Körpənizi yelləyərək yatırmayın

Analar uşaqlarını yatıra bilməyəndə ya ayağında yatızdırır, ya da çox sürətlə yellədir. Lakin bu uşaqlarda ciddi təhlükə yaradır. Belə ki, beyin qanamasına səbəb olur.

Beyin pərdələri, beyin içində və ya kəllə ilə saç dərisi arasındakı bütün qanamalara beyin qanaması deyilir. Beyin qanaması əsasən dəhşətli zədə alanda baş verir. Travmadan sonra dəri altında qalan qanamalar uşaqların sağlamlıqlarını riskə atır. Bu kimi hallarda adətən müalicəyə ehtiyac olmasa da, uşaqlardan qan azlığı yaradır. Buna görə də qanamanın miqdarını müəyyən edib uşağa qan köçürmək lazımdır. Başqa bir qanama növü isə beynin son orta və alt pərdələri arasında su yığılması ilə baş verən qanamalardır. Bu zaman yığılan suyun içində kiçik qan sızması da müşahidə olunur. 



Uşağı yellətmək onun beynini yellətmək deməkdir!
Xüsusən də müsəlman ölkələrində analar körpələrini yellədərək yatırırlar. Səhv yatırma üsulu və sürətli yellətmə nəticəsində beyin qanması baş verə bilər. Bu kimi hallarda beyin pərdələrinin cırılması, beyin kəllə sümüklərində damarların yırtılması nəticəsində qanamalar meydana gələ bilər. Həkimlər analarına uşaqlarını büu cür yatırmağı məsləhət görmür. Uşağı yellətmək onun beynini yellətməklə eynidir. Onu yellətməsəniz də, yatacaq.

Mənbə: publika.az 

Oxşar məqalələr

 

0 şərh