Əkizləri necə böyüdək?

Əkizləri heç bir zaman tək bir fərd kimi düşünməməli və bu cür davranmamalıyıq. Onların ayrı-ayrı fərdlər olduğunu qəbul etməli, onlara da bunu qəbul etdirməliyik. Bunun üçün əsasən sadə, ancaq fərdiləşdirməyə yardım edən aşağıdakı bir neçə kiçik, amma çox önəmli fərdiləşdirmə önərilərinə diqqət etməliyik:

* Onlara bir-birinə bənzəməyən tamamən ayrı adlar verin.
* Onların öz geyimlərinin olmasına çalışın və eyni geyimlərdən mümkün olduğu qədər uzaq tutun. Əgər eyni geyimləri varsa ayrı günlərdə geyinmələrinə çalışın.

* Geyimlərini ayırın. Əşyalarını ayrı rəflərdə yerləşdirin, beləcə geyimlərini özləri seçməyə başladıqlarında nəyin kimə aid olduğunu asanca təyin edə bilsinlər.
* Öz oyuncaqlarının olmasına çalışın. Əgər hərşey hər ikisinə də aid olarsa bu onların bir-birlərini ayrı düşünmələrinə səbəb olar.

* Onlara “əkizlər” deməkdənsə öz adları ilə xitab edin və digərlərinin də belə etməsinə fikir verin.
* Doğum günləri üçün iki ayrı kiçik tort hazırlayın və doğum günü mahnısını da iki dəfə oxuyun. Onlara ayrı hədiyyələr verin və verdirin.
* Evdə atanın bir uşaq, ananın isə digər uşaqla maraqlanmasından qaçın. Marağınızı və zamanınızı hər ikisinə bərabər olaraq bölməyə çalışın.

* Eyni uşağı həmişə eyni nənə-babaya verməkdən çəkinin. Əgər bir müddət əkizlərdən ayrı qalacaqsınızsa onları ayrı ayrı nənə-babalarının yanında qoyun. Beləcə onlara ayrı yaşalamaları mövzusunda təcrübə qazandırın.
* Ayrı zamanlarda hər ikisini də tək olaraq gəzməyə ya da alış-verişə aparın. Beləcə onlara tək başına maraq göstərmə ehtiyaclarını qarşılayın.

* Mükafatlandırma və cəza vermə mövzusunda özünüzü çox ədalətli olmağa məcbur etməyin. Birinə qışqırdınızsa digərinə də qışqırmaq məcburiyyətində olduğunuzu düşünməyin.
* Körpəliklərindən etibarən ayrı-ayrı albomlar hazırlayaraq hər birinə “özəl olma” dəyərini verin. Böyüdüklərində bu onlar üçün özəl bir hədiyyə olacaq.

valideyn.az
 

0 şərh