Körpənizin qızdırması varsa

Uşaqlarda yüksək qızdırma olanda valideynlər təşvişə düşür və müxtəlif yollarla temperaturu aşağı salmağa çalışırlar. Bu zaman qızdırmasını qətiyyən spirtli kompreslərlə endirmək, yaxud üstünü möhkəm örtmək və qalın geydirmək olmaz. Çünki belə etdikdə uşağın temperaturu daha da yüksəlir.
Qeyd edək ki, 37.4, 37.9 dərəcəli temperatur təhlükəli sayılmır, lakin 38.0, 39.9 dərəcəyə çatırsa, demək, bədəndə qızdırma var. Əgər temperatur 40.0 dərəcədən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır.

Qızdırmanı salmaq üçün nə etmək olar?
Körpəniz üçaylıqdan kiçikdirsə, həkimə müraciət edin. Lakin bu zaman körpənin üstünü açaraq gözləyin və15 dəqiqə sonra yenidən qızdırmasını ölçün. Qızdırma 39 dərəcə olduqda həkimlə məsləhətləşin. Həmin anda temperaturu salmaq üçün uşağa ilıq duş qəbul etdirin və ya islanmış dəsmalla kompress edin. İlıq duş qəbul etdirərkən onu 15-20 dəqiqə suyun içində oturdun, arxaya doğru uzanmasına icazə verməyin. Suyu uşağın başından aşağı tökməyin, süngəri isladaraq, bədəninin ətrafında gəzdirin.

Dərmanla müalicə
Parasetamol tərkibində aspirin olmayan aktiv maddədir. Aspirindən heç zaman qızdırmadüşürücü kimi istifadə etməyin. Parasetamol 4-6 saatdan bir verilməlidir. Əgər qızdırma parasetamolu verdikdən sonra 38.5 dərəcəyə enərsə, dərmanın vermə müddətini 4 saatdan 3 saata endirmək lazımdır.
Üç aylıqdan kiçik olan körpənin qızdırması varsa, mütləq həkimlə məsləhətləşin və özbaşına dərman verməyin. Qızdırma yüksəlirsə və artıq nəzarət də etmək mümkün deyilsə, uşağı təcili xəstəxanaya çatdırın.

Körpə üç aylıqdan böyükdürsə...
Ola bilər ki, hər dəfə qızdırma olanda həkimə ehtiyac olmasın. Ancaq bununla belə, diqqətli olun və uşağın qızdırmasını nəzarətdə saxlayın. Orta dərəcəli qızdırma (38.0-39.9) 24 saatdan uzun çəkərsə və temperaturun burun axması, yaxud öskürək kimi digər xəstəlik görüntüləri yoxdursa, həkimə bildirin. Çünki bu vəziyyətdə qızdırmanın nədən qaynaqlandığını bilmək vacibdir.
Qızdırma 48 saatdan (2 gün gecə-gündüz olmaqla) daha uzun sürərsə və temperaturu salan dərmanlar da kömək etməzsə, həkimlə məsləhətləşin.
 

0 şərh