Uşaq oyunları

Övladınızla hansı oyunları oynamaq mövzusunda çətinlik çəkirsiniz?   Birlikdə doyunca əylənib, onunla yaxşı vaxt keçirmək, şənləndirmək, güldürmək və özünüzü xoşbəxt etmək üçün çoxlu oyunlar kəşf etməlisiniz. 

2-4 aylıq
2-4 aylıq uşaqla hansı oyunu oynamaq olar ki? Körpələrin altını dəyişdirəndə çox zaman ağlayırlar. Amma siz vəziyyəti öz xeyrinizə dəyişdirib onu güldürə bilərsiniz. İşarə barmağınızla göbək dəliyinin ətrafını dairə şəklində cızın, sonra ona şən bir mahnı oxuyun. Astaca uşağın göbəyinə toxunun və barmağınızı havada fırladıb “yaramazı tutdum” deyin.

5-8 aylıq
Bu oyunu məktəbəqədər uşaqlar çox sevir. Oyunun bəzi qaydalarını dəyişdirib 5-8 aylıq körpə ilə oynaya bilərsiniz. Çox hündür olmayan stola, ya da kresloya oturun. Uşağı dizlərinizin üstünə qoyub kreslonun kənarlarından tutun. Uşaqlara aid olan hər hansı bir mahnı oxuyun, ya da o şəraitə uyğun mahnı sözlərini özünüzdən uydurun. Mahnının nəqarətində ayaqlarınızla körpəni astaca yuxarı qaldırın.

9-12 aylıq
Bu müddət ərzində uşaqların enerjisini xərcləməsini təmin edən oyunlar fikirləşmək lazımdır. Yastıq, nalça, ədyal, yorğan və başqa yumşaq ev əşyalarını istifadə edərək, onun içindən və üstündən keçə biləcəyi təpə, yaxud tunellər düzəldin. Bunları düzəldərkən körpənin sizə kömək etməsinə icazə verin. Əmin olun ki, çox zövq alacaq. Bu oyun zamanı əllərini yorğanın altına qoyun. “Əllərini tap görüm” deyin, sonra yorğanı qaldırıb əllərini göstərin.

13-18 aylıq
Uşağın qollarından tutun və ayaqlarınızın üzərinə yerləşdirərək otağın içində gəzin. Bu zaman uşağınızın üzü tərəf də ola bilər, başqa tərəfə də. Bu yaş qrupunu güldürmək üçün başqa bir variant da var. Uşağı yorğan, ya da ədyalın içinə qoyub otaqları gəzdirə bilərsiniz.
 

0 şərh