Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

36 üzv, 148 topik

Uşağınızın saçlarını sıx yığmayın!

Hər bir ana qızının gözəl görünməyini istəyir. Bunun üçün analar qızlarına gözəl donlar geyindirir, müxtəlif qeyri-adi saç düzümləri edirlər. Lakin «gözəllik qurban tələb edir» şüarını uşaqlara şamil etmək düzgün deyil.

Belə ki, bəzi analar kiçik yaşlı qızlarının başında quyruqcuqlardan və xörükcüklərdən ibarət olan qəribə «konstruksiyalar» düzəldir. Uşağın nazik ipək kimi olan saçları, baş dərisi dartılır, çox sıx vəziyyətdə qalır. Bu isə müxtəlif pozulmalara səbəb olur.

Dünya trixoloqları (saç xəstəlikləri ilə məşğul olan mütəxəssislər) məhz «quyruq» və hörük tipli saç düzümləri saçlar üçün ən ziyanlı hesab edir. Fikir verin ki, burada söhbət böyüklərdən gedir. Hətta böyüklərin saçları belə gərginliyə tab gətirə bilmir, korlanır, tökülməyə başlayır. Uşaqların saçları isə qat-qat nazik və zəifdir ki, onların saçları üçün bu tip saç düzümləri daha da ziyanlıdır.
Davamı →
 

“Kenquru qayğısı” üsulu

Küvezə salınacaq olan ağır xəstə və ya vaxtından əvvəl doğulmuş körpələrə istilik vermək üçün bədən-bədənə təmas “kenquru qayğısı” üsulu adlanır. Artıq dünyanın bir çox ölkələrində, neonatal ölümlərin faizini azaltmaq məqsədilə xəstəxanaların neonatal şöbələrində bu üsuldan istifadə olunur. Bu üsul, körpələr və onların ailələrinə güclü və müsbət təsir göstərir.

Kenquru üsulu ilk dəfə 1980-ci illərin əvvəllərində Kolumbiyanın paytaxtı Boqotada tətbiq edilmişdir. Çünki, vaxtından əvvəl doğulmuş körpələrin əksəriyyəti infeksiyalar və respirator problemlərdən dünyasını dəyişirdi.

Vaxtından əvvəl doğulmuş körpələri sutkada 24 saat analarının qucağına qoyurdular. Analar körpələri ilə yatır və onları, sanki kenquru öz balasını kisəsinə salırmış kimi paltarlarının içinə salırdılar. Körpəyə oksigen lazım olduqda, ananın sinəsinə oksigen başlığı qoyulurdu. Bu gün, Boqotada vaxtından 10 həftə əvvəl doğulmuş körpələr 24 saat ərzində evlərinə buraxılır.
Davamı →
 

Uşaqlara gecələr tualet təlimi

Əgər gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə, artıq gecələr də ona yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib. Bu kifayət qədər səbr tələb edən işin öhdəsindən gəlmək üçün aşağıdakı tövsiyələrə diqqət edin.

— Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən düzgün vaxtını siz hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa, onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz. 

— Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox mütəxəssislər hesab edirlər ki, uşaqlar yuxudan tam oyanmırlarsa, onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu, uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır.
Davamı →
 

Hamiləlik və qidalanma

Qidalanma məhsulları elə seçilməlidir ki, bunlar gün ərzində gələcək ananın və uşağın qidalı maddələrə olan təlabatını tam olaraq ödəsin.
  • iki nəfərin yediyi miqdarda deyil, iki nəfərin ehtiyacını ödəyə biləcək keyfiyyətdə yemək qəbul etmək lazımdır.
  • kifayətqədər heyvani zülal (mal əti, quş əti, balıq əti, süd məhsulları və s.) gəbul etməlisiniz;
  • infeksiyanın qarşısını almaq üçün ət, balıq, dəniz məhsulları, quş əti, yumurta, süd kifayətqədər termiki işlənməlidir;
  • Həm körpəyə həm də Sizə vacib lazın olan kalsiuma olan ehtiyacınızı ödəməyə çalışın. Bu məqsədlə çoxlu süd, pendir, yoqurt, kəsmik qəbul edə bilərsiniz;
  • Anemiyanın, tez yorulmanın, immunitetin zəifləməsinin qarşısını almaq üçün tərkibində dəmir olan maddələr qəbul edin;

Davamı →
 

Çeynəmə

Uşaq çeynəməyi necə öyrənir? Uşağa nəinki qaşıqdan və stəkandan istifadə etməyi öyrətmək, onu təzə yeməklərə alışdırmaq, həm də ona yeməyi çeynəməyi də öyrətmək lazımdır. Bunu müəyyən bir plan üzrə öyrətmək lazımdır, çünki bəzi uşaqlar çeynəməyi çətin vərdiş edirlər. Bir çox uşaqlar bütün dişlərinin çıxmasına baxmayaraq, ancaq əzilmiş yeməyi xoşlayırlar. Bəzi uşaqlar məktəb yaşına çatana qədər çeynəmək lazım gələn yeməyi yemirlər, yaxud onu çeynəmədən udurlar. Uşaq yeməyi lazımınca çeynəməsə pis inkişaf edər və dişləri çıxmaz. Uşağa çeynəməyi vaxtında öyrətməklə belə halların qarşısını almaq olar.
Davamı →
 

Yenidoğulmuşların çimizdirilməsi

Yenidoğulmuş uşaq hər gün axırıncı qidalandırılmasından əvvəl çimizdirilməlidir.
Göbək yarası tam sağalana kimi göbək vanna qəbulundan əvvəl xüsusi yapışqanlı lentlə bağlanmalıdır və çimizdirmədən əvvəl diqqətlə işlənməlidir.
 

saglamolun.az 

 

Əmizdirmə mövqeləri (II hissə)

Əmizdirmə zamanı istifadə olunan digər mövqeləri sizə təqdim edirik.

1. «Futbol topu» mövqeyi
Uşağın əmizdirilməsi üçün rahat hesab edilən daha bir mövqe vardır ki, bu zaman uşaq ananın yan tərəfində saxlanılır, sanki onun qoltuğunun altından «boylanır». Bu vəziyyət, onun əmizdirilməsinə kifayət qədər rahatlıqla nəzarət etməyə imkan verir. Bu mövqedə uşağın başını daha rahatlıqla saxlamaq olur və uşaq ananın döşünü daha dərin və daha keyfiyyətli şəkildə götürür.

Bundan əlavə, bu mövqedə əmizdirilmə zamanı, uşaq ananın döşünün aşağı və qoltuqaltı hissəsinə yaxın paylarını (bu, ən böyük seqmentlər hesab olunur) daha yaxşı «boşaldır». Buna görə də bu mövqe döşün məhz bu hissəsində süd durğunluğunun profilaktikası üçün daha xeyirli hesab olunur. Bu əmizdirmə zamanı uşağın bədəninin altına yastıq da qoymaq lazımdır. Qoltuq altından əmizdirmə pozisiyası Qeysəriyə kəsiyinə məruz qalmış analar üçün daha rahat hesab olunur, çünki bu halda uşaq ananın qarnına təzyiq etmir.


Ardı →
 

Xüsusi süni süd qarışıqları

Bəzi hallarda adi adaptasiya olunmuş qidalar uşaq orqanizminə uyğun gəlmir və bu halda həkim ona müalicəvi süni süd qarışığı təyin edir.

Müalicəvi süd qarışığı yalnız uşağı nəzarətdə saxlayan pediatr tərəfindən və yalnız buna ciddi göstəriş olduğu halda təyin oluna bilər. Bu zaman həkim həmçinin, müalicəvi qidanın həcmini və onun qəbul edilməsi müddətini də müəyyən edir.

— Laktoz çatışmazlığı zamanı (laktozanı parçalayan fermentin defisiti) onun ağırlıq dərəcəsindən asılı olaraq azlaktozlu və ya laktozsuz süd qarışıqlarından biri təyin olunur.

— Ana südü və ya inək südünün tərkibində olan zülala qarşı allergiya olduğu zaman, pediatr uşağa, keçi südü əsasında hazırlanan süd qarışığı təyin edə bilər. Əgər uşaqda, istənilən heyvani zülala qarşı allergiya olarsa, bu halda ona, tərkibində heyvani zülal olmayan, soya əsaslı süni süd qarışığı təyin edilir.

Uşaqda heyvanı zülallara olan allergiya zamanı xüsusi süni süd qarışıqları da istifadə olunur ki, bu qarışıqların tərkibində olan inək südü zülalları daha kiçik hissələrə parçalanmış haldadır. Uşağın immun sistemi belə parçalanmış zülalları «yad» zülallar kimi qəbul etmir. Bu səbəbdən, belə süd qarışıqları da uşaqlarda allergiyaya səbəb olmur.


Ardı →
 

İlkin ana südü ("ağuz südü")

İlkin ana südü («ağuz südü», «molozivo») ananın süd vəzilərindən uşaq dünyaya gəldikdən dərhal sonra bir neçə gün ərzində ifraz olunan süddür.

İlkin ana südü uşaq doğulduqdan 3-5 gündən sonra yetkin ana südü ilə əvəz olunur.

İlkin süd adi südə məxsus olan rəngdə olmur. Onun rəngi daha çox parlaq-sarı, hətta narıncı olur (yetkin ana südü göyümtül rəngdədir). İlkin süd yetkin ana südü ilə müqayisədə daha qatı olur və onun tərkibindəki qida və digər faydalı maddələrinin miqdarı daha çox olur.

Ardı →
 

Uşaq çimməkdən qorxur?

Valideynlər bu problemlə tez-tez üzləşir. Körpə çimməkdən qorxur, su ilə dolu vanna görəndə ağlayır, qışqırır. Bu vəziyyətdə nə etmək lazımdır?

Yenidoğulmuş körpə sudan qorxmur. 9 ay ərzində ana bətnində olarkən körpə suya öyrəşib, su körpə üçün doğma mühitdir. Su uşağa çox müsbət təsir edir, suda olduqda körpə rahatlaşır, sakitləşir. Məhz bu səbəbdən həkimlər körpələri tez-tez çimizdirməyi (xüsusilə axşam yatmazdan əvvəl) tövsiyə edirlər. Bütün valideynlər bilir ki, çiməndən sonra körpə daha yaxşı yatır.

Əgər körpə sudan qorxmağa başlayıbsa, bunun səbəbi əksər hallarda böyüklərin düzgün olmayan, təcrübəsiz hərəkətləridir.

İlk növbədə suyun temperaturuna fikir verin. Soyuq və ya çox isti suya salınan uşaq bunu yadında saxlayacaq və növbəti dəfə su görəndə ağlayacaq. Bu səbəbdən uşağı 36-38 C kimi qızdırılmış suda çimizdirmək lazımdır. Suyun hərarətini əlinizlə yox, dirsəyinizlə yoxlayın — su bədən temperaturunda və ya bir qədər daha isti olmalıdır. Xüsusi su termometrlərindən də istifadə etmək olar. Bu daha rahatdır.


Ardı →