağırsaq xəstəlikləri və narahatlıqları kimi biruzə verir.
Davamı →
loading...
 

Körpəyə qulluq zamanı 10 mühüm qayda

Yeni doğulan körpəyə qulluq zamanı ilk 6 ay daha çox əhəmiyyətlidir. Uşağı qucaqda düzgün tutmaqdan yuxu nizamı, əmizdirmə, qazının çıxarılması kimi bir çox əhəmiyyətli məqamlar var.

Körpəni tutarkən diqqətli olun
Yeni doğulan körpələrin əzələləri hələ inkişaf etmədiyi üçün qucağınıza alarkən diqqət etməlisiniz. Xüsusilə boyun hissəsi yumşaq olduğu üçün bir əlinizlə boynundan tutmalısınız. Beşikdən götürərkən və yatırarkən də körpəni boynundan tutmağı unutmayın. Tutarkən çox sıxmamağa çalışın. Əks təqdirdə beyninə zərər verə bilərsiniz.

Əmizdirərkən körpəni uyğun mövqedə tutun
Ana südü sağlamlıq baxımından olduqca faydalıdır. Körpənin immunitet sistemini gücləndirir. Əmizdirərkən körpənin südə rahat çata bilməsinə diqqət edin. İlk zamanlar bunun təmin edilməsi sizin üzərinizə düşür. Bunun üçün əvvəlcə körpəni sinənizə doğru gətirin. Ac olduğu üçün bəlkə ağzını açacaq, açıq ağzını döşlərin ucuna yerləşdirin. Boynundan dəstəkləyərək daha rahat formada əmməsinə şərait yaradın. Körpənin iki döşünüzü də ən az 10 dəqiqə əmməsinə icazə verin.
Davamı →
loading...
 

Uşaq peyvənd olunubsa, bunlara riayət edin

Son zamanlar bəzi valideynlər uşaqlara peyvəndlərin vurulmasından imtina edir. Bu, çox təhlükəli haldır. Bununla valideyn tək öz uşağını deyil, digər uşaqları da təhlükə altına salır.

İmtinaya səbəb kimi valideynlər peyvənddən sonrakı «reaksiya»lardan qorxduğunu göstərirlər. Lakin statistika göstərir ki, 99,9% hallarda peyvənddən sonra mümkün olan fəsadların səbəbi peyvənd yox, uşaq orqanizminin xüsusiyyətləri və bir çox hallarda uşağa düzgün olmayan baxımdır.

Peyvəndlərdən sonra mümkün olan fəsadları minimuma çatdırmaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır.
Davamı →
loading...
 

Donor südü


Süd anası rolunda çıxış edən qadının körpəsinin böyük olduğu aylar ilə süd qəbul edən körpənin ayları fərqlənərsə, donor ana südünü istifadə etmək mümkündürmü? (tutalım, donor ananın körpəsinin 11 ayı, südü qəbul edən körpənin isə 2 ayı var). Bu süd körpənin ayına uyğun olmadığından onun bütün ehtiyaclarını ödəyəcəkdirmi? Yoxsa süni qida daha məqsədəuyğundur?

Qeyd edilən suallara və şübhənələri aradan qaldırmaq üçün dünyada ilk dəfə olaraq Kanadada ana südü klinikasının banisi olan, pediatr Dr. Jack Newman aydınlıq gətirir:
Davamı →
loading...
 

Uşağı ana südündən ayırmaq üçün məsləhətlər

Məlumdur ki, ana südü ilk 6 ay körpənin ehtiyaclarını 100 faiz qarşılayır. Altıncı aydan sonra ana südü sürətlə böyüyən körpənin fizioloji ehtiyaclarını qarşılamır, buna görə artıq əlavə qidalara başlamaq lazımdır. Bu dövrdən sonra əmizdirməyə davam etmək ana və körpə arasındakı bağı davamlı qüvvətləndirir və körpənin psixoloji inkişafına müsbət təsir göstərir.

Uzun müddət ana südü qəbul edən körpələrin daha az xəstələndikləri, xəstəlikləri daha yüngül keçirdikləri sübut olunub. Əmizdirmə dövrünün uzanması tək uşaqların sağlamlığı deyil, ananın da ruh sağlamlığına müsbət təsirləri var. Ancaq uşağı lazım olandan daha çox əmizdirmək isə əlavə qidalara keçiddə çətinlik yaradır, yeməkləri udma və çeynəmə bacarığının inkişafına mənfi təsir edir. Əmizdirmənin nə zaman və doğru formada dayandırılması ilə bağlı mütəxəssislərlə birlikdə qərara vermək məsləhətdir. Belə olduqda yaranan səhvlərin minimuma endirilməsini təmin edərsiniz. Əhəmiyyətli olan uşaqların ruhən və cismən sağlam fərdlər olaraq cəmiyyətə qazandırılmasıdır.
Davamı →
loading...
 

Körpə üçün masajın faydaları

Körpənizə hər gün yeməyini yedikdən yarım saat sonra ya da çimizdirdikdən sonra masaj edə bilərsiniz. Masaj edəcəyiniz otağın istiliyi 22-24 dərəcə olmasına diqqət edin. Masaj edən insanın saat, bilərzik, barmaqlarındakı üzükləri çıxarmalı oluğunu da yaddan çıxarmayın. Masaj yağınızı hazırlayın, körpənizi masaj müddətində otaqda tək buraxmayın.

Masaj üçün məsləhətlət:
— Yeni doğulmuş körpələr ilk masaj seanslarında 5 dəqiqə masaj edilməlidirlər. Sonra tədricən bu müddət 20 dəqiqəyə qədər uzadıla bilər.

— Körpənizin göbəyi hələ düşməmişdirsə, sadəcə göbəyin alt hissəsinə mərkəzdən yanlara doğru masaj edə bilərsiniz.

— Körpəniz masajdan narahat olursa masajı saxlayın. Körpə 4 həftədən daha kiçikdirsə masaj qısa və zəif oxşamalar formasında olmalıdır. Bu arada körpənizin verdiyi reaksiyaları da izləyərək ona uyğun hərəkət etməlisiz.
Davamı →
loading...